Mərhəmətli və Rəhimli Allahın adı ilə
Əl tutaraq salamlaşmaq
Huzeyfə ibnul Yəmən (Allah ondan razı olsun) dedi: Allah Elçisi (Allahın Ona salavatı və salamı olsun) buyurdu:
“Bir mömin başqa bir möminlə qarşılaşıb ona salam verər və əlindən tutarsa, o da (ona salam verib) əlindən tutarsa, ağacın yarpaqlarının töküldüyü kimi hər ikisinin günahları tökülər.”
? (Təbərani “əl-Ovsat”da (1/84, no: 245-də varid etmiş, şeyx Albani “Səhih hədislər toplusu” əsərində (1/15, no: 16) səhihləşdirmişdir.)
İmam Osman ibn Səid əd-Dərimi cəhmiyyələrə rəddiyyəsində deyir:
“Allahın kitabını dəlilsiz təfsir etmək, Allah Elçisindən (Sallallahu aleyhi və səlləm), onun səhabələrindən və onlara gözəl şəkildə tabe olanlardan gələn dəlilləri tərk etmək İslamda böyük bir bidət və böyük zülmdür.”
?(ər-Raddu aləl-Cəhmiyyə, İmam əd-Dərimi, səh 122)
Allah yolunda sevmək
Əbu Hüreyrə (Allah ondan razı olsun) dedi: Allah Elçisi (Allahın Ona salavatı və salamı olsun) buyurdu: “Həqiqətən Allah Qiyamət günü buyuracaq: “Mənim Cəlalım (Ucalığım yolunda) bir birini sevənlər haradadır? Bu gün Mən onları Öz kölgəmdə (Ərşin kölgəsində) kölgələndirəcəyəm. Bu gün mənim kölgəmdən başqa bir kölgə olmaz.”
? (Muslim; 2566)
?Şeyxülislam İbn Teymiyyə (Allah ona rəhmət etsin) demişdir:
“Tələb olunan, Quranın mənalarını başa düşmək və ona əməl etməkdir. Və əgər Quran hafizinin himməsi (qəsdi, istəyi) bu olmazsa, o, elm və din əhlindən olmaz”.
?Məcmuul-fətəva 23/55.
Ümmətin alimlərlə qorunması
Şeyxulislam ibn Teymiyyə (Allah ona rəhmət etsin) demişdir: “Allah bu ümmətin qorunmasını təmin etmişdir. Bu qorunmanın tam olmağındandır ki, O, ümmətə alimləri bəxş edib. Onlardan (alimlərdən) biri bir məsələdə xəta etdikdə, digəri doğruya isabət edir. Bununla da haqq itmir. Dörd məzhəb (imamları) və başqaları kimi.”
? (Minhəcus-Sünnə, ibn Teymiyyə; birinci cild səh, 35-36)
Hər bidət edənə bidətçi hökmü verilirmi
✍?Şeyx Rabi Əl-Mədxali (Allah onu qorusun) demişdir:
“Bidətə düşən kəs, əgər bu bidət açıq-aşkar olarsa – Quranın məxluq olduğunu demək kimi, Allahdan qeyrisinə dua etmək, Allahdan qeyrisi üçün qurban kəsmək və bu kimi başqa aydın olan bidətlərdən olarsa, o kəs bir bidətinə görə təbdi olunur (ona bidətçi deyilir).
Lakin bidət gizli, qaranlıq olan şeylərdən olarsa və haqqı axtaran kəs xəta edərək ona düşərsə, başlanğıcdan təbdi olunmur. Ona nəsihət edilir, xətası ona aydın edilir və bu zaman o, bidətində israr edərsə, təbdi olunur.
İbn Teymiyyə (Allah ona rəhmət etsin) demişdir:
Sələfdən və xələfdən olan çox alimlər özləri də hiss etmədən bidətlərə düşmüşdürlər. Ya zəif hədisə əsaslanmış, ya dəlilləri səhv anlamış və ya ictihad etmişdirlər.
Bidətlərə qarşı vuruşan, sünnəyə dəvət edən bir fəzilətli alim, əgər sidqi, ixlası, bidətlərdən çəkindirməsi ilə tanınarsa və hər hansı bir səbəbdən dolayı gizli olan bidətlərdən nəyəsə düşərsə, ona bidətçi deməyə tələsmirik. Bu, düzgün olan rəydir. Yoxsa ki, əgər hər bidətə düşənə bidətçi hökmü versək, nəinki başqaları, islam imamlarından heç kim salamat qalmaz!”
? “Şeyx ilə “məscid əl-xeyr”də olan görüş” adlı kasetdən.
Şeyxin rəsmi saytından tərcümə olunmuşdur: http://www.rabee.net/ar/questions.php?cat=26&id=654
Orucun mərtəbələri
? İbn Qudəmə (Allah ona rəhmət etsin) demişdir:
“Orucun üç mərtəbəsi var: ümumi insanların orucu, xüsusi insanların orucu, ən xüsusi insanların orucu.
1⃣Ümumi insanların orucu qarnı və cinsiyyət üzvünü şəhvətdən saxlamaqdır.
2⃣Xüsusi insanların orucu baxışı, dili, əli, ayağı, qulağı, gözü və digər bədən üzvlərini günahlardan saxlamaqdır.
3⃣Ən xüsusi insanların orucu isə, qəlbi faydasız istəklərdən, Allahdan uzaqlaşdıran fikirlərdən və Allahdan başqa hər şeydən bütövlüklə saxlamaqdır.
Muxtəsar minhəc əl-qasidin, 44.
Düşmən daha təhlükəlidir, yoxsa nəfs
?İmam Əbu Bəkr Əl-Əcurri demişdir:
“Sonra bilin ki, Allah sizə rəhm etsin, nəfs öz istədiyi, lakin ona qadağan olunmuş şeyi əldə etsə, qiyamət günü öz sahibini qınayacaq. O, deyəcək: “Niyə etdin? Niyə səhlənkarlıq etdin? Niyə onda həlakım olduğunu bilə-bilə məni istədiyimə çatdırdın?”
Allah sizə rəhm etsin, məgər Allahın (Əzzə və Cəllə) bu kəlamını eşitməmisinizmi: “And içirəm qiyamət gününə. And içirəm qınayan nəfsə”? (Əl-Qiyəməh, 1-2).
Allahdan bunu eşidən kəsə vacibdir ki, onu öldürmək istəyən və ya malını əlindən almaq istəyən və ya namusuna toxunmaq istəyən düşmənindən daha çox öz nəfsindən həzər etsin.
Kimsə deyə bilər ki, düşmənin düşmənçiliyi açıq-aydın olduğu halda niyə mənə nəfsimdən daha şiddətli həzər etməyi lazım edirsən?
Ona belə deyilər:
Səni öldürmək və ya malını əlindən almaq və ya namusuna toxunmaq istəyən düşmənin, əgər sənə qarşı istədiyinə çatsa, Allah (Əzzə və Cəllə) bununla sənin günahlarını yuyar və dərəcəni ucaldar.
Nəfs isə, belə deyil. Çünki nəfs, əgər səndən istədiyi ona qadağan edilmiş şeyi əldə etsə, bunda sənin dünya və axirətdəki həlakın olar. Dünyada şiddətli cəza ilə yanaşı rüsvayçılıq, axirətdə isə, Allahın qatında pis bir məkan ilə yanaşı axirətdə pis dönüş yeri.”
?”Ədəbun-nufus”, s.1.
Ən böyük şərəf
✍?Şeyx İbn Useymin (Allah ona rəhmət etsin) demişdir:
“Peyğəmbər (salləllahu aleyhi və səlləm) üçün Allaha qul olmaq şərəf olaraq kifayətdir. Ona görə, Allah Təala onu ən uca məqamlarında qul olmasıyla vəsf edir:
1⃣Onu müdafiə edərək kafirlərə meydan oxuduqda belə buyurdu:
“Əgər QULUMUZA nazil etdiyimizə şübhə edirsinizsə, onda ona bənzər bir surə gətirin…” (Əl-Bəqərə, 23).
2⃣Onun yaradılışa göndərilmiş peyğəmbər və elçi olmasını isbat edərkən belə buyurdu:
“Aləmləri xəbərdar etməsindən ötrü Öz QULUNA Furqanı (Quranı) nazil edən Allah necə də xeyirxahdır!” (Əl-Furqan, 1).
3⃣İsra və Merac məqamında belə buyurdu:
“Dəlillərimizdən bəzisini ona göstərmək üçün Öz QULUNU gecə vaxtı Məscidulharamdan ətrafına xeyir-bərəkət verdiyimiz Məscidul-əqsaya aparan Allah pak və müqəddəsdir!..” (Əl-İsra, 1).
“Sonra Allah Öz QULUNA nazil edəcəyini vəhy etdi.” (Ən-Nəcm, 10).”
?Əl-qovl əl-mufid, s.23.
QULLUĞUN QİSİMLƏRİ
Qulluq üç qismə bölünür:
1⃣Ümumi. Bu, rübubiyyət qulluğudur və bütün məxluqlar üçündür. Allah Təala buyurub: “Göylərdə və yerdə olanların hamısı Mərhəmətli Allahın hüzuruna ancaq bir qul kimi gələcək.” (Məryəm, 93).
Buna kafirlər də daxildir.
2⃣Xüsusi. Bu, ümumən itaət qulluğudur. Allah Təala buyurub: “Mərhəmətli Allahın qulları o kəslərdir ki, onlar yer üzündə təvazökarlıqla gəzər, cahillər onlara xoşagəlməz bir söz dedikdə: “Salam!”– deyərlər.” (Əl-Furqan, 63).
Bu qismə Allaha Onun şəriəti ilə ibadət edən hər kəs aiddir.
3⃣Xüsusinin xüsusisi. Bu, peyğəmbərlərin qulluğudur.
Allah Təala Nuh (salləllahu aleyhi və səlləm) barədə buyurub:
“O, doğrudan da, şükür edən bir QUL idi.” (Əl-İsra, 3).
Muhəmməd (salləllahu aleyhi və səlləm) barədə belə buyurmuşdur:
“Əgər QULUMUZA nazil etdiyimizə şübhə edirsinizsə, onda ona bənzər bir surə gətirin…” (Əl-Bəqərə, 23).
Həmçinin, başqa peyğəmbərlər barədə də belə buyurmuşdur:
“Qüdrət və bəsirət sahibi olan QULLARIMIZ İbrahimi, İshaqı və Yəqubu da yada sal!” (Sad, 45).
Peyğəmbərlərə aid edilən qulluğun bu növü xüsusinin xüsusisidir, çünki heç kəs qulluqda peyğəmbərləri ötüb keçə bilməz.
?Şeyx İbn Useymin, “Əl-qovl əl-mufid”, s.23-24.
Namazın əhəmiyyəti
Əbu Hüreyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Allahın Elçisi (Sallallahu aleyhi və səlləm) buyurmuşdur: “Qiyamət günü quldan ilk soruşulan şey namazı olacaqdır.
?? Əgər namazı salamat olarsa, başqa əməlləri də salamat qalar.
?? Əgər namazı doğru olmazsa, başqa əməlləri də fəsada uğrayar.
? (Albani, Səhihul-Cami, 2573)
İlk on gün bitdi
✍?Şeyx Saleh Əl-Fovzan (Allah onu qorusun) demişdir:
“Bu ötən on gün barədə nəfslərimizi hesaba çəkək, bu günləri necə keçirtdik? Onları Allaha itaətlə qoruduqmu? Onlardan faydalandıqmı?
Kim bu günləri yaxşı keçirdibsə, onları qoruyubsa, ayın qalanında yaxşı əməllərini daha da artırsın və kamilləşdirsin.
Ötən on gündə səhlənkarlıq və tənbəllik edən kəs isə, ay bitmədən və o, heç nəsiz qalmadan öncə tövbə etsin və itirdiyini ayın qalan hissəsində qazansın.”
?”Məcəlis şəhri ramədan əl-mubərak”, s.46.