• Menyu
  • Menyu

Ümmətin alimlərindən qızıl faydalar | 1-ci hissə

tovhidinfo

Mərhəmətli və Rəhimli Allahın adı ilə

İxlas surəsində tövhidin üç qismi cəm olunub

? Alləmə şeyx Muhəmməd Saleh Useymin (Allah ona rəhm etsin)

? Sual: Nə üçün ixlas surəsi bu adla adlanıb və bu surədə tövhidin üç qisminin cəm olmasına dəlil nədir?

? Cavab: Rəhimli və Mərhəmətli Allahın adı ilə, Aləmlərin Rəbbi olan Allaha həmd olsun, peyğəmbərimiz Muhammədə onun ailəsinə və əshabına Allahın salavatı və salamı olsun.

? İxlas surəsi Uca Allahın bu kəlamıdır:

➖ (De: “O Allah Təkdir!
➖ Allah Möhtac deyildir.
➖ O, nə doğub, nə doğulub,
➖ Onun bənzəri də yoxdur”.)

? Bu surə “ixlas” iki səbəbə görə adlanıb:

Birinci, Allah bu surəni yalnız özünə xas edib. Burada yalnız Allah haqqında və onun sifətləri haqqında bəhs olunur.

İkinci isə, Bu surənin dəlalət etdiyi mənanı etiqad edərək oxuyan şəxs şirkdən xilas olmuş olur.

Onun özündə tövhidin üç qismini cəm etməsinə gəldikdə isə, bu; Rububiyyət, Uluhiyyət və Əsma və sifət tövhididir.

Uluhiyyət töhvidinə gəldikdə bu, ( De : O Allah təkdir) O Allah, yəni ibadət olunan haqq məbud, ondan başqa heç kim ibadətə laiq deyildir. Bu da tövhid uluhiyyədir.

Rububiyyət və əsma sifət tövhidi isə (Allah möhtac deyildir) ayəsindədir. Allah möhtac deyildir sözünün mənası o deməkdir ki, bütün məxluqatın ona möhtac olduğu işlərdə Allah kamil sifətlərə malikdir. Sifətlərinin kamil olması da əsma və sifət tövhidinə aiddir. Məxluqatının hamısının ona möhtac olması, onun çətinlikləri aradan qaldıran, ehtiyacları və istəkləri yerinə yetirən Rəbb olduğuna dəlildir.

(O, nə doğub, nə doğulub,) ayəsi isə, İsa Allahın oğludur deyən xristianlara, Üzeyir Allahın oğludur deyən yahudilərə və mələklər Allahın qızlarıdır deyən müşriklərə rəddir. Uca Allah nə doğub nə də doğulmuşdur, onun bənzəri də yoxdur.

(Onun bənzəri də yoxdur) ayəsi Allahın sifətlərinin kamilliyinə dəlalət edir ki, heç bir şey ona bənzədilə, müqayisə edilə, bərabərləşdirilə bilməz.

© Mənbə: Nurun aləd-darb fətvalar silsiləsi səs yazısı nömrə,109.
© https://t.me/tovhidinfo/18

tovhidinfo
Tovhid.info heyəti

Hörmətlə, saytın administrasiyası.

Bütün materiallara bax