• Menyu
  • Menyu

Ümmətin alimlərindən qızıl faydalar | 8-ci hissə

tovhidinfo

Mərhəmətli və Rəhimli Allahın adı ilə

? Alləmə İbn Useymin (Allah ona rəhmət etsin) demişdir: “Günümüzdə bəzi insanların etdiyi ən böyük yalandandır: yalan bir söz danışır və bilir ki, yalandır, lakin insanları güldürmək üçün bunu edir. Hədisdə buna aid təhdid, xəbərdarlıq gəlmişdir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurur: “Camaatı güldürmək üçün yalan bir şey danışana vay olsun, ona vay olsun, ona vay olsun!”

Bu, bir çox insana asan gələn şey barədə olan təhdiddir.

?Şərh riyadıs-salihin, 1/297.
© https://t.me/tovhidinfo/69


Əməlin sünnəyə müvafiq olması əməlin çox olmasından əfzəldir

?İmam, fəqih İbn Useymin (Allah ona rəhmət etsin) demişdir: “Sünnəyə müvafiq olmaq çox əməl etməkdən əfzəldir. Buna görə də Allah Təala buyurur: “Əməl baxımından hansınızın daha YAXŞI olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur.” [Mülk, 2].

Demədi “daha çox”. (“Daha yaxşı” dedi).
Məsələn: sünnətdəndir ki, fəcr namazının iki rükət sünnəti xəfif olsun. Bir insan desə ki, mən bu iki rükət sünnətdə qiraəti, rükunu və səcdəni uzatmaq istəyirəm, bir başqası  isə  desə ki, mən fəcrin sünnətini xəfif qılıram, o zaman deyirik ki, ikincinin əməli daha əfzəldir, çünki  o, sünnəyə müvafiqdir. Sünnəyə  tabe olmaq isə daha əfzəldir. “

? “Sifətus-saləh, səh. 169”.
© https://t.me/tovhidinfo/70


Peyğəmbər və səhabələrinin sirasını oxumağın qəlbə təsiri

?Alləmə Muhəmməd ibn Saleh əl-Useymin buyurub: “Siranı oxumağın qəlbə əcaib təsiri var. Çünki insan düşünür, xatırlayır və sanki səhabələr ilə birlikdədir. Və beləcə, qəlbi yumşalır.”

? “Fətəva nurun aləd-dərb, 12/19”.
© https://t.me/tovhidinfo/71


✅Xalil ibn Əhməd demişdir: “Günlərim dörddür. Bir gün çıxıram və özümdən daha elmli olanla qarşılaşıram və ondan öyrənirəm. Bu, mənim fayda və qənimət günümdür.

Başqa bir gün çıxıram və məndən daha elmsiz biriylə qarşılaşıram və ona öyrədirəm. Bu, mənim əcr və savab günümdür.

Bir gün də çıxıram və öz mislimdə olanla qarşılaşıram və onunla birlikdə təkrarlayıram. Bu, mənim dərs günümdür.

Digər bir gün isə, çıxıram və özümdən aşağı olan, lakin özünü məndən yuxarı görən biriylə qarşılaşıram və onunla danışmıram. Bu günü isə, istirahət günüm edirəm.”

? Cəmi’ bəyənil-ilmi və fədlihi, 1/535.
© https://t.me/tovhidinfo/75


✅Şeyx Rabi ibn Hədi əl Mədxali (Allah onu qorusun) demişdir: “Ola bilər ki, səfeh və ya düşmən səni qəzəbləndirsin, bu zaman səndən tələb olunan nədir?

Səndən tələb olunan qəzəbini udmandır ki, yaxşılardan olasan. Hətta səndən bundan da artığı tələb olunur, o da bağışlamaqdır. Çünki qəzəbi saxlamaq onu yatırır, ancaq sənin içində bir acı qalır, bağışlamaq isə, özü ilə hər şeyi aparır. Bağışlamaq gözəl xasiyyətdir. Bu, Uca Allahın  qatında təriflənən bir işdir, müttəqilərin və Allaha yaxın olanların sifətlərindəndir. Bu haqda Uca Allah buyurur: “Allah yaxşı iş görənləri sevir.”

Yəni: Yaxşı iş görənlərdən, qəzəblərini boğanları və insanları bağışlayanları“.

?”Əl-məcmuu  Ər-raiq”, səh.62.
© https://t.me/tovhidinfo/76


✒️İbnul-Qeyyim (Allah ona rəhm etsin) demişdir: “Mal-dövlət sənin qəlbində deyil, əlində olarsa, sənə ziyan vurmaz, hətta çox olsa belə…
Lakin əgər mal-dövlət sənin qəlbində olarsa, sənə zərər vurar, hətta əlində ondan heç nə olmasa belə…”

?Mədəricus-səlikin 1/463.
© https://t.me/tovhidinfo/78


✒️İmam İbnul-Qeyyim (Allah ona rəhm etsin) demişdir: “Dilin hərəkəti bədən üzvlərindən ən asanıdır, lakin qula ən zərərli olanı da odur”.

?”Əl-cəvab əl-kəfi” , s.281.
© https://t.me/tovhidinfo/79

tovhidinfo
Tovhid.info heyəti

Hörmətlə, saytın administrasiyası.

Bütün materiallara bax