• Menyu
  • Menyu

Ümmətin alimlərindən qızıl faydalar | 34-cü hissə

tovhidinfo

Mərhəmətli və Rəhimli Allahın adı ilə

Muhəmməd ibn Saleh əl-Useymin ( Allah ona rəhmət etsin) demişdir: “İmam təşəhhüddə olduğu vaxtda bir insan cümə namazına gələrsə, cümə namazını qaçırmış sayılar. Namaza qoşular, dörd rükət zöhr namazını qılar. Çünki cümə namazını qaçırmış sayılır.” Məcmu əl-fətəva, 16/78

?Deməli kim ki, cümə namazına yetişə bilməsə, zöhrə niyyət edib camaata qoşular və dörd rükət qılar. Cümə namazı sayılsın deyə, ən azından ikinci rükətin rukusuna yetişmək lazımdı. Əks halda zöhr namazına niyyət edirsən. İmam salam verəndən sonra qalxıb dörd rükət qılırsan.


Muhəmməd ibn Saleh əl-Useymin (Allah ona rəhmət etsin) demişdir: “Əgər bütün insanlar səndən razı qalsalar, Allah isə razı qalmasa, (bil ki) sənə fayda verən ancaq Allahın razılığıdır.”

?Şərhu riyadi əs-salihin, 1/163.


Məlumdur ki, Peyğəmbər (salləllahu aleyhi va səlləm) Aişə anamızın (Allah ondan razı olsun) evində vəfat edib və orada dəfn olunub. Çünki peyğəmbərlər vəfat etdikləri yerdə dəfn olunurlar. Və deyirlər ki, Aişə də namazlarını o evdə qılardı. Deməli qəbir olan yerdə namaz qılmaq olar. Cavab olaraq deyilir ki, Peyğəmbərin (salləllahu aleyhi va səlləm) vəfatından sonra Aişənin otağı ilə qəbir arasında divar hörülür və qəbir evdən ayrılır. Bununla da qəbir olan yerdə namaz qılmağa caiz görənlərin şübhəsi aradan qalxır. Həmçinin Məhəmməd peyğəmbər də qəbirlərin məscidə çevrilməsini bir çox hədislərində qadağan edib. Misal olaraq, Buxari və Muslimdə Aişə anamızdan ( Allah ondan razı olsun) rəvayət olunan hədisdə peyğəmbər  (salləllahu aleyhi va səlləm) demişdir: “Yəhudi və nəsranilərə Allahın lənəti olsun. Peyğəmbərlərin qəbirlərini məscidə çevirdilər, (üzərlərində məscid tikdilər.)” Sonra Aişə deyir ki: “Əgər belə olmasaydı, qəbri açıq yerdə olardı. Lakin qəbrinin məscidə çevrilməsindən qorxduğu üçün belə edilmədi.”

Deməli peyğəmbərin  (salləllahu aleyhi va səlləm) evinin içində dəfn olunmasının səbəblərindən biri də o idi ki, qəbri məscid edilməsin, insanlar gəlib orda ibadət etməsinlər. Səhabələr də qəbrinin məscidə çevrilməsindən qorxduqları üçün evində dəfn etdilər. Bu hədis və başqa hədislər dəlalət edir ki, qəbirlər üzərində məscid tikmək, onları ibadətgaha çevirmək olmaz.

Əlavə fayda olsun deyə deyim ki, Əbu Bəkr (Allah ondan razı olsun) vəfat etdikdən sonra Peyğəmbərin (salləllahu aleyhi va səlləm) qəbrinin yanınada dəfn olunur. Sonra Ömər (Allah ondan razı olsun) vəfat edir və iki dostunun yanında dəfn olunur. Bundan sonra Aişə anamız o evdən çıxır.


Əbud-Dərdə (Allah ondan razı olsun) belə deyərdi: “Çox dua edin, kim qapını çox döyərsə, qapı onun üçün açılar”.

?”Şuəbul-imən”, 2/52.


İmam Muhəmməd bin Sirin (Allah ona rəhmət etsin) demişdir: “Allahdan oyaq ikən qorx, yuxuda gördüyünün sənə zərəri dəyməz”.

?”Hilyətul-əuliyə”, 2/273.


✍?İmam Əş-Şəfii (Allah ona rəhmət etsin) demişdir: “Allah rəsulunun (salləllahu aleyhi və səlləm) bir sünnəsini tapsanız, ona tabe olun və heç kimin sözünə fikir verməyin.”

?”Hilyətul-əuliyə”, 9/107.


Həddadilərin dəqiq vəsfi

✍?Şeyx Rabi ibn Hədi (Allah onu qorusun) demişdir:

“İndi məmləkətin (Səudiyyə), Yəmənin, Şamın, Əlcəzairin, Hindistanın, bütün dünyanın alimləri yıxılıb, bütün sələfiyyə alimlərinin özləri və tələbələri bidət əhlidir, həddadilər isə, xalis əhli sünnədirlər! Onların sələfilikləri niyə xalisdir? Çünki o, yalan və facirlik üzərindədir! Ona görə, onların imamları məsumdurlar, səhv çıxarılmırlar! Əksinə, bu camaatdan olan hər kəs məsum olub, səhv çıxarılmır. (Bunları şeyx özünün deyil, həddadilərin adından deyir.)

Heç biri o birisini səhv çıxarmır, nə qədər yalan danışsa da, nə qədər iftira atsa da, nə qədər xəyanət etsə də, nə qədər zülm etsə də, nə qədər günah etsə də, ona heç zaman etiraz olunmur! Müharibə yalnız əhli sünnəyə qarşıdır, çünki onlar əhli sünnədir!”

İndi Əlcəzair əhli vurulub, dəvət kimindir? Bidət əhlinin! Məkkədə sünnə alimlər vuruldu, dəvət kimin oldu? Bidət əhlinin oldu! Mədinənin alimləri vuruldu, dəvət kimindir? Bidət əhlinin!

Həddadilər bidət əhlindən olan ağalarına xidmət edirlər, onlara diqqət edin!

?”Əl-məcmu”, “Şərh əqidətis-sələf lis-Sabuni”, 2/92-93.


Qurana qarşı səhlənkar olan müsəlmanlara xatırlatma!

?Nə vaxta qədər Qurandan uzaq düşəcəksən?

?Nə vaxta qədər onun tilavətindən həzz almaqdan məhrum olacaqsan?

?Nə vaxta qədər onu oxuyub ibrət alanlardan olmayacaqsan?

?Rəsulullah (sallallahu aleyhi va səlləm) xəbər verib ki, hər hərfinə 10 savab var. Bunu bildikdən sonra nə vaxta qədər özünü bu savablardan məhrum edəcəksən?

?Bu Quran mübarək bir ayda nazil olub. Allah Təalə buyurub:

شَهْرُ رَمَضَانَ الَّذِي أُنْزِلَ فِيهِ الْقُرْآنُ هُدًى لِلنَّاسِ وَبَيِّنَاتٍ مِنَ الْهُدَىٰ وَالْفُرْقَانِ ۚ

“İnsanlara doğru yolu göstərən, bu yolun və haqqı batildən ayırd edənin açıq-aydın dəlilləri olan Quran ramazan ayında nazil edilmişdir.” [Əl-Bəqərə, 185]

?Sələflərimizin də Ramazan ayı girən kimi ən çox gördükləri iş Quran oxumaq olub. Çünki bu ay Quran ayıdı. Bu ayda da özünü Quranla məşğul etmədinsə, bəs nə vaxt Qurana vaxt tapacaqsan?

?Ramazan ayı bir məktəbdi. Özünü Ramazanda islah edə bilməyən nə vaxt islah edəcək?

?Allahın bu ayəsini oxu, düşün, bəlkə ibrət alıb faydalananlardan oldun.

وَقَالَ الرَّسُولُ يَا رَبِّ إِنَّ قَوْمِي اتَّخَذُوا هَٰذَا الْقُرْآنَ مَهْجُورًا

Peyğəmbər: “Ey Rəbbim! Qövmüm bu Quranı tərk etdi!”– deyəcək. [Furqan, 30]

Elə isə Peyğəmbərin Allaha şikayət etdiyi qövmə bənzəyənlərdən olma. Qurana mülazim ol və heç olmasa oxuya bilmirsinsə bu ayda oxumağı öyrən.

⚫️ Allah bizləri eşidib faydalananlardan etsin!


✍️Şeyx Rabi Əl-Mədxəli (Allah onu qorusun) demişdir:

“Rafizilər Rəsulullahın (sallallahu aleyhi və səlləm) səhabələrinə qarşı nə yəhudilərin, nə də xristianların etmədiyini ediblər. Onları necə özümüzə dost tutaq?!

Necə “onlar bizim qardaşlarımızdır” deyək ki, onlar

▪️Səhabələri təkfir edirlər,

▪️Rəsulullahın zövcələrini təkfir edirlər,

▪️Quran dəyişdirilib deyirlər. Özləri qəsdən Quranı dəyişdirir və deyirlər ki, səhabələr dəyişdiriblər.”

?”Məkənətus-sahəbəti fil-isləm”, 43.


İmam ibnul Qayyim (Allah ona rəhmət etsin) demişdir: “Qulun qəlbindəki Allahın əzəmətliyi və böyüklüyü Allahın haramlarını əzəmətləndirməyi tələb edir. Onun haramlarını əzəmətləndirməsi özü ilə günahlarının qarşısında durur.”

? əl-Cavab əl-kəfi, səh.113.


Şeyx Muqbil belə deyib:

“Deyirəm: Yəməndə olan əl-İxvanul musliminin, “həkəmə cəmiyyətinin” üzvlərinin, və “ihsan cəmiyyətinin” sufilərə, şiələrə, kommunistlərə, ibadilərə və xurafat əhli olan quburilərə olan rəddiyələri hanı?! Əksinə onların ən böyük düşmənləri əhli sünnədir. Öz güclərini əhli sünnəni dağıtmaq üçün sərf ediblər. Lakin izzət sahibi olan Allah belə deyib: “Əgər Allah sizə kömək edərsə, heç kəs sizə qalib gələ bilməz. Əgər O, sizi zəlil edərsə, Ondan sonra kim sizə yardım edə bilər? Qoy möminlər Allaha təvəkkül etsinlər! [Ali İmran, 160]

Və əhli sünnəyə nəsihət edirəm ki, kitab və sünnədə mustəqim olsunlar, bütövlüklə kitab və sünnəyə yönəlsinlər və bunlarla (ixvanlar və onların mislindən olanlar) özlərini məşğul etməsinlər. Çünki artıq onlar əriyib zay olublar.” [Tuhfatul mucib alə əsilət əl-hadir va əl-ğarib, səh 166]


Bidətçilərə qarşı güclü silah

✍?Alləmə Əl-Əlbəni (Allah ona rəhmət etsin) demişdir:

“Əl-Beyhəqi Səid ibn Əl-Museyyibdən səhih isnadla rəvayət etmişdir ki, o, fəcr çıxandan sonra iki rükətdən çox namaz qılan, rükünu və səcdəni uzadan bir kişi görür və bunu ona qadağan edir.

O (kişi), deyir:

“Ey Əbu Muhəmməd! Allah mənə namaza görə əzab verər?!

O isə, belə deyir:

“Xeyr, sünnəyə müxalif olduğuna görə əzab verər..”

Bu, Səid ibn Əl-Museyyibin (Allah ona rəhmət etsin) gözəl cavablarındandır.

Və bu, bidət əhlinə qarşı güclü bir silahdır. Hansılar ki, zikr və namaz adıyla bir çox bidətləri gözəlləşdirirlər. Sonra isə, bunları inkar edən əhli sünnəyə qarşı inkar edirlər və onları zikri və namazı inkar etməkdə ittiham edirlər.

Həqiqətdə isə, onlar (yəni, əhli sünnə – tərc.) yalnız zikrdə, namazda və bu kimi şeylərdə sünnəyə müxalifliklərini inkar edirlər.”

?”İrvaul-ğalil”, 2/236.

tovhidinfo
Tovhid.info heyəti

Hörmətlə, saytın administrasiyası.

Bütün materiallara bax