• Menyu
  • Menyu

“MədrəsəM” – yeni onlayn tədris layihəsi

tovhidinfo

Bismilləhir-Rahmənir-Rahim

Əziz müsəlman qardaş və bacılar!
Allahın izni ilə yaxın günlərdə “MədrəsəM” adlı teleqram kanalında hər bir müsəlmana lazım olan dərslərə başlayırıq.

Kanala qoşul

DƏRSLƏRİN MÖVZUSU:
Tövhid, əqidə, mənhəc, fiqh və s. mövzular haqqında əhli sünnə alimlərinin kitabları.

DƏRSLƏRİN VAXTI VƏ MÜDDƏTİ:
Dərslər, hər biri 45 dəqiqədən çox olmamaqla, həftədə iki dəfə keçiriləcək.

DƏRSLƏRİN KEÇİRİLMƏ ÜSLUBU:
Dərslər səsli formada kanala yerləşdiriləcək. Hər keçilən kitab hissə-hissə, aramla, ərəbcə oxunur, sonra isə dilimizə tərcümə olunur. Ehtiyac duyulan yerlərdə müəllim qısa izah verir.

TAPŞIRIQ VƏ İMTAHANLAR:
Hər dərsdən sonra keçirilən dərsə aid suallar kanala qoyulur, tələbələr onlara cavab verirlər. Hər kitabın sonunda isə, ümumi imtahan olur. Bütün suallar “Google Forms” vasitəsi ilə göndəriləcək və cavab verilməsi çox vaxt tələb etməyəcək. İmtahanlarda yaxşı nəticə göstərən tələbələrə hədiyyələr veriləcək.

DƏRSLƏR KİM TƏRƏFİNDƏN KEÇİRİLƏCƏK?
Dərsləri Mədinə İslam Universitetində əqidə üzrə magistratura mərhələsində təhsil alan Fərhad Adayev keçəcək. Gələcəkdə başqa tələbələrin də bu layihəyə qoşulmaları gözlənilir.

DƏRSLƏR KİMLƏR ÜÇÜN NƏZƏRDƏ TUTULUB?
Bu dərslər bütün müsəlmanlar üçün faydalıdır, çünki, hər bir müsəlman düzgün İslam əqidəsini bilməlidir. Ərəb dilini öyrənməkdə olan tələbələrə də xüsusi ilə bu dərslərə qatılmaq məsləhət olunur.

Kanala qoşul

tovhidinfo