• Menyu
  • Menyu

Kitabxana

tovhidinfo

Əhli sünnəyə aid olan və dilimizə tərcümə olunmuş kitablar

Kitabın adı: Şərqşünaslıq – hədəfləri və vasitələri
Müəllif: dr. Muhəmməd əz-ZiyadinSahib Əsədov
Tərcümə: Sahib Əsədov
Gördüyünüz “Şərqşünaslıq – hədəfləri və vasitələri” adlı yeni kitab Şərqşünaslıq elmi haqqında yazılmış ən obyektiv üslublu və akademik mahiyyətli kitablardan biridir. Müəllifi dr. Muhəmməd əz-Ziyadinin olduğu bu faydalı kitab Mədinə tələbəsi Sahib Əsədov tərəfindən tərcümə edilmişdir və oxuculara PDF halında oxumaları üçün təqdim edilir. Kitabı aşağıdakı keçiddən yükləyə bilərsiniz:
Yükləyin 2 MB

Kitabın adı:İxvanlar kimlərdir və nəyə xidmət edirlər?
Müəllif: Sahib Əsədov

Möhtərəm oxucular!  Sizə yeni “İxvanlar kimlərdir və nəyə xidmət edirlər?” adlı kitabı təqdim edirik! Bildiyiniz kimi, günümüzdə bir çox batil camaatlar, hərəkatlar mövcuddur. Dinini qorumaq istəyən müsəlman gərək bu camaatlar barədə müəyyən qədər məlumatlı olsun ki, onların torlarına düşməsin, hiylələrinə aldanmasın. Kitabçada bu müasir camaatlardan biri olan “Əl-ixvan əl-muslimin”in qısa tarixi, liderləri, bəzi batil metodları və fikirləri ilə tanış olacaqsınız.
Yükləyin 7.35 MB

Kitabın adı:Hədis inkarçılarının məşhur şübhələrinə cavablar
Müəllif: Sahib Əsədov
İxtisas redaktorları: Fərman İsayev, Fərhad Adayev, Asim Məmmədov
Dəyərli oxucu! Bu dəfəki yazımızda quranilərin (hədis inkarçılarının) bəzi məşhur şübhələrinə cavablar verəcəyik. Bu şübhələrdən bəzilərini qeyd edərək cavab vermək niyyətindəyik ki, insanlar maariflənsilər və bu təlbislərə aldanmasınlar. Bu kiçik kitabda biz bəzi açar sözlərə, terminlərə toxunmadan bilavasitə Quranilərin şübhələrinə keçid edəcəyik.
Yükləyin 1.97 MB

Kitabın adı: Uşaqlar üçün Məhəmməd peyğəmbərin (ﷺ) həyat hekayəsi
Müəllif: Muhəmməd Suvəyyəni və Bəssam Tərras
Tərcümə: Salahova Ləman (Ummu Zeyd)
Əziz balalar! Sizə asanlıqla oxuyub anlaya biləcəyiniz “Uşaqlar üçün Məhəmməd peyğəmbərin həyat hekayəsi” adlı kitabı təqdim edirik. Burada sizə Məhəmməd peyğəmbərin doğumundan vəfatına qədər yaşanan hadisələri qısa məzmunda anlatmağa çalışmışıq. Həmçinin hər bir hekayədən çıxan faydaları da sizin üçün qeyd etmişik.
Yükləyin 9.22 MB

Kitabın adı: Tam təfərrüfatı ilə Peyğəmbərin (ﷺ) gündəlik həyatı
Müəllif: Dr. Əbdülvəhhab ibn Nasır ət-Tureyri
Tərcümə: Əbu Zeyd Həbibli
Bu kitab vasitəsilə Allah rəsulunun gündəlik həyatını seyr etmiş, onun yaşam tərzi ilə yaxından tanış olmuş olacağıq. Kitabı vərəqlədikcə onun həyat tərzinə — gecəsinə və gündüzünə şahid olacağıq. Onunla birgə Mədinənin küçələrində yürüyəcək, bir müəllim kimi şəfqətli səsini, bir imam kimi həzin qiraətini eşidəcək, mütəvazi süfrəsinə qonaq olacaq, əyləşdiyi həsirində əyləşəcək — bir sözlə, anbaan həyatına səyahət edəcəyik.
Yükləyin 2.7 MB

Kitabın adı: İslamda evlilik
Müəllif: Səid Ələkbərov
Redaktə edən: Xumar Ərşadlı

“İslamda evlilik” adlı yeni risaləmiz. Uca Allah hər kəs üçün faydalı etsin!

Ailə həyatı qurmaq həyatın nizamlarından biridir. Allahın Elçisi də bu xüsusda ailə həyatı quranları təbrik edərək onlar üçün dua etmişdir.

Yükləyin 1.3 MB

Kitabın adı: Ramazanda sələfin halı
Müəllif: Səid Ələkbərov
Redaktə edən: Xumar Ərşadlı
Əziz müsəlman qardaş və bacılarım!
Qarşıdan xeyir və bərəkət, Allahın mərhəməti ilə dolu Ramazan ayı gəlir. Bu münasibətlə qəlbimdən gələn bu nəsihəti sizə təqdim edirəm. Ümid edirəm ki, bunu məndən geniş bir qəlblə nəsihət olaraq qəbul edərsiniz. Allah hamımızı Ramazan ayını haqqı ilə yaşayıb Ona layiqincə ibadət edən qullarından etsin. Amin!

Yükləyin 0.8 MB

Kitabın adı: Qurani-Kərimi necə anlamalıyıq?
Müəllif: İmam Muhəmməd Nasiruddin əl-Əlbani
Tərcümə və qeydlər: Əbu Zeyd Həbibli

Bu kitabça əsrimizin böyük hədis alimi və sələfi dəvətin öndərlərindən sayılan imam Əlbaninin mühazirəsi əsasında qələmə alınmışdır. Bu risalə vasitəsilə Qurani-Kərimin təfsir üsulu haqda məlumat əldə edəcək, habelə Qurani-Kərimlə əlaqəli bir-birindən maraqlı və dəyərli bir neçə mövzu ilə tanış olacaqsınız.

Yükləyin 0.9 MB

Kitabın adı: Ateistlərin məşhur şübhələrinə cavablar ensiklopediyası 2-ci cild
Müəllif: Sahib Əsədov

Əziz müsəlmanlar! Sizə Sahib Əsədovun ateizmə qarşı hazırladığı irihəcmli ensiklopediyanın ikinci cildini təqdim edirik. Allahdan istəyirik ki, müəllifə bu irihəcmli elmi işin növbəti cildlərini tamamlamlamağa səhhət və müvəffəqiyyət bəxş etsin! Uca Allah bu əsəri ateistlərin hidayətinə səbəb etsin!

Yükləyin 17 MB

Kitabın adı: Allah nədən razı qalır
Müəllif: Səid Ələkbərov
Redaktə edən: Xumar Ərşadlı
Uca Allahın razılığını qazanmaq hər bir müsəlman üçün önəmlidir və buna görə də hər bir müsəlman buna səy göstərməlidir.
Bu mövzu mühüm bir məsələ — xeyir əməllərə müvəffəq olmaq üçün bir-birimizlə köməkləşməyin vacibliyi barədə qələmə alınmışdır.
Mövzu qısa olsa da, əhəmiyyətlidir, çünki insanı əməl etməyə təşviq edir

Yükləyin 0.3 MB

Kitabın adı: Tövhid hər şeydən öncədir!
Müəllif: İmam Muhəmməd Nasiruddin əl-Əlbani
Tərcümə və qeydlər: Əbu Zeyd Həbibli

Sizə təqdim etdiyimiz növbəti kitabımız bu əsrin dahi hədis alimlərindən və sələfi dəvətinin imamlarından biri olan şeyx Muhəmməd Nasiruddin əl-Əlbaninin mühüm bir suala verdiyi təfsilatlı cavabının yazıya alınmış formasıdır. İmamın bu cavabı elə onun öz sağlığında yazıya köçürülmüş və “Ət-Tovhidu əvvələn, yə duətəl-İsləm” – “Ey İslam təbliğatçıları! Tövhid hər şeydən öncədir” adı ilə nəşr olunmuşdur.

Yükləyin 0.8 MB

Kitabın adı: İslamın insana verdiyi dəyər
Müəllif: Doktor Abdulkərim Əl-Amri
Tərcümə: Səid Ələkbərov
Allah Təala insanı bu geniş aləmdəki bütün varlıqlardan üstün olaraq xəlq etmiş, ona iti ağıl və dərin hisslər vermişdir. Yaradılmışların zirvəsində olması üçün insanın məqamını üstün edən Allah, onu uğur qazanmağa, quruculuğa və islahatlara, həyatın bütün sahələrində digər insanlarla yardımlaşmağa hazır şəkildə yaratmışdır.

Yükləyin 0.2 MB

Kitabın adı: Sovet Azərbaycanında Ateizm Təbliğatı
Müəllif: Sahib Əsədov
Şəkk yoxdur ki, Sovet imperiyası xalqımızın dininə, dilinə, mədəniyyətinə və adət-ənənələrinə böyük zərbələr vurmuşdur. Başımıza gətirilən ən böyük müsibət isə ateizmin ölkəmizdə yayılması olmuşdur. Sahib Əsədovun bu araşdırmasında Sovet Azərbaycanında ateizmin yaranması, inkişafı və təbliği barədə dolğun məlumat əldə edəcəksiniz.
Yükləyin 2 MB

Kitabın adı: QƏDİR-XUM HƏDİSİ
Müəllif: Dr. Əbdülvəhhab ibn Nasır ət-Tureyri
Tərcümə: Əbu Zeyd Həbibli
Sizə təqdim etdiyimiz bu kitabda “Qədir-Xum” hadisəsi barədə geniş, əhatəli, dəqiq və dolğun məlumat əldə edəcəksiniz.
— “Qədir-Xum” hadisəsi necə baş vermişdir?
— “Qədir-Xum” hadisəsinin əvvəli və sonrası ilə tanışlıq;
— “Qədir-Xum” hadisəsinə əhli-sünnətin və şiənin yanaşması;
— “Qədir-Xumda Əli xəlifə təyin edilmişdir” iddiasına 39 yöndən cavab və digər mövzular.
Yükləyin 2.2 MB

Kitabın adı: PEYĞƏMBƏRİN GÜNDƏLİK HƏYATI
Müəllif: Dr. Əbdülvəhhab ibn Nasır ət-Tureyri
Tərcümə və qeydlər: Əbu Zeyd Həbibli

Sizə təqdim etdiyimiz bu kitab müxtəsər şəkildə Peyğəmbərin (Allahın ona salamı olsun) gündəlik həyatından — ibadətlərindən, evinin daxilində və xaricindəki yaşam tərzindən bəhs edir.
Yükləyin 2.1 MB

Kitabın adı: HƏDİSLƏRİN İSLAMDA YERİ
Müəllif: İmam Muhəmməd Nasiruddin əl-Əlbani
Tərcümə və qeydlər: Əbu Zeyd Həbibli

Sizə təqdim etdiyimiz bu risalədə əsrimizin böyük hədis alimi imam Əlbani sünnənin İslamda olan yerinə, hədislərin Quranla əlaqəli roluna və Quranın təfsirində hədislərin önəminə, habelə Quranı sünnəsiz anlamağın mümkünsüzlüyünə və bu kimi mövzulara toxunmuş, dəlillər işığında məsələyə aydınlıq gətirmişdir.

Yükləyin 0.7 MB

Kitabın adı: RAMAZAN GECƏLƏRİNİ İBADƏTLƏ KEÇİRMƏYİN
Müəllif: İmam Muhəmməd Nasiruddin əl-Əlbani
Tərcümə və qeydlər: Əbu Zeyd Həbibli
Redaktə: Amin Məhərrəmov, Fərhad Adayev
Sizlərə təqdim etdiyimiz növbəti kitabımız, bu əsrin dahi hədis alimlərindən və sələfi dəvətin imamlarından biri olan şeyx Muhəmməd Nasiruddin əl-Əlbaninin qələmə aldığı “Qiyamu Ramadan” – adlı kitabının tərcüməsidir.

Yükləyin 0.9 MB

Kitabın adı: İSLAM DİNİNİN ALİ MƏQSƏDLƏRİ
Müəllif: Dok. Yusif ibn Əbdürrəhman ər-Rəşid
Tərcüməçi: Əbu Zeyd Həbibli

Kitabda İslam dininin hədəfləri, ali məqsədləri barədə müxtəsər şəkildə məlumat verilmişdir.
Kitab həm qeyri-müsəlmanların, həm də dindən uzaq düşmüş müsəlmanların İslam dini ilə tanışlığını nəzərdə tutan bir “dəvət kitabçası”-dır.

Yükləyin 0.7 MB

Kitabın adı: ƏN MÜHÜM DİNİ BİLGİLƏR
Müəllif: Dr. Yusif ibn Əbdürrəhman ər-Rəşid
Tərcüməçi: Əbu Zeyd Həbibli
Kitab 20 dərsdən ibarətdir.
Kitabda bəzi surələrin müxtəsər təfsiri, İmanın və İslamın rüknləri barədə məlumat, dəstəmaz və namazla əlaqəli mühüm mövzular və s. bilgilər yer almışdır. Kitaba Məkkə və Mədinə məscidinin imamları təqdimat yazmışdır.

Yükləyin 4 MB

Kitabın adı: HİCAB RİSALƏSİ

Müəllif: Muhəmməd bin Saleh əl-Useymin
Tərcüməçi: Nicat Həşimov

Müəllif (Allah ona rəhmət etsin) bu kitabda xüsusən hicab (niqab) və onun hökmü, qadının üzünü örtməsinin vacib olmasına dair dəlillər və üzün açılmasını icazəli görənlərin dəlillərinə cavab barədə danışır.

Yükləyin 2 MB

Kitabın adı: İNSAN FİTRƏTİNİN TƏLƏB ETDİYİ VƏ İSLAM ŞƏRİƏTİNİN DƏ BUNU QƏBUL ETDİYİ HAQLAR
Müəllif: Muhəmməd bin Saleh əl-Useymin
Tərcüməçi: Nicat Həşimov
Əziz və dəyərli oxucu!
Müəllif (Allah ona rəhmət etsin) bu kitabda hər bir müsəlmana bilməsi və əməl etməsi vacib olan 10 mühüm haqq barədə danışır, bu haqların hər birinə Quran və Sünnədən dəllilər qeyd edir.

Yükləyin 2 MB

Kitabın adı: XEYRƏ NECƏ AÇAR OLA BİLƏRSƏN
Müəllif: Abdurrazzaq bin AbdulMuhsin əl-Bədr
Tərcüməçi: Nicat Həşimov
Əziz və dəyərli oxucu!
Müəllif (Allah onu qorusun) bu kitabda hər bir müsəlman kişi və qadına mühüm olan tövsiyələr edir, müsəlmanın necə və hansı əməlləri etməklə xeyrə açar olması barədə bir neçə səbəb qeyd edir.
Allahdan istəyirik ki, hər birimizi bu tövsiyələrə əməl etməyə müvəffəq etsin!

Yükləyin 3 MB

Kitabın adı: PEYĞƏMBƏRİMİZİ ﷺ BİZƏ TANIDAN KİTAB

Müəllif:
Dr. Əbdüləziz ibn Abdullah əl-Hüseyn
Tərcüməçi: Əbu Zeyd Həbibli.

Bu, Peyğəmbərimizin ﷺ həyat tərzindən, zahiri görünüşündən, əxlaqından və ibadətindən müxtəsər şəkildə bəhs edən bir kitabdır.

Yükləyin 2 MB

Kitabın adı: MÜXTƏSƏR SƏHİH ƏQİDƏ
Müəllif: Elçin Şunqarov
Bu kiçik kitabça həm özünüz həm də ailəniz üçün doğru əqidəni müxtəsər şəkildə öyrənməyə bir vasitədir. Sual-cavab formasında olması bunu daha da asanlaşdırır. Uca Allah hər birimizi xeyir işlərə müvəffəq etsin!

Yükləyin 4 MB

Kitabın adı: ŞƏRH ƏS-SÜNNƏ (Etiqad əsaslarının izahı)
Müəllif: İmam Əbu Muhəmməd əl-Bərbəhəri
Tərcüməçi: Elçin Quliyev
Elmi redaktə və haşiyələr: Əbu Zeyd Həbibli
Sizlərə təqdim etdiyimiz növbəti kitab hicrətin 327-ci ilində vəfat etmiş Əhli-sünnət alimlərindən olan imam Əbu Muhəmməd əl-Bərbəhərinin qələmə aldığı “Şərh əs-sünnə”, yəni “sünnətin – etiqad əsaslarının izahı” adlı kitabının tərcüməsi və orta həcmli şərhidir.

Yükləyin 1.57 MB

Kitabın adı: Övlad tərbiyəsinin əsasları
Müəllif: Şeyx Əbdur-Razzəq ibn Əbdul-Muhsin Əl-Bədr
Tərcüməçi: Elçin Quliyev Redaktor: Fərhad Adayev
Həqiqətən, bu dünyada qulun üzərinə düşən ən mühüm vaciblərdən biri – övladların tərbiyəsi ilə məşğul olmaq, düzgün yolu onlara göstərməkdir. Unutmayaq ki, Rəbbimiz onları bizə əmanət olaraq verib və onların vasitəsilə bizi sınağa çəkir.
Bu kitabda müəllif övlad tərbiyəsində diqqət edilməli olan ən əsas məsələlərdən söz açır.

Yükləyin 0.7 MB

Kitabın adı: İbn Əbu Zeyd əl-Qayravaninin “Müqəddiməsinin Şərhi”
Müəllif: Əbu Zeyd Həbibli
Sizlərə təqdim etdiyimiz növbəti əqidə kitabı hicrətin 4-cü əsrində vəfat etmiş Əhli-sünnət alimlərindən İbn Əbu Zeyd əl-Qayravaninin “ər-Risalə” adlı fiqh kitabına yazdığı müqəddiməsidir. Bu “əl-Müqəddimə” Əhli-sünnətin etiqad əsaslarını müxtəsər şəkildə bəyan edən və həcmi kiçik də olsa, faydası çox olan önəmli əqidə mətnlərindən biri sayılır.

Yükləyin 4.9 MB

Kitabın adı: FEMİNİZM Şeytanın qadın batalyonu? Yoxsa Cəmiyyətin incisi?
Müəllif: Sahib Əsədov
Yoxladı: Qabil Şükürov
Hörmətli oxucu! Bu kitabçanın yazılmasındakı əsas məqsəd son dövrlərdə ölkəmizdə qərbin dəstəyi ilə yayılmasına cəhd edilən “feminizm” hərəkatının real, əqli-məntiqi, şəri dəlil və arqumentlərlə Azərbaycan cəmiyyətinə zərərli bir məfhum olduğunu izah etməkdir. Allahdan diləyirəm ki, kitabçanı xalqımıza faydalı etsin!

Yükləyin 0.4 MB

Kitabın adı: ƏHLİ-SÜNNƏTİN ETİQADI
Müəllif: İmam Əbu Bəkr Əhməd ibn İbrahim əl-İsməili
Tərcümə və qeydlər: Əbu Zeyd Həbibli
Redaktə edən: Fərhad Adayev
Bu kitab hicrətin 3-cü və 4-cü əsrlərində yaşamış əhli-sünnət alimlərindən olan imam Əbu Bəkr əl-İsməilinin qələmə aldığı “Etiqadu əhlis-sünnə”, yəni “Əhli-sünnətin etiqadı” adlı kiçik həcmli risalənin tərcüməsidir.

Yükləyin 1.1 MB

Kitabın adı: Uşaqlar üçün nəzərdə tutulan, böyüklərin də ehtiyac duyduğu sual-cavab
Müəllif: Şeyx Səlim İbn Səd ət-Tavil
Ərəb dilindən tərcümə edən: Elçin Quliyev
Redaktə edən: Fərhad Adayev
Bu risaləni hazırlamaqda məqsədim odur ki, uşaqlar onu əzbərləsin, valideynlər də uşaqları öyrətdikdə ondan istifadə etsinlər.

Yükləyin 1.3 MB

Kitabın adı: TÖVHİD VƏ ƏQİDƏ MƏCMUƏSİ

Müəllif: Şeyx Heysəm bin Muhamməd Cəmil Sarhən

⚠️ Kitab Allah yolunda vəqf edilmişdir onun satışı,

yaxud ticarət məqsədi üçün istifadəsi qadağandır.

Yükləyin 3.0 MB

Kitabın adı: QƏBİRDƏ SORUŞULAN SUALLAR

Müəllif: Şeyx Heysəm bin Muhamməd Cəmil Sarhən

⚠️ Kitab Allah yolunda vəqf edilmişdir onun satışı, yaxud ticarət məqsədi üçün istifadəsi qadağandır.

Yükləyin 17.2 MB

Kitabın adı: DÖRD QAYDA

Müəllif: Şeyx Heysəm bin Muhamməd Cəmil Sarhən

⚠️ Kitab Allah yolunda vəqf edilmişdir onun satışı,
yaxud ticarət məqsədi üçün istifadəsi qadağandır.

Yükləyin 5.4 MB

Kitabın adı: Dindən çıxaran amillərdən müsəlmanları çəkindirməyin vacibliyi

Müəllif: Şeyx Heysəm bin Muhamməd Cəmil Sarhən

⚠️ Kitab Allah yolunda vəqf edilmişdir onun satışı,
yaxud ticarət məqsədi üçün istifadəsi qadağandır.

Yükləyin 10.3 MB

Kitabın adı: Ateistlərin məşhur şübhələrinə cavablar və onlarla mübarizədə yardımçı metodlar
Müəllif: Sahib Əsədov   Məsləhətçi: Asim Məmmədov
Dəyərli oxucu! Bu kitabın ateistlərin Azərbaycandakı şübhələrinin qarşısının alınmasında, onlara İslami aspektdən tutarlı cavabların verilməsində, ateizmlə mübarizədə səmərəli işlərin görülməsi və bir çox istiqamətlərdə faydalı olacağına ümid edirik!

Yükləyin 2.1 MB

Kitabın adı: Quranilərin 13 məşhur
şübhəsinə cavab

Müəllif: Sahib Əsədov   Məsləhətçilər: Fərman İsayev, Fərhad Adayev, Asim Məmmədov
Dəyərli oxucu! Bu dəfəki yazımızda Quranilərin (hədis inkarçılarının) bəzi yayqın şübhələrinə cavablar verəcəyik. Gələcəkdə bu kitaba əlavələr edilərək yeni və ya daha yayqın şübhələrə cavabların daxil edilməsi də nəzərdə tutulmuşdur.

Yükləyin 0.9 MB

Kitabın adı: İslamın fəziləti
Müəllif: Muhəmməd bin Süleyman
Tərcümə: Səid Ələkbərov

“İslamdan başqa bir din axtaran şəxsdən, o (din) heç vaxt qəbul olunmaz və o, axirətdə ziyana uğrayanlardan olar.” (Ali-İmran: 85)

Yükləyin 0.6 MB
tovhidinfo