• Menyu
  • Menyu

Ümmətin alimlərindən qızıl faydalar | 37-ci hissə

tovhidinfo

Mərhəmətli və Rəhimli Allahın adı ilə

Ömərin (Allah ondan razı olsun) duası

“Allahummə, əməlimi saleh et və onu Sənin üçün xalis et və onda Səndən qeyri kimsə üçün bir şey qoyma”.

✍️ İmam Əhməd, “Əz-Zuhd” (147).


Malik ibn Dinar (Allah ona rəhmət etsin) belə demişdir: “Qəlbində sərtlik, bədənində zəiflik, ruzində darlıq görsən, bil ki, sənə aid olmadığın bir şey haqqında danışmısan.”

? Faydul qadir, 1/369.


İmam Əhməd (Allah ona rəhmət etsin) dua edərkən deyərdi: “Ey Allahım bizdə olan şərlərə görə, Səndə olan xeyirlərdən bizi məhrum etmə.”

? Tabəqatul hənəbilə, 1/205


Həbib əl-Fərisi (Allah ona rəhmət etsin) belə demişdir: “Həqiqətən bir kişinin xoşbəxtliyindəndir ki, özünün ölməsi ilə yanaşı günahlarıda ölür.”

? Hilyatul övliya, 6/152

Subhənallah, necə də doğru bir sözdür. Təsəvvür edin neçə-neçə insanlar var ki, özü ölür amma ona günah hələ də yazılır. Məsələn, bir nəfər şərlə dolu bir sayt açır. Hər dəfə o sayta girildikcə, ona günah yazılır. Və ya başqa bir şərr qapısının açarıdır. O qapı açıldıqca, ona günah yazılır. Buna görə də hər bir aqil insan gərək özündən sonra xeyir qoyub getsin ki, ölümündən sonra da ona savab yazılsın.


Alimlərin bir-birinə etdiyi nəsihət

✍?”Fəqihlər bir-birlərinə üç şeyi yazıb nəsihət edərdilər:

1⃣ Kim axirəti üçün əməl edərsə, Allah ona dünyasını verər;

2⃣ Kim təklikdə olan halını islah edərsə, Allah onun insanlar qarşısındakı halını islah edər;

3⃣ Kim Allahla öz arasını düzəldərsə, Allah onunla insanların arasını düzəldər.”

? “Hilyətul-əvliyə”, 4/247.


İmam İbn Bəzz (Allah ona rəhmət etsin) demişdir: “Bəzi zəkalı insanlar zəkalı olduqları üçün zındıqlaşırlar. İnsanları təhqir edir, onlarların heç bir şey olduğunu görür, bununla da azır və həlak olur, Allaha sığınırıq. Çünki öz elminin onların elmindən, fəhminin onların fəhmindən, zəkasının onların zəkasından yüksəkdə görür.”

?Təliqat alə ər-risələ əl-həməviyyə, səh. 230


Alləmə İbn Useymin (Allah ona rəhmət etsin) demişdir: “Haqq insanların etdiyi deyil, dəlilə əsaslanmış olandır”.

?Şeyxin fətvalar və risalələr toplusu, 3/367).


İbn Kəsir (Allah ona rəhmət etsin) demişdir: “Əhli sünnə vəl-cəməa isə, səhabələrdən sabit olmayan hər bir əməlin və sözün bidət olduğunu deyirlər. Çünki o (əməl və ya söz), xeyir olsaydı, onlar onu bizdən əvvəl edərdilər, çünki onlar xeyrin heç bir formasını buraxmayıblar, hamısını etməyə tələsiblər”.

?İbn Kəsirin təfsiri, 13/12.


Tarixə qızıl suyu ilə yazılmış sözlər

✍️ Umar ibn Əbdul-Əziz (Allah ona rəhmət etsin) səhabələrin arasında baş verən döyüş barədə soruşuldu və belə dedi: “Allah mənim əlimi bu qandan təmizləyib, dilimi də ondan təmizləməyimmi? Allah rəsulunun səhabələrinin məsəli göz kimidir, gözün də əlacı ona toxunmamaqdır”.

?”Təfsirul-Qurtubi”, 16/122.


Kiminlə və harada olacağına özün qərar ver

Allah Təalə Quranda belə deyib:

  1. İblis dedi: “Sənin qüdrətinə and olsun ki, onların hamısını yoldan çıxaracağam;
  2. Təkcə Sənin seçilmiş ixlaslı qullarından başqa!”
  3. Allah dedi: “Budur haqq! Mən yalnız haqqı deyirəm!
  4. Mən Cəhənnəmi səninlə və sənə tabe olanların hamısı ilə dolduracağam!”

[Sad surəsi, ayə 82-85]

Kim Allaha və Onun rəsuluna asi olub İblisə və onun ordusu olan şeytanlara (insanlardan və cinlərdən olan şeytanlara) tabe olarsa, cəhənnəmə düşər. Ora necə də pis bir yerdir. Allah Təalə belə deyib: “Kim Allaha və Onun Elçisinə asi olub Onun hüdudlarını aşarsa, Allah onu içində əbədi qalacağı Cəhənnəm oduna daxil edər. Onun üçün alçaldıcı bir əzab vardır.” [Nisa surəsi, ayə 14]

Lakin kim Allaha və Onun rəsuluna itaət edərsə, cənnətə düşər. Ora necə də gözəl bir yerdir. Cənnətdəki qonşuları da peyğəmbərlər, siddiqlər, şəhidlər və salehlər olar. Onlar necə də gözəl bir yoldaşlardır. Allah Təalə Quranda belə deyib: “Allaha və Onun Elçisinə itaət edənlər Allahın onlara nemət olaraq bəxş etdiyi peyğəmbərlərlə, sidq ürəkdən inananlarla, şəhidlərlə və salehlərlə birlikdə olacaqlar. Onlar necə də gözəl dostlardır.” [Nisa surəsi, ayə 69]

“Bunlar Allahın qoyduğu hüdudlarıdır. Kim Allaha və Onun Elçisinə itaət edərsə, Allah onu ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağlarına daxil edər. Bu, böyük uğurdur.” [Nisa surəsi, ayə 13]

İndi isə özün qərar ver. Kimlərlə və harada olmaq istəyirsən?


Səhabinin nəsihəti

?Bir kişi İbn Ömərə (Allah ondan razı olsun) yazır:

“Mənə bütün elmi yaz”.

İbn Ömər isə, ona belə yazır:

“Həqiqətən, elm çoxdur. Lakin insanların qanlarından belin yüngül halda, mallarından qarnın boş halda, namuslarından dilin qorunmuş halda və camaatlarına mülazim olduğun halda Allahın qarşısına gedə bilirsənsə, bunu et”.

?”Siyər ə’ləm ən-nubələ”, 4/313.

tovhidinfo
Tovhid.info heyəti

Hörmətlə, saytın administrasiyası.

Bütün materiallara bax