• Menyu
  • Menyu

Ümmətin alimlərindən qızıl faydalar | 13-cü hissə

tovhidinfo

Mərhəmətli və Rəhimli Allahın adı ilə

AZ DANIŞMAQ BARƏDƏ

İmam Malik ibn Ənəs (Allah ona rəhmət etsin) demişdir: “Kim öz danışığını əməlindən saymazsa, danışığı çoxalar. Onlar (bizdən öncəkilər) hər nə gəldi danışmazdılar. (İndi) elə insanlar var ki, bir ayın söhbətini bir saata danışırlar. Rabi ibn Xuseym insanların ən az danışanı idi.”

Qeyd: İmam Malik ibn Ənəs hicrətin 93-cü ilində anadan olub, 179-cu ilində vəfat edib – (Allah ona rəhmət etsin.)

?(Əl-Cami əsəri; imam Əbu Muhəmməd Abdullah ibn Əbi Zeyd əl-Qayravani; səh, 170)
© https://t.me/tovhidinfo/111


DİLİ QORUMAQ

İmam ibn Rəcəb əl-Hənbəli (Allah ona rəhmət etsin) demişdir: “Artıq bir çox müasirlər çox danışmağa mübtəla olublar. Onlar elə zənn edirlər ki, kimin dini məsələlərdə danışığı, mübahisəsi və düşmənləri çoxalarsa, deməli, o belə olmayanlardan üstündür. Bu isə əsil cahillikdir!…”

Qeyd: İbn Rəcəb əl-Hənbəli hicrətin 736-cı ilində anadan olub, 795-ci ilində vəfat edib – (Allah ona rəhmət etsin)

?(Fadlu ilmus-Sələf aləl-Xələf/ səh 62 və 65)
© https://t.me/tovhidinfo/112


Oğrunu necə tapdı?

Valilərdən biri Əhməd ibn Tulunun yanına iki oğurluqda ittiham olunan şəxsi gətirir. Əhməd ibn Tulun (oğrunu tapmaq üçün) əmr edir ki, ona (şüşədən) olan su bardağı gətirsinlər.

(Şüşə bardağı gətirirlər) O bardağı götürüb qəfildən onların qarşısında sındırır. Onlardan (iki nəfərdən) biri diksinir. Digəri isə yerində möhkəm dayanıb tərpənmir. O diksinən şəxsə deyir ki, “sən get.” O birinə isə: (oğurladığın) pulu gətir!…” – deyir.

Ondan soruşurlar ki, bunu (oğrunun kim olduğunu) necə bildin? O dedi:

“Oğru qəlbi qüvvətli olub təlaşa qapılmayan olur.

Günahsız olan şəxs isə əgər bir evdə siçan tərpənsə, onun səsindən təlaşa düşər, bu da onun oğurluq etməsinə mane olar.”

(Tərc: Əhməd ibn Tulun oğrunu düz tapmışdı)

?(Turuqul-Hukmiyyə fi siyəsətiş-Şəriyyə/ İbn Qeyyim əl-Cövziyyə, səh 45)
© https://t.me/tovhidinfo/113


EHTİYATLI OL!

Şeyxulislam İbn Teymiyyə (Allah ona rəhmət etsin) demişdir: “Kim elmsiz halda dindən danışarsa, yalançı olar, yalan danışmağı qəsd etməsə belə.”

Məcmuul-fətəva, 10/449.
© https://t.me/tovhidinfo/115


Ömərin qəzəbini aradan qaldıran ayə

Buxarinin rəvayət etdiyi uzun bir hədisdə Ömərə (Allah ondan razı olsun) qarşı qıcıqlandırıcı sözlər işlədən Uyeynə ibn Hısn (bu şəxs Peyğəmbərin vəfatından sonra mürtədlərə qoşulub İslamdan çıxmışdı, Peyğəmbərimiz (Allahın Ona salavatı və salamı olsun) şəxsin kim olduğunu səhabələrinə tanıtdırmışdı) adlı şəxsin hərəkətindən dolayı Ömər qəzəblənir.

 Onun qəzəbinin soyumasına isə yanındakılardan birinin bu ayəni xatırlatması səbəb olur: “Sən bağışlama (əfv)  yolunu tut, yaxşlığı əmr et və cahillərdən üz döndər.” (Əraf, 199)

Sonra o şəxsin cahillik etdiyi deyildikdən sonra, az sonra Ömərin qəzəbi soyudu. O, (Allah ondan razı olsun) Allahın ayələrini eşitdikdə dayanan bir şəxsiyyət idi.

?(Ətraflı bax: Buxari, 4642)
© https://t.me/tovhidinfo/119


Gözəl əxlaqın fəziləti

Aişənin (Allah ondan razı olsun) belə dediyi rəvayət olunur: “Allah Elçisinin (Allahın Ona salavatı və salamı olsun) belə dediyini eşitdim:

“Həqiqətən də, mömin kimsə gözəl əxlaqıyla (gündüzləri) oruc tutanın və (gecələri) namaza duranın dərəcəsinə çatar.”

?(Nəvəvi; Riyadus-Salihin, 9/629)
© https://t.me/tovhidinfo/124

tovhidinfo
Tovhid.info heyəti

Hörmətlə, saytın administrasiyası.

Bütün materiallara bax