• Menyu
  • Menyu

Ateizmdə əxlaq anlayışı

tovhidinfo

Mərhəmətli və Rəhimli Allahın adı ilə

Yeni növ ateistlər davamlı şəkildə və hər fürsətdə təkrarlayırlar ki, əxlaqın böyük əhəmiyyəti var, azadlıq kimi insan haqları və uca dəyərlər var ki, gərək bunları qoruyaq. Adətən, bunu müsəlman və xristyanların müqəddəs kitablarını (1) pisləmək və iynəli tənqid etmək yoluyla edirlər. Qərb baxışında çox rast gəlmək olur ki, Quran və İncil kitablarından bəzi dəlillərdən istədikləri kimi yorum verib hansısa vəhşiliklərə misal gətirməyə çalışırlar.

Lakin, gəlin diqqət edək! Görək Hitlerin və ya ateist Sovet hökumətinin kütləvi qətl etmələrinin şərə yozulması ateistlərdə hansı meyarlarla və necə qəbul edilir? Bu hallardan niyə danışmırlar? Ateizm əsaslarında xeyir və şərin meyarları nədir? Bəli, ola bilsin ki, ateist, hansısa əxlaqi əməlləri yerinə yetirsin? Lakin, əxlaqi əməllə özünü təmizə çıxarmaq başqa, həqiqi əxlaq əsaslarını sərgiləmək ayrı-ayrı şeylərdir.

Richard Dawinks (müasir ateistlərin əsas liderlərindən biri) iddia edir ki, “biz yalnışı doğrudan ayırd edə bilirik”, Daniel Dennett əxlaq gerçəkliyini təsdiq edir və əxlaqi dəyərlərin dünyada qoyulmuş cəhətlərdən olduğuna inanır. (2) Christopher Hitchens «Xeyir və şər», «Doğru və xəta», «Əxlaqi və qeyri əxlaqi» sözlərini tez-tez və aktiv şəkildə işlədir. (3)

Sam Harris isə iddia edir ki, qızıl qayda “əsrarəngiz əxlaq başlanğıcıdır” və özünün “əxlaqın nisbiliyi” sözünü deyənlərdən hesab etmir. (4)

Lakin, görəsən onların bu etiqadlarını və fikirlərini yürütməkçün irəli sürdükləri əxlaq nəzəriyyəsi nədir elə?

Dawinks’ə gəldikdə; O öz halına nisbətdə bu problemin həllini əxlaqi davranışı bioloji təkamülə əsaslandırmaq yolunda görür. Öz “The Selfish Gene” (Eqoist Genlər) kitabının əvvəlində iddia edir ki, biz insanlar nəcat tapmaq üçün alətlərik, biz kortəbii şəklində yüksək proqramlaşdırılmış cihazlarıq ki, bu da genlər adı ilə bilinən “eqoist zərrələri” qorumaq üçündür. (5)

O, əşyalara baxdıqda belə hesab edir ki, bizim etiqadlarımız və əxlaqi bilgilərimiz bundan öncə məhdud idi, bu da bizim nəsildən nəsilə ötürülən proqramlaşdırılmış üzvlərimizi eqoistliklə genlər sahəsindəki təkamülə hazırlayır. Dawinks razılaşır ki, başqa genlərə nisbətdə bu genlərin qalması üçün aydın görünən yol “eqoistlikdir” ki, bu fərdi varlıqların proqramlaşdırılması yoluyla baş tutan eqoistlikdir. (6) Başqa bir tərəfdən isə o razılaşır ki, “eqoist genlər”in eqoistliyi bəzən başqa varlıqlara eqoist təsiri o varlıqları (zərrələri) özündən önə çəkmək (üstün tutmaq) yoluyla və ya əxlaq yoluyla qalıcılığı özündə ehtiva edir. Bu isə xüsusən də yaxın qohumların başqa qohumlarla (intim) yaxınlığı zamanı baş verir. Məsələn; qardaş, bacı və oğullar və s. arasında…Dawinks bu sözünü izah edərək deyir: «Hesablamalara görə üstün rəy budur ki, fərdi varlıqları proqramlaşdıran genlər öz nüsxələrindən olan yaxın qohumların genləri üçün faydalıdır.» (7)

Proqramlaşdırılmış əxlaq təkcə qohumları “üstün tutmaq”dan ibarət deyil. Həmçinin, “qarşılıqlı” üstün tutma yolu kimi başqa bir vəsilə da var. Hansı ki, (Ateistlərin müasir liderlərindən olan Dawinks) bunu müxtəsər olaraq bu fikirlə izah edir: «Belimi qaşı, mən də sənin belini qaşıyım.» Bu əxlaq anlayışının rolu yaxın qohumlarla kifayətlənmir, “bir növdən olan fərdlər” arasında da baş tutur. Hətta, fərdlərin müxtəlif növləri arasında da baş tutur. Buna da “qarşılıqlı anlaşma” ismi ilə işarə etmişdir. Bu növ əlaqədən isə “hər iki tərəfin faydalandığını” deyir. (8)

Dawinks və təkamül fikrinin əksər daşıyıcıları “üstün tutma”nın (onlara görə ən üstün əxlaqi ünsür) istəklə (seçim ilə) bağlı olmayan, Darvinin dediyi proqramlaşma olduğunu bildirirlər. Fərz edək ki, buna “yaxşı” dedik. Axı “bioloji nəzəriyyə” bizə əxlaq anlayışını izah edə bilmir! Tam əksinə olaraq, həqiqətdə isə bu nəzəriyyə əxlaq anlayışını inkar edir, bu cür yersiz izahlardan əvvəl isə ateistlər əxlaqın dinlərdən gəlmə bir xüsusiyyət kimi izah edirdilər. Hətta, Dawinks başqa bir sözündə bunu etiraf edərək deyir: «Bütün mütləq hökmlər dinə söykənmir. Lakin, yer üzündəki mütləq əxlaqları dindən başqa bir şeylə müdafiə etmək olduqca çətindir.» (Mənbə: The Good Delusion, səh 232)

Daniel Dennett də həmçinin “əxlaqın həqiqiliyini” təsdiqləyir və “əxlaqın nisbiliyini” deməkdən çəkinməyə rəğbətləndirir, əxlaq barəsində doğru elmi bir mövqe tutmaq üçün səy göstərir. Lakin, bunu etməkdə “doğruluq və ədalətlə əlaqəli yüksək dəyərləri önə çəkməyin gərəkdiyini” deyərək insanları bununla mükəlləf etməyi vacib görür. Lakin, yenə də hər şeyin maddədən ibarət olduğunu iddia edən ateist düşüncəsinə görə əxlaqa bir izah verə bilməyərək sadəcə əxlaqaın həqiqiliyini təsdiqləməklə kifayətlənir. O hesab edir ki, bu əxlaqi dəyərlərə riayət etməyi gərəkdirən yeganə səbəb “bu dəyərlərin yüksək dəyərlər olmasıdır və buna riayət etməkdən qaçmaq insanlarla bir olan həyatda mümkün deyildir.” Daha sadə dildə isə, canlı olduğumuz üçün. Yəni, özü ifadə etdiyi kimi: «həyatda qalmaq və sülh içində yaşamaq üçün.» (9)

ATEİSTLƏRİN ƏXLAQ PROBLEMİNİ BU CÜR BƏYAN EDƏ BİLƏRİK:

1) Əgər onlarda «xeyir və şər» kimi əxlaqi anlayışlar mövzu olaraq mövcuddursa, onda onlara görə əxlaq anlayışını mövcudluğunu isbatlamaq üçün əxlaq mövzusu ilə əlaqəli əsas (dayaqlar, köklər) da olmalıdır.

2) Ateizm «xeyir və şər» mövzusu kimi əxlaqi anlayışları isbatlamaq üçün heç bir əxlaqi əsas təqdim etmir.

3) Buna görə də ateistə gəldikdə onun üçün xeyir və şər anlayışı mövzu olaraq mövcud olmadığı kimi, bir ateist üçün əxlaq anlayışlarının mövcud olmaması da vacib olur. (10)

Buna baxmayaraq, dörd ateist alim (Dawinks, Harres, Dennett və C. Hitchens) ateizmin əxlaqa ehtiyacı olmadığını açıq aydın etiraf etməyiblər. Bu da bu “əxlaq” anlayışının onlara görə olmamasını və əbəs yerə olduğunu gərəkdirir.

Lakin, bəzi ateistlər var ki, bunu açıq aydın etiraf ediblər. Məsələn; Michael Ruse (təkamül əxlaqı üzrə alim və fəlsəfəçi ateist) dostu Edward və Wilsonla birgə daha aydın və mütləq şəkildə təsdiqləyirlər ki, əxlaq təbii təkamül yaşayışı nahiyəsindən möhkəm bir yerə qoyula bilməz. Bu fikri belə izah edirlər:

«Əxlaq – və ya daha dəqiq idadə etsək – əxlaqa inanmağımız sadəcə bir “keyfiyyət vermədir” ki, nəticə etibarilə bizim çoxalmağımızı gücləndirmək üçün öz yerini tutmuşdur. Həmçinin, əxlaq, nə ilahi iradənin, nə təkamülün məcazi köklərinin sirri deyil, nə də var olmaq baxımından heç bir başqa hissənin sirri deyil (yəni, heç nəyə aid bir gizlilik deyil). Mühüm bir məna kimi həqiqətən də «əxlaq» aldanış olan bir ifadədir ki, bizi genlərimiz aldadaraq aramızda yardımlaşmaq üçün bizi buna məcbur etmişdir. Əxlaq anlayışının söykənəcəyi xarici bir dayaq yeri yoxdur. Əxlaq təkamülün nəticəsidir. Lakin, təkamülün əxlaqı müdafiə etməsi mümkün deyildir. Çünki, əxlaq qınına qoyulmamış bir xəncərdir.» (11) Əxlaq mövcud olmasından başqa bir mühüm hədəfə xidmət edir…Lakin, əxlaq daşınılmaz bir xəncər kimi bütün insanların müştərək olduğu ALDANIŞDIR. (12)

Deməli, ateistlərə görə əxlaq əksər insanların inandığı bir anlayışdır, lakin, həqiqətdə mövcud olmayan bir şeydir. Bu fikir müasir ateistlərin qənaətə gəldiyi özlərinə görə doğru saydıqları fikirdir. Bunun nə demək olduğunu başa düşsələr də, başa düşməsələr də bunu təsdiqləyirlər…Lakin, biz bu məqalədə bu fikiri təsdiqləyənlərin sosial şəbəkələrdə ailə daxili intim münasibətlərin mümkünlüyü barədə sözlərini faktlarla misal çəkməkdən sadəcə həya edirik. Lakin, həmin faktlar bizdə mövcuddur. Lakin, “ateizmdə əxlaq anlayışı” adlı yazımızın ikinci hissəsində ola bilsin ki, bu fikirlərin hansı əxlaqi fəsadlara aparmasına dair bəzi misallar çəkdik.

XÜLASƏ: Bir insanın mütləq əxlaqi əsasları olmadan əxlaq bardə elmi, mövzuya uyğun sabit mövqe tutması mümkün deyil. Bu isə hər şeydən Xəbərdar, hər hikməti Bilən Uca Allaha inanmaqla mümkündür.


QEYDLƏR VƏ İSNADLAR:

(1) (Qeyd: Quranda İncilin təhrif olunmaslndan bəhs edilmişdir, bu barədə başqa bir yazıda məlumat vermək də olar.)
(2) God Is Great, God Is Good, 2009, edited by William Lane Craig & Chad Meister, p.110
(3) bax: (https://www.youtube.com/watch?v=HPYxA8dYLBY)
həmçinin, bax: (https://www.youtube.com/watch?v=y0Q0o5une8Y).
(4) Letter to a Christian Nation: 11
(5) The Selfish Gene, p.v.
(6) The GodDelusion, 216.
(7) Eyni məsdər
(8) God Is Great, God Is Good, 113.
(9) Breaking the Spell: Religion and a Natural Phenomenon: 376.
(10) God Is Great, God Is Good, 115.
(11) Bu misal Şekspirin bir əsərindən götürülüb ki, kral bir nəfəri qətl etmək istədikdə qınına qoyulmamış qılıncın havada uçduğunu görür.
(12) The Evolution of Ethics, in Philosophy of Biology, səh 316.

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT:

1) «Milişiyyə əl-İlhəd li-fəhmil-ilhəd əl-cədid» kitabı, müəllif: Abdullah ibn Saleh əl-Aciyri.
2) «Muşkilətuş-şərr va vucudullah» kitabı, müəllif: dr. Sə’mi A’miri.
3) «əl-Ilhəd vəl-Əxləq» elmi məqaləsi, yazar: Rıda Zeydən.
4) “Ateizmdə əxlaq” mövzusunda müxtəlif videoçıxışlardan iqtibaslar.


Mədinə İslam Universitetinin tələbəsi, Sahib Əsədov.

tovhidinfo
Sahib Əsədov

Mədinə İslam Universitetinin dəvət və dinin əsasları fakültəsinin məzunu, hazırda dəvət qismində magistratura təhsili alır.

Bütün materiallara bax