• Menyu
  • Menyu

Ümmətin alimlərindən qızıl faydalar | 31-ci hissə

tovhidinfo

Mərhəmətli və Rəhimli Allahın adı ilə

Səhabələri sevməyi övladlarınıza öyrədin. Çünki bu sələfin yoludu.

?İmam Məlikdən (rahiməhuLlah) rəvayət olunur ki: “Sələflər öz övladlarına Qurandan bir sürə öyrətdikləri kimi, Əbu Bəkr və Ömərin məhəbbətini də onlara öyrədərdirlər.”

? “Şərh usul etiqad əhlis sünnəti val cəmaə” 7/124.


İmam Əhmədin duası

“Allahım, bu ümmətdən kim haqq üzərində olduğunu zənn etdiyi halda, haqq üzərində deyilsə, onu haqqa qaytar ki, haqq əhlindən olsun.”

?”Əl-bidəyətu vən-nihəyə”, 10/329.


Şeyxulislam Muhammad ibn Abdulvahhab (Allah ona rəhmət etsin) belə demişdir:

“Bir cahilin: “tövhidi başa düşmüşük”-deməsi ən böyük cahillik və şeytanın hiyləsindəndir.”

? “Məcmu müəlləfətihi”, 1/175.


Həddadilərin əsaslarından

?Şeyx Rabi ibn Hədi Əl-Mədxali (Allah onu qorusun) demişdir:

“Həddadilərin üsullarındandır ki, sələfilərin sələfiyyəyə dəvətdə, onun müdafiəsində, bidətlərə, hizbiliyə və  zəlalətlərə qarşı müqavimətdə çalışqanlıqlarına baxmayaraq, onlarla şiddətli düşmənçilik edirlər.”

?”Usulul-həddədiyyə”, s.468.


وَمَنْ أَضَلُّ مِمَّنْ يَدْعُو مِنْ دُونِ اللَّهِ مَنْ لَا يَسْتَجِيبُ لَهُ إِلَىٰ يَوْمِ الْقِيَامَةِ وَهُمْ عَنْ دُعَائِهِمْ غَافِلُونَ

Allahı qoyub Qiyamət gününədək özünə cavab verə bilməyənlərə dua edib çağıran kimsədən daha çox azmış kim ola bilər? Halbuki (dua edib çağırdıqları) onların çağırışından  qafildirlər (xəbərsizdirlər).

وَإِذَا حُشِرَ النَّاسُ كَانُوا لَهُمْ أَعْدَاءً وَكَانُوا بِعِبَادَتِهِمْ كَافِرِينَ

İnsanlar bir yerə toplanılacaqları zaman (dua edib çağırdıqları) onlara düşmən kəsiləcək və onların ibadətini inkar edəcəklər.

[Əhqaf surəsi, 5-6]

Allahdan qeyrisinə-peyğəmbərlərə, mələklərə, qəbirlərə, daşlara və ağaclara dua edib çağıranlar Allahın bu ayəsini oxuduqları zaman heç düşünməzlərmi? Məgər düşünməzlərmi ki, Allahdan başqa heç kəs onların çağırışına cavab verə bilməz. Tövhid nemətinə görə Allaha həmd sənalar olsun.


Ömərin (Allah ondan razı olsun) belə dediyi rəvayət olunur:

“Müşriklərin bayram günlərində onların kilsələrinə girməyin. Yoxsa qəzəb sizin üzərinizə  enər (başınıza bəla gələr).”

(Beyhəqi, “Əs-sunən əl-kubra” 9/234, AbdurRazzəq, “Musannəf” 1/411).


Elm və əhlini sevmək

İbnul Qayyim (Allah ona rəhmət etsin) demişdir: “Kim elm və əhlini sevərsə, Allahın sevdiyini sevmişdir.”

“Elmi sevmək xoşbəxtliyin əlamətlərindəndir. Elmə nifrət etmək isə bədbəxtliyin əlamətlərindəndir.”

? “Miftəhu dəris səadə, 1/435”


İbnul Qayyim (Allah ona rəhmət etsin) demişdir:

“Elmi sevmək və onu tələb etmək bütün itaətin əslidir. Dünyanı, malı sevmək və onu tələb etmək isə bütün pisliyin əslidir.”

? “Miftəhu dəris səadə, 1/419”


Gözəl ədəb nümunəsi

?Abbasdan (Allah ondan razı olsun) soruşurlar:

“Sən böyüksən, yoxsa Peyğəmbər (sallallahu aleyhi və səlləm)?”

Belə cavab verir:

“O, məndən böyükdür, (lakin) mən ondan qabaq doğulmuşam.”

?”Əs-siyər”, 3/390.


✍? İbnul Qayyim (Allah ona rəhmət etsin) belə deyib:

“İmam Şafinin İmam Əbu Hənifənin (Allah hər ikisinə rəhmət etsin) qəbrinin yanında dua etməsi haqqında yayılan rəvayət açıq aşkar yalandır”

? “İğasətul ləhfən, 1/246”.


Allah Təalə Fatir surəsi 10-cu ayədə belə buyurur:

“إِلَيْهِ يَصْعَدُ الْكَلِمُ الطَّيِّبُ وَالْعَمَلُ الصَّالِحُ يَرْفَعُه”

“Gözəl söz Ona tərəf yüksəlir və onu ucaldan -yaxşı əməldir.”

Şeyx Fovzan “Vasitiyyə əqidəsi” kitabında bu ayənin izahında belə buyurur:

Ona tərəf yüksəlir” -yəni başqasına deyil Allaha tərəf yüksəlir. “Gözəl söz” -yəni zikr, Quran tilavəti və dua. “onu ucaldan yaxşı əməldir” -yəni saleh əməl gözəl sözü ucaldar, yüksəldər. Çünki gözəl söz ancaq saleh əməllə qəbul olar. Kim ki, Allahı zikr edərsə, amma fərzləri yerinə yetirməzsə, sözü rədd olunar. İyəs ibn Muaviyə (Allah ona rəhmət etsin) belə demişdir: “Saleh əməl olmasaydı, gözəl söz yüksəldilməzdi.”

Həsəl əl-Bəsri və Qatədə ( Allah hər ikisinə rəhmət etsin) belə demişlər: “Gözəl söz ancaq əməllə qəbul olar.”

Bu, ayədə Allahın məxluqatdan uca, yüksəkdə, onların üzərində olmasının isbatı vardır. Çünki qalxmaq, yüksəlmək ancaq yuxarıya doğru olur.

? “Vasitiyyə əqidəsi” Saleh əl-Fovzanın şərhi ilə, səh.104.


İbnul Qayyim  (Allah ona rəhmət etsin) demişdir:

Günahlar və fəsad qəm, kədər, qorxu, hüzn, sinənin daralması və qəlb xəstəliklərini gərəkli edir. Bunların dəvası isə ancaq tövbə və istiğfardı.”

? “Zədul məad”, 4/19.


Həmməd ibn Zeyd (Allah ona rəhmət etsin) demişdir:

“Eyyubla gəzirdim və elə yollarla gedirdi ki, onları necə tapdığına təəccüblənirdim. O, bunu insanlardan qaçmaq üçün edirdi ki, deyilməsin “bu, Eyyubdur”.”

?İbn Sə’d, “Ət-Tabaqat”, 7/249.

?Bizim şərh:

Eyyub ibn Əbi Təmimə Əs-Sixtiyəni tabeinlərdən və böyük alimlərdən idi. İmam Zəhəbi onu barədə “seyyidul-uləma” (alimlərin seyyidi, ağası) demişdir.

Belə bir zirvədə olan alim, harasa gedəndə insanların olmadığı, tanımadığı yollarla gedərdi ki, hamı onu tanıyıb, “bu Eyyubdur” deyib işarə etməsinlər, onu tərifləməsinlər, birdən özünü bəyənər.

Amma dövrümüzdə elə insanlar var ki, 1-2 kitab oxuduqda özünü alim, sözünü isə, hüccət hesab edir. Ona görə belə insanlar heç vaxt elmdə irəli getmir. Onlar elmdə “iməkləməyə” başlayanda özlərini zirvədə hesab etdiklərinə görə axıracan iməkləyirlər, gəzməyi belə öyrənə bilmirlər.

Allahdan istəyirəm bizi elmli və təvazökar qullarından etsin.


İbnul Qayyim (Allah ona rəhmət eləsin) demişdir:

“Namazda olan bu altı sifət nifaqın əlamətlərindəndir:

  1. Tənbəlliklə namaza durmaq.
  2. Namaz qıldıqda insanlara özünü göstərmək.
  3. Namazı gecikdirmək.
  4. Sürətli şəkildə namaz qılmaq.
  5. Namazda Allahı az zikr etmək.
  6. Camaat namazından yayınmaq.

? “Namaz və onu tərk edənin hökmü” kitabından.


Hər kim Allahı sevdiyini iddia edib peyğəmbərinə tabe olmazsa, artıq yalan danışmışdır. Çünki həqiqi şəkildə Allahı sevmək peyğəmbərinə tabe olmaqla olur. Çünki Allah Təalə belə deyib:

“قُلْ إِنْ كُنْتُمْ تُحِبُّونَ اللَّهَ فَاتَّبِعُونِي يُحْبِبْكُمُ اللَّهُ وَيَغْفِرْ لَكُمْ ذُنُوبَكُمْ ۗ وَاللَّهُ غَفُورٌ رَحِيمٌ”

De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayandır, Rəhmlidir”. [Ali İmran surəsi 31-ci ayə]


Abdur-Rahmən ibn Sədi (Allah ona rəhmət etsin) demişdir: “Oddan xilas edən işlərdən biri də, insanlara mal və gözəl sözlə yaxşılıq etməkdir.”

?”Bəhcətu qulubil-əbrar” səh. (44)


Sələflərin dəvətə münasibəti

✍?İbnul-Mubəraka deyildi:

“Sənə deyilsəydi ki, ömründən yalnız bir gün qalıb, nə edərdin?”

Dedi:

“İnsanları öyrədərdim.”

?Əl-Beyhəqi, “Əl-Mədxal”, 2/45.


İbrahim Ən-Nəxai (Allah ona rəhmət etsin) demişdir:

“Mən eyib ediləcək şeyi görürəm və yalnız onunla imtahan olunmaq qorxusu mənə (onu barədə) danışmağa mane olur.”

?”Əl-mucələsə və cəvahirul-ilm”, 889.

tovhidinfo
Tovhid.info heyəti

Hörmətlə, saytın administrasiyası.

Bütün materiallara bax