• Menyu
  • Menyu

Ümmətin alimlərindən qızıl faydalar | 26-cı hissə

tovhidinfo

Mərhəmətli və Rəhimli Allahın adı ilə

Dua etməkdən usanma!

Öz nəfsin barədə olan pis zənnin və çoxlu günahlarının olması sənin öz Rəbbinə dua etməyinə maneə olmasın gərək. Çünki, Allah “Elə isə mənə onların diriləcəkləri günə qədər möhlət ver” – deyə dua edən İblisin duasını qəbul edərək dedi: “Sən möhlət verilənlərdənsən.”

? (Fəthul-Bari, 11/168)


Ərəb dilinin əhəmiyyəti

Əyyub Əs-Sixtiyəni (Allah ona rəhmət etsin) demişdir:

“İraqda zındıq olanların çoxu ərəb dilini yaxşı bilmədiklərinə görə belə oldular.”

?Əbu Hətim, “Kitəbuz-zinəh”, s.86.


İbnul-Qeyyim (Allah ona rəhmət etsin) demişdir:

“Malikin belə dediyi rəvayət olunur:

“Bəzi qövmlər ibadəti qəsd etdilər və elmi zay etdilər. Beləcə, Məhəmməd (Allahın Ona və ailəsinə salavatı və salamı olsun) ümmətinə qarşı qılıncları ilə  çıxdılar. Əgər onlar elm öyrənsəydilər, bu (faydalı elm) onların bu əməli etmələrinin qarşısını alardı.”

? (Miftəhu Dərus-Səadə, İbnul-Qeyyim, 1/334. Aləmil-Fəvaid)


Hər dediyin yazılır

Sufyən Əs-Sövri (Allah ona rəhmət etsin) dostlarına belə dedi:

“Sizinlə sultana söz çatdıran biri otursaydı, sultanı qəzəbləndirəcək bir şey danışardınızmı?”

Onlar: “Xeyr” – dedilər.

O isə, belə dedi:

“Həqiqətən, Allaha söz çatdıranlar sizinlədir (yəni, mələklər)…”

?İbn Əl-Cövzi, “Ət-təbsira”, 2/237.


Bürcləri oxumaq olmaz, hətta inanmasan belə

Şeyx Saleh əliş-Şeyx demişdir:

“Kim öz doğulduğu bürcü bilə-bilə bürclər olan səhifəni (qəzetlərdə, saytlarda və s.- tərc.) oxuyarsa, qırx gün ərzində namazı qəbul olunmaz. Oxuduğunu həm də  təsdiqləyərsə, Muhəmmədə (salləllahu aleyhi və səlləm) nazil olana küfr etmiş olar.”

?Tövhid kitabının şərhi.


Şeyx İbn Useymin (Allah ona rəhmət etsin) demişdir:

“Allah Quranda üç yerdə Peyğəmbərinə (salləllahu aleyhi və səlləm) and içməyi əmr edir:

1⃣ ” Səndən: “O əzab doğrudurmu?”– deyə xəbər alırlar. De: “Bəli, and olsun Rəbbimə! Həqiqətən də, o, doğrudur və siz də ondan yaxa qurtara bilməyəcəksiniz”.” (Yunus, 53)

2⃣ “Kafir olanlar heç vaxt dirildilməyəcəklərini iddia edirlər. De: “Xeyr, Rəbbimə and olsun ki, siz mütləq dirildiləcəksiniz. Sonra isə etdiyiniz əməllər sizə xəbər veriləcəkdir. Bu, Allah üçün çox asandır!”” (Ət-Təğabun, 7)

3⃣ “Kafirlər: “O Saat bizə gəlməyəcəkdir!”– dedilər. De: “Xeyr, qeybi bilən Rəbbimə and olsun ki, o, mütləq sizi haqlayacaqdır…” (Əs-Səbə, 3)”

?”Əl-qovl əl-mufid alə kitəbit-tovhid”, 95.


Sual: Dünyalarını dəyişmiş valideynləri sağ ikən onların üzünə ağ olan kəs tövbə etmək istəyir, bunun hökmü nədir?

?Cavab:

Ona vacibdir ki, valideynlərinin üzünə ağ olduğuna görə tövbə etsin və artıq dünyasını dəyişmiş valideynlərinə yaxşılıq etsin: onlar üçün dua etsin, onların əvəzinə sədəqə versin və əgər özü həcc edibsə, valideynlərinin yerinə də həcc və ümrə etsin. Müvəffəqiyyət Allahdandır!

?Elmi araşdırmalar və fətva üzrə daimi komitənin 20174 saylı fətvası.


✍? Alləmə ibn Useymin (Allah ona rəhmət etsin) buyurub:

“O elm ki, onun səmərəsi, Allah qorxusu, Allaha dönüş, Ona bağlılıq və müsəlmanlara ehtiram olmazsa, belə elm  bərəkəti itmiş bir elmdir.”

? “Şərh əs-səfəriniyyə, 63”


✍️İbn Rəcəb (Allah ona rəhmət etsin) demişdir:

“İnsaflı o kəsdir ki, insanın çox düzgününə görə az səhvindən keçir”.

?”Əl-qavaid”, 315.


✍️Əbud-Dərdə (Allah ondan razı olsun) demişdir:

“Bilməyənə bir dəfə vay olsun; bilib, əməl etməyənə yeddi dəfə.”

?”Əs-siyər”, 2/247.


Saleh qadınlardan olan Fatimə bint əl-Attar əl-Bəğdədiyyə.

✍? Qardaşı deyir ki, bacısı evdən çölə üç dəfə çıxmışdı.

-evləndiyi gün,

-həcc etdiyi gün,

-öldüyü gün.

? İmam Zəhəbinin “Tərixul-İslam, 40/126” kitabından.


✍?Şeyx İbn Useymin (Allah ona rəhmət etsin)

“Qəlbini Bizi zikr etməkdən qafil etdiyimiz kimsəyə tabe olma” [Kəhf surəsi, 28] ayəsinin izahında belə deyir:

“Allah Təalə “dilini Bizi zikr etməkdən qafil etdiyimiz” demədi. Çünki həqiqi qəflət  qəlbin qəflətdə olmasıdır. Buna görə də vacibdir ki, Allahı zikr etmək qəlbinin dərinliyindən çıxsın, dilin Allahı zikr edib qəlbin qəflətdə olduğu halda yox.

? “Səhih Buxari”nin şərhindən.


“Allah sənə hidayət versin” söyüş deyil, gözəl bir duadır

Əbdul-Əziz ibn Bəz (Allah ona rəhmət etsin) demişdir:

“Sənin hidayətə ehtiyacın var. İnsanların ən təqvalısı, ən elmlisi olsan belə, ölənə qədər hidayətə ehtiyacın var. Ona görə Allah Təala bizə hər rükətdə, fatihədə “Bizi düz yola hidayət et” deməyi öyrətmişdir, yalnız fərz namazlarında gündüz və gecə ərzində on yeddi dəfə…”

?İbn Bəzin fətvalar toplusu, 7/163.


✍? Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi va səlləm) belə buyurub:

“Bir kişinin cənnətdə dərəcəsi yüksələr və o belə deyər: Bu necə olur? Ona belə deyilər: Övladının sənə etdiyi istiğfar səbəbilədir.”

? “Sünən İbn Məcə, 3660, Şeyx Albani Sahihul Cami, 1617”

Hədisdən çıxarılan faydalar:

  1. Saleh övlad valideyinin sağlığında və ölümündən sonra da onun üçün dua edər, onun günahlarının bağışlanmasını Allahdan istəyər.
  2. İstiğfar diləyən saleh övladın duası ilə valideynin cənnətdə dərəcəsi qalxar.
  3. Saleh övlad yetişdirmək valideynin saleh əməllərindən sayılar. Saleh əməlin də mükafatı ancaq xeyir olar.
  4. Hər bir cəza və ya mükafat edilən əməlin cinsindəndir, yəni əmələ görədir. Əməli saleh olduğu üçün mükafatı da cənnətdə dərəcəsinin qalxması oldu.
  5. Bu hədis Əbu Hureyranın fəzilətinə dəlalət edir. Çünki, hədisi Peyğəmbərdən (sallallahu aleyhi va səlləm) eşidib əzbərləmək və onu ümmətə nəql etmək sahəbənin fəzilətindəndir. Bu hal bütün səhabələrə şamil olunur.
  6. Həmçinin, bu hədis elmi yaymağa dəlalət edir. Çünki, Peyğəmbər (sallallahu aleyhi va səlləm) buyurub ki, “Məndən bir ayə də olsa, təbliğ edin.”
  7. Hədisdə xitab kişiyə olsa da, bura analar da daxildir. Çünki, şəriətdə əksər xitablar kişi cinsinə olunsa da, bura qadınlar da şamil olunur. Bu dinimizdə təqrir olunmuş qaydadı.
  8. Cənnətin haqq olması. Bu hədis cənnətin mövcud olmasını inkar edənlərə qarşı dəlilidir.
  9. Həmçinin, bu hədis Cənnətin dərəcələrdən (təbəqələrdən) ibarət olmasına dəlalət edir. Cənnətin də dərəcələri yüzdür, necə ki, səhih hədislərdə varid olub.
  10. Bu hədis valideynləri saleh övlad yetişdirməyə təşviq edir. Bunun mükafatını bildikdən sonra hər bir valideyin övladının saleh olması üçün çalışmalıdır və bu yolda Allahdan yardım diləməlidir.
  11. Həmçinin, bu hədis övladı da valideyinləri üçün dua etməyə təşviq edir. Çünki, onun duası sayəsində ola bilər ki, valideyinin cənnətdə dərəcəsi qalxar.
  12. Bu hədis dəlalət edir ki, ümmətin hər saleh əməlindən qazandığı əcrdən Peyğəmbərin (sallallahu aleyhi va səlləm) payı var. Heç birinin əcrindən də azalmaz. Çünki, Peyğəmbər (sallallahu aleyhi va səlləm) buyurub ki, “Kim bir xeyrə səbəb olarsa, onu edənin əcrinin mislində ona da əcr vardır.”
  13. Həmçinin, səhabə də bu hədisi nəql etməklə xeyrə vəsilə olub. Ona da əməl edənin əcrinin misli qədər əcr vardır.
  14. Adəm övladı öldükdən sonra onun əməlləri kəsilər, üç şeydən başqa. Onlardan biri də özündən sonra faydalı elm qoymaq. Bu elmə isə hər dəfə oxunub əməl olunduqca səhabə və alimlərə ölümlərindən sonra belə savab yazılar.
  15. İstiğfar diləməyin fəzilətli əməl olması.

✍️İbnul-Qeyyim (Allah ona rəhmət etsin) demişdir:

“Yerin yağışsız həyatı olmadığı kimi, qəlbin də elmsiz həyatı yoxdur.”

?”Miftəh dəris-səadə”, 1/168.


Hikmətli sözlər

İbrahim ibn Ədhəm (Allah ona rəhmət etsin) demişdir: «Batilə çox baxmaq qəlbdən haqqı tanımağı (bilməyi) aparar.»

? (Hilyətul-Əvliyə, 8/22)

İbn Ovn (Allah ona rəhmət etsin) demişdir: «Qəlbə hava (yəni, nəfsə uymaq) qalib gələrsə, insan (vaxtilə) çirkin gördüyü bir şeyi gözəl görməyə başlayar.»

?(Əl-İbənətus-Suğra, 231)


✍? Saleh Əl-Fovzan buyurub: “Əgər Allah bir qula ikram edərsə, onu Özünə itaətlə məşğul edər.”

? “Şərh ət-tahaviyyə, 11”

tovhidinfo
Tovhid.info heyəti

Hörmətlə, saytın administrasiyası.

Bütün materiallara bax