Mərhəmətli və Rəhimli Allahın adı ilə
Hər hansı bir alimə təəssübkeşlik etmək
? İbn Teymiyyə (Allah ona rəhmət etsin) buyurmuşdur: “Hər kimsə başqa imamları tərk edərək bir imamın özünə təəssübkeşlik edərsə, həmin şəxs başqa səhabələri tərk edərək onlardan birinə təəssübkeşlik edən birisi kimidir. Bu, rafizilərin üç xəlifəni və səhabələrin çoxunu tərk edərək Əliyə (Allah ondan razı olsun) təəssübkeşlik etməsi, xəvariclərin də (Əbu Bəkr və Ömərə hörmət edərək) Osman və Əliyə (Allah onlardan razı olsun) tən etməsi ilə eynidir. Bütün bunlar bidət və hava əhlinin yoludur (minhəcidir). O bidət əhli ki, kitab, sünnə və icma ilə onlarin məzəmmət edilməsi, şəriətdən və Allahın Peyğəmbərini (Ona Allahın salavatı və salamı olsun) üzərində göndərdiyi minhəcdən çıxmaları sabit olmuşdur. Kim imamlardan istər Malik, istər Əş-Şafii, istər Əbu Hənifə, istər Əhməd və başqaları (Allah onlara rəhmət etsin) olmaq üzərə, hər hansı birinin özünə təəssübkeşlik edərsə, həmin insanda bunlara (bidət əhlinə) bənzərlik vardır.”
? Məcmuul-fətəvə, 22/252.
© https://t.me/tovhidinfo/57
? Şeyxülislam İbn Teymiyyə (Allah ona rəhm etsin) buyurmuşdur: “Günahlar insanın nəfsinin lazım etdiyi şeylərdir və insan hər an hidayətə yeməyə və içməyə möhtac olduğundan daha çox möhtacdır”.
? Məcmuul-fətəva, 8/216.
© https://t.me/tovhidinfo/58
? Şeyxulislam ibn Teymiyyə (Allah ona rəhm etsin) buyurur: “Kimin üçün Allah Təala xoşbəxtlik istəyərsə, onu başqalarının başına gələnlərdən ibrət alan və Allahın yardım etdiyi insanların yolu ilə gedənlərdən edər”.
? “Məcmu əl-fətəvə” (35/388).
© https://t.me/tovhidinfo/59
ULDUZ FALI HAQQINDA
? Ulduzla fala baxmaq insanı islamdan çıxara bilən küfürdür. Allah Təala buyurur: ”(Ya Rəsulum) De: Allahdan başqa göylərdə və yerdə olan heç kəs qeybi bilmir”. (Ən-Nəml, 65).
Kim qeybi bildiyini iddia edərsə, o, Quranı yalanlamış olur. Buna görə də islam dinindən çıxır və kafir olur.
Kim isə özü baxmır, lakin ulduzla fala baxanların dediklərinə inanırsa (məsələn, televizorda yayımlanan bürclər haqqında proqnozlara, yəni gələcəkdə baş verəcək şeylər haqqında orada deyilənlərə dinləyərsə), bu insan haqqında islam alimləri iki rəy söyləyiblər:
1) Əgər onun (falçının) doğru dediyini təsdiqləyərsə, ona inanarsa, kafir olur;
2) Əgər sadəcə soruşar, lakin dediklərinə inanmazsa, qırx gün namazı qəbul olunmur.
Rəsulullah (sallallahu aleyhi va səlləm) buyurub: ”Kim falçının yanına gəlib ondan soruşarsa (qeybi məsəlləri), qırx gün onun namazı qəbul olunmayacaq”.
(Hədisi imam Muslim və imam Əhməd rəvayət ediblər, imam ət-Tirmizi hədisi ”həsən” olaraq təsnif edib).
Başqa rəvayətdə isə belə gəlib: ”Kim falçının yanına gəlib onun dediklərinə inanarsa, Muhammədə nazil olana (yəni Qurana) küfür etmiş olur”.
(Hədisi imam Əhməd, Əbu Davud rəvayət ediblər, imam əl-Buxari ”ət-Tərix əl-Kəbir”-də rəvayət edib, əl-Həkim hədisi iki şeyxin şərtlərinə görə ”səhih” olaraq təsnif edib).
? Şeyx Muhəmməd ibn Əbdulvahhabın ”tövhid kitabı”, ”ulduzla fala baxmaq bölməsi”-ndən çıxarılan ümumi fayda. Şeyx İbn Useyminin və Şeyx ibn Bazın şərhlərinə əsaslanaraq hazırlanıb).
© https://t.me/tovhidinfo/60
? Şeyx Rabi əl-Mədxəli (hafizəhullah) demişdir: “Bidət əhlindən elm almaqdansa, cahil olmaq daha yaxşıdır. Onlardan elm almaq olmaz. And olsun Allaha ki, cahil olaraq sağlam ağıl, fitrət və qəlbə malik olmaq, hava əhlindən elm öyrənərək əqidəni və mənhəci ifsad və xarab etməkdən daha yaxşıdır”.
? Əl-Fətəva, 1/301.
© https://t.me/tovhidinfo/61
? İmam Əl-Bərbəhəri (Allah ona rəhm etsin) belə buyurmuşdur: “Kim bidətçini əzəmətləşdirib tərifləyərsə, islam dininin məhv olunmasına kömək etmiş olar”.
? “Şərhus-Sünnə”.
© https://t.me/tovhidinfo/62