• Menyu
  • Menyu

Ümmətin alimlərindən qızıl faydalar | 28-ci hissə

tovhidinfo

Mərhəmətli və Rəhimli Allahın adı ilə

Görün onlar necə olub!

✍?İmam Əhməddən soruşurlar:

– Ey Əbu Abdullah! Bir kişinin nə qədər hədis bilməyi kifayətdir ki, fətva verməyi mümkün olsun? Yüz min kifayətdir?

– Xeyr.

– İki yüz min?

– Xeyr.

– Üç yüz min?

– Xeyr.

– Dörd yüz min?

– Xeyr.

– Beş yüz min?

– Ümid edirəm…

?Əl-Xatıb Əl-Bəğdədi, “Əl-fəqihu vəl-mutəfəqqih” kitabı, 2/349.


Yaranın üstünə sidq qoyularsa, sağalar

✍?Əbu Zur’a (Allah ona rəhmət etsin) demişdir:

“Əhməd ibn Hənbələ dedim:

“Mötəsimin qılıncından və Vasiqin  qamçısından necə xilas oldun?” (İkisi də imam Əhmədə Qurana məxluq dedizdirmək üçün əzab verdirən xəlifələrdir – tərc.)

Dedi:

“Yaranın üstünə doğruluq qoyularsa, sağalar”.”

?”Əl-ədəb əş-şər’iyyə”, 2/22.


Xeyir əhli ilə yoldaşlıq

✍?İbn Qudəmə (Allah ona rəhmət etsin) demişdir:

“Gözəl əxlaq xeyir əhli ilə yoldaşlıq etməklə əldə oluna bilər, çünki insanın təbiəti oğrudur – yaxşını da oğurlayır, pisi də.”

?”Muxtəsar minhəcil-qasidin”, s.153.


✍️İbn əl-Qeyyim (Allah ona rəhmət etsin) demişdir:

“Varlılardan olan dünya əhlinin halına fikir versən, görərsən ki, onlar bu bəlanın əsarəti altındadırlar, onlar çox vaxt ağlayır və şikayətlənirlər.”

?”Səadət evinin açarı”, 1/423.


✍️ İbnul-Qayyim (Allah ona rəhmət etsin) belə deyib:

“Günah əhlinin üç çayı vardır ki, onlarla bu dünyada günahlardan təmizlənirlər.

  1. Səmimi olan tövbə çayı
  2. Həsənətlər (yaxşılıqlar) çayı
  3. (Günahlara) kəffarə olan müsibətlər çayı.”

? Mədəric əs-səlikin, 1/139


Qorxu və ümid

Ömər ibn əl-Xəttab (Allah ondan razı olsun) demişdir:

“Əgər göydən “ey insanlar, hamınız cənnətə girəcəksiniz, yalnız bir kişidən başqa” deyə nida gəlsə, o kişinin mən olduğundan qorxaram.

Əgər göydən “ey insanlar, hamınız cəhənnəmə girəcəksiniz, yalnız bir kişidən başqa” deyə nida gəlsə, o kişinin mən olduğuna ümid edərəm”.

?”Hilyətul-əuliyə”, 1/53.


✍️İmam İbnul-Qeyyim (Allah ona rəhmət etsin) demişdir:

“Hər bir fitnənin əsli, yalnız rəyi şəriətdən öncə tutmaq və havanı (nəfsi istəyi) ağıldan öncə tutmaqdandır.”

?”İğasətul-ləhfən”, 2/165.


?Şeyx Saleh Əl-Fovzan demişdir:

“Əgər bugün dəvətçilər ümməti birləşdirmək və qardaşlıq istəyirlərsə, əqidəni islah etsinlər”.

?”Məzahir da’fil-əqidə”, 16.


✍? İbnul-Qayyim (Allah ona rəhmət etsin) belə deyib:

“Nəfslərin qazandığı, qəlblərin daşıdığı və qulun bu dunyada və axirətdə onunla ucalığa nail olduğu ən əfzəl şey elm və imandır.”

?Fəvaidul-Fəvaid, 235.


✍?Əbu İdris Əl-Xovləni belə demişdir: “Məsciddə söndürə bilmədiyim od görmək, mənə orada dəyişə bilmədiyim bidət görməkdən daha sevimlidir.”

?Əş-Şətıbi, “Əl-İ’tisam”, 1/82.


Biz hara, onlar hara…

“İmam Əbu İshaq Əs-Səbii ağladı  və ona deyildi ki, səni ağladan nədir?

Dedi: “Qüvvətim gedib və namazım gedib, ayaqüstə namaz qılanda Əl-Bəqərə və Əli İmrandan əlavə (Quran) oxuya bilmirəm”.”

?İbn Hibbən, “Əs-Siqat”, 8/76.


?İbnu Racəb (Allah ona rəhmət etsin) demişdir:

“Ehtiyac olmadan çox danışmaq qəlbin sərtləşməsini vacib edir”.

?”Cəmiul-ulumi vəl-hikəm”, 1/339.


✍?Şeyxul-islam İbn Teymiyyə (Allah ona rəhmət etsin) demişdir:

“Haqq söz mömini razı salar, istər onun lehinə olsun, istər əleyhinə. Batil söz isə, onu qəzəbləndirər, istər lehinə olsun, istər əleyhinə.”

?”Məcmuul-fətəva”, 10/600.


Saleh dost

?Qatədə (Allah ona rəhmət etsin) demişdir:

“Vallahi, biz bir kişinin yalnız özü kimisiylə dostluq etdiyini gördük. Allahın qullarından salehlərlə dostluq edin ki, bəlkə onlarla və ya onlar kimi olarsınız”.

?”Əl-İbənə”, 2/477.


✍? Sufyan əs-Sövri (Allah ona rəhmət etsin) belə deyib:

“İnsanların üzərinə elə bir zaman gələcək ki, şeytanlar məscidlərində oturub onlara dinlərini öyrədəcəklər.”

? İbn Vaddah, “Əl-bidə, 265”


✍? Süfyan ibn Uyeynə (Allah ona rəhmət etsin) belə deyib:

“Sənin üçün saleh düşmənin olması, pis dostun olmasından daha xeyirlidi. Çünki saleh düşmənin imanı onun sənə pislik etməsinə və xoşlamdığın bir şeyi deməsinə mane olur. Lakin pis dost səni təhqir etdikdə fərqinə varmaz.”

? Əl-hilyə, 2/432


?Yuxudan duranda əməl olunan dörd tərk olunmuş sünnət?

1⃣Sivakla başlamaq (duran kimi birinci dişləri təmizləmək).

?İbn Ömər (Allah hər ikisindən razı olsun) rəvayət etmişdir:

“Peyğəmbər (sallallahu aleyhi və səlləm) yatarkən sivakı yanında olardı və oyananda sivakla başlayardı.” [Əs-silsilə əs-sahihə, 2111]

2⃣Əl ilə üzdən yuxunun izini silmək.

?İbn Abbas (Allah hər ikisindən razı olsun) rəvayət etdiyi uzun hədisdə belə demişdir:

“…Rəsulullah (sallallahu aleyhi və səlləm) yuxudan oyandı və oturaraq əli ilə üzündən yuxunu sildi”. [Buxari, 4572]

3⃣Əlləri üç dəfə yumaq.

?Əbu Hureyra (Allah ondan razı olsun) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir:

“Sizdən biriniz yuxudan oyanarsa, əlini üç dəfə yumamış qaba salmasın, çünki o, əlinin harada gecələdiyini bilmir”. [Muslim, 278]

4⃣Üç dəfə istinsar etmək (burunun içinə su alıb-çıxartmaq).

?Əbu Hureyra (Allah ondan razı olsun) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir:

“Sizdən biriniz yuxudan oyanarsa, üç dəfə istinsar etsin, çünki şeytan onun burnunun içində gecələyir”. [Muslim, 238]


Dua etmək üçün axırıncı səcdəni uzatmaq

İbn Useymin  (Allah ona rəhmət etsin) deyib:

“Axırıncı səcdəni (duadan ötrü) uzatmaq sünnədən deyil. Sünnət odur ki, namazın bütün felləri bir-birinə yaxın olsun.”

? Fətəva nurun aləd dərb, 376.


✍️İmam İbnul-Qeyyim (Allah ona rəhmət etsin) demişdir:

“Əgər Allah qula xeyir istəyərsə, onun qəlbindən öz yaxşı  əməllərini görməyi (yadda saxlamağı) və dilindən onlar barədə xəbər verməyi silər və onu öz günahlarını görməklə məşğul edər.”

?”Tariqul-hicrateyn”, 172.


Şeyxulislam ibn Teymiyyə (Allah ona rəhmət etsin) deyib:

“Kim etiqad etsə ki, evdə qılınan namaz camaat namazından əfzəldi, o adam müsəlmanların ittifaqı ilə azğındır, bidətçidir.”

? Məcmu əl-fətəva, 23/253.

tovhidinfo
Tovhid.info heyəti

Hörmətlə, saytın administrasiyası.

Bütün materiallara bax