• Menyu
  • Menyu

Ümmətin alimlərindən qızıl faydalar | 10-cu hissə

tovhidinfo

Mərhəmətli və Rəhimli Allahın adı ilə

GÖZƏL KƏLAMLAR SİLSİLƏSİNDƏN

?? Malik Yəhya ibn Səiddən rəvayət edir ki: Əbu Dərda Salman Farisiyə yazır ki:

“Mənim olduğum müqəddəs torpağa tərəf gəl!”

– Salman da ona (cavabında) yazır ki:

“Heç bir insanı yer müqəddəs etmir. insanı müqəddəs (pak) edən onun əməlləridir!”

Mənbə: (İmam Malikin Muvatta əsəri, 3281)
© https://t.me/tovhidinfo/81


✒️İbnul-Cəuzi (Allah ona rəhm etsin) demişdir: “Bil ki, iblisin insanlara qarşı birinci hiyləsi onları elmdən yayındırmaqdır. Çünki elm nurdur, iblis insanların çıraqlarını söndürsə, onları zülmətdə istədiyi kimi azdırar.”

?”Təlbisu iblis” 1/289.
© https://t.me/tovhidinfo/82


?Məkhul dedi: İbn Abbasa deyildi ki:

Bu elmi necə əldə etdin?

– O dedi: “Soruşan dil və anlayan qəlb ilə”

?(Fədail-əs-Səhabə, Əhməd/ 2/970; 1903 nömrəli rəvayət).
© https://t.me/tovhidinfo/83


Yaxşılığı əmr et, pislikdən çəkindir! 

Hüzeyfə ibnul-Yəmən (Allah ondan razı olsun) Peyğəmbər’in (Sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət edir: “Canım əlində Olana (yəni: Allaha) and olsun ki, ya yaxşı işlər görməyi əmr edib pis işlər görməyi qadağan edəcəksiniz, ya da Allah sizə elə bir cəza göndərəcək ki, dua edəcəksiniz, amma duanız qəbul olunmayacaq.”

?(Əhməd “Müsnəd”/5/388-389; Səhihi Sünən ət-Tirmizi “Fitən” 2/233; no: 2273; şeyx Albani səhih deyib).
© https://t.me/tovhidinfo/84


Müaviyə Əli ilə ixtilaf etsə də onun fəzilətini bilirdi

O zaman ki, Dirar ibn Həmzə əl-Kinani Müaviyənin (Allah ondan razı olsun) yanında Əlini (Allah ondan razı olsun) vəsf etdi “MÜAVİYƏ AĞLADI VƏ OVUCLARI İLƏ GÖZÜNÜN YAŞINI SİLMƏYƏ BAŞLADI” və Əlini (Allah ondan razı olsun) tərifləyənə dedi: “Əbül-Həsən belə idi!…”

?Mənbə: (İbn Abdul-Bər/ əl-İstiab, 4/1697)
© https://t.me/tovhidinfo/87


Yenə qardaş ola bilmərikmi?!

?? İmam Zəhəbi Yunus əs-Sadəfinin belə dediyini rəvayət edir: “Şafidən daha ağıllı birini görmədim; Bir gün onunla bir məsələdə ixtilaf etdim, sonra ayrıldıq. Sonra o mənimlə görüşüb əlimdən tutdu, sonra dedi: Ey Əbu Musa! Məgər bir məsələdə ittifaq etməsək də qardaş olmağımız münasib deyilmi?!”

Sonra imam Zəhəbi İmam Şafinin (Allah hər birinə rəhmət etsin) bu sözlərinə rəy bildirərək deyir: “Bu, imam Şafinin ağlının kamilliyinə və anlayışlı şəxsiyyətinə dəlalət edir. Amma, (öz dövrünü qəsd edərək deyir) eyni məslək sahibləri yenə də ixtilaf etməkdə davam edirlər!

? (İmam Zəhəbi, Siyəri Əaləmin-Nubələ, 10/16)
© https://t.me/tovhidinfo/88


İxtilaf zamanı sələfin halı

Şeyxulislam İbn Teymiyyə (Allah ona rəhmət etsin) buyurmuşdur: “Səhabələrdən, tabeinlərdən və onlardan sonra olan alimlər bir məsələdə ixtilaf etdikləri zaman Allahın bu ayədə buyurduğu əmrə tabe olardılar: “Əgər bir şey haqqında mübahisə etsəniz, Allaha və Axirət gününə inanırsınızsa, Allaha və Onun Elçisinə müraciət edin. Bu, sizin üçün daha xeyirli və nəticə etibarilə daha yaxşıdır.” (Nisa/59) Həmçinin, onlar əgər bir məsələdə mübahisə etsəydilər onların bu mübahisəsi məşvərət və nəsihət üzərində qurulardı. Bəzən bir elmi və ya əməli məsələdə ixtilaf etsələr də, aralarındakı əlaqə, hörmət və qardaşlıq qalardı.”

? (Məcmuul-Fətəva / İbn Teymiyyə, 24/172)
© https://t.me/tovhidinfo/89

tovhidinfo
Tovhid.info heyəti

Hörmətlə, saytın administrasiyası.

Bütün materiallara bax