• Menyu
  • Menyu

Sələfin dilindən bidət əhlinə qarşı münasibət

tovhidinfo

Mərhəmətli və Rəhimli Allahın adı ilə

1. Allah Rəsulu (صلى الله عليه و سلم) demişdir:
“Kişi öz dostunun dinindədir. Sizlərdən hər kəs kimlə dostluq elədiyinə fikir versin!”
[Əbu Davud 4833 həsən hədis]

2. Abdullah ibn Məsud (Allah ondan razı olsun) demişdir:
“İnsanları dostlarına görə tanıyın. Çünki, insan sevdiyindən başqası ilə dostluq eləməz.”
[Abdurrazzaq: 7894]

3. Fudayl ibn İyad (Allah ona rəhmət etsin) demişdir:
“Bidət əhli ilə oturub-durandan uzaq durun!”
“Kim bidət əhlini sevsə, Allah onun qəlbindən İslamın nurunu söküb çıxardar.”
“Kim bidət əhlinə köməklik edərsə, deməli o, İslamın yıxılmasına köməklik göstərib.”
[Şərh Usul Etiqadi Əhlis-sünnə no: 261, Zəmmul-Kəlam sh.220, Əbu Nuaym “əl-Hilyə” 8/103]

4. İmam Auzaiyə (Allah ona rəhmət etsin) dedilər; bir nəfər var, deyir ki; “Mən sünnət əhli ilə də oturub-dururam, bidət əhli ilə də.”
İmam cavabında belə deyir: “BU İNSAN DEYƏSƏN HAQQ İLƏ BATİLİ EYNİLƏŞDİRMƏK İSTƏYİR.”
[İbn Batta “əl-İbanə əl-Kubra” 435.]

Daha sonra İbn Batta Auzainin sözünə dəstək olaraq bu ayəni qeyd edir: “Onlar möminlərlə rastlaşdıqda; “Biz iman gətirdik”-deyərlər. Öz şeytanları (yəni azmış dostları) ilə olduqda isə; “Biz sizinləyik”-deyərlər.” (Əl-Bəqərə: 14)

5. Sufyan əs-Souri (Allah ona rəhmət etsin) Bəsrə şəhərinə gəldikdə, Rabi ibn Subeyhin halı və onun insanlar yanında olan dəyəri barədə fikirləşməyə başladı. Sonra da onun məzhəbi barədə soruşdu. Ona dedilər ki; onun məzhəbi sünnət üzərindədir. İmam əs-Souri yenə də soruşdu: oturub-durduqları, dostları, ətrafı kimlərdir? Dedilər ki; Qədərilər.
İmam dedi: DEMƏLİ, ELƏ O DA QƏDƏRİDİR.
[İbn Batta “əl-İbanə əl-Kubra” 426.]

Daha sonra İbn Batta Sufyan əs-Sourinin sözünə dəstək olaraq bu ayəni qeyd edir: “Ey iman edənlər! Sizdən olmayanları özünüzə dost tutmayın. Onlar sizə qarşı fəsad törətməkdən əl çəkməzlər. Sizin sıxıntıya düşmənizi istəyərlər.” (Əli İmran: 118)

6. Uqbə ibn Əlqamə rəvayət edir ki, Artaə ibn əl-Munzirin (Allah ona rəhmət etsin) yanında idim. Həmin məclisdə olanlardan bəziləri belə dedilər: Bir nəfər var, əhli-sünnət ilə oturub-durur, amma onun yanında bidət əhlinin adı çəkilən kimi həmən buna etiraz edərək, “onlar barədə danışmayın!” deyir. Belə birisi barədə fikriniz nədir?
Artaə belə dedi: “O DA ELƏ ONLARDANDIR. ONUN HALI SİZİ ALDATMASIN.”
Artaənin bu sözünü qəbul etmədim və bu cür şeylərin həqiqətini üzə çıxarmaqda mahir bir usta olan İmam Auzainin yanına getdim və ona olub keçənləri nəql etdim. İmam isə, cavabında belə dedi: “ARTAƏ DOĞRU DEYİB. HƏQİQƏT ELƏ ONUN DEDİYİ KİMİDİR…ƏGƏR BİR KİMSƏNİ DAİMA BİDƏT ƏHLİ İLƏ GƏZƏN GÖRSƏN, O, ONUN FİKRİNDƏ OLMADIĞINA DAİR AND İÇSƏ BELƏ, ONA İNANMA!”
[İbn Asakir “Tarix Diməşq” 8/15]

7. Muhəmməd ibn Səhl əl-Buxari deyir ki; sələfin imamlarından əl-Fəryabinin (Allah ona rəhmət etsin) yanında idik. O, bidət əhli barədə danışmağa başladı. Elə bu anda, orda olanlardan birisi ona belə dedi: bizə hədis rəvayət etsəydin, bu, daha yaxşı olardı. Əl-Fəryabi qəzəblənərək (qızıl hərflərlə yazılası bu sözü) dedi: MƏNİM BİDƏT ƏHLİ BARƏDƏ DANIŞMAĞIM, 60 İL NAFİLƏ İBADƏTDƏN MƏNƏ DAHA SEVİMLİDİR.
[İbn əl-Couzi “Təlbis əl-İblis” 105]

8. İmam əl-Bərbəhəri (Allah ona rəhmət etsin) demişdir:
“Əgər bir kimsəni bidət əhlindən biri ilə oturub-duran görsən, onu xəbərdar et və o bidətçini ona tanıtdır. Əgər görsən ki, onu tanıyandan sonra yenə də onunla oturub-durur, o zaman özünü ondan qoru. Çünki, o, hava əhlidir.”
[Şərh əs-Sunnə no: 134]

9. Sələfin imamlarından olan Abdullah ibn MübarəkAbdurrəhman əl-Auzai demişdilər: “KİM ÖZ BİDƏTİNİ BİZDƏN GİZLƏTSƏ DƏ, HEÇ VAXT ÖZ ƏTRAFINI BİZDƏN GİZLƏDƏ BİLMƏYƏCƏK.”
[İbn Batta “əl-İbanə əl-Kubra 425 və 513” əl-Lələkəi: 257]


Ər-Riyad şəhərindəki İmam Muhəmməd ibn Səud Universitetinin tələbəsi, Əbu Zeyd Həbibli.

tovhidinfo
Əbu Zeyd Həbibli

Ər-Riyad şəhəri İmam Muhəmməd ibn Suud adına İslam Universitetinin şəriət fakültəsinin tələbəsi.

Bütün materiallara bax