• Menyu
  • Menyu

Ümmətin alimlərindən qızıl faydalar | 15-ci hissə

tovhidinfo

Mərhəmətli və Rəhimli Allahın adı ilə

Fitnələrdən qaçmaq dindəndir

Buxaridə “Fitnələrdən qaçmaq dindəndir” babında belə bir hədis vardır: “Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın Ona salavatı və salamı olsun) buyurmuşdur:

“Tezliklə (elə fitnələr baş verəcək ki, o zaman) müsəlmanın ən xeyirli malı dininə görə fitnələrdən qaçaraq dağların başında və yağmur düşən vadilərdə otardığı qoyunları olacaqdır.”

? (Əl-Buxari, 20)
© https://t.me/tovhidinfo/125


Mübahisəni tərk etməyin fəziləti

? Əbu Ümamə əl-Bəhilidən (Allah ondan razı olsun) rəvayət olunur ki, Allahın Elçisi (Allahın Ona salavatı və salamı olsun) buyurdu: “Haqlı olduğu halda mübahisəni tərk edən kimsə üçün Cənnətin aşağısında bir ev vardır. Zarafatla olsa belə yalanı tərk edən kimsəyə Cənnətin ortasında bir ev vardır. Əxlaqı gözəlləşən kimsəyə də Cənnətin ən yüksək yerində bir ev vardır.”

?(Əbu Davud, 4800; Şeyx Albani “Səhihi Əbu Davud” əsərində “həsən” demişdir, 4015)
© https://t.me/tovhidinfo/126


?ŞEYX SÜLEYMAN ƏR-RUHEYLİ (Allah onu qorusun) DEMİŞDİR:

ELM ƏHLİ FİTNƏNİ TƏYİN ETMƏK ÜÇÜN QAYDA QOYMUŞDUR:

“HƏR BİR ŞEY Kİ, İNSANI ALLAHDAN YAYINDIRIR, O FİTNƏDİR!”

? FİTNƏLƏR kitabının şərhi…
© https://t.me/tovhidinfo/127


? İbn Useymin (Allah ona rəhm eləsin) belə buyurub: “Hər bir müsəlmana vacibdir ki, öz nəfsinə nəzər yetirsin ki, o müsəlman qardaşına aşkarda da, qeybində də kömək edənlərdəndirmi?!

Yoxsa ancaq aşkarda kömək edib sonra da qeybində ətini yeyənlərdəndi?!

Əgər belədirsə, o münafiqlərə oxşayır və möminlərdən də uzaqdı. Çünki möminlər bir birilərinin dostlarıdır, bir birilərinə üzrxahlıq gətirib, (xəta etdikdə) ona üzr axtarlar və ona da bir pisliyin toxunmasını istəməzlər.”

? “Təliq alə iqtidə əs-sırat, 1/38”
© https://t.me/tovhidinfo/129


Şöhrət sevgisi

İmam Şatibi (Allah ona rəhmət etsin) demişdir: “Salehlərin qəlbindən ən sonuncu çıxan şey: rəhbərlik və başçılıq sevgisidir!…”

? (Şatibi/ əl-İtisam əsəri; bax: Məalim fi tariqi talibil-ilm, səh 18)
© https://t.me/tovhidinfo/130


Bilirsinizmi müflis kimdir?

Əbu Hüreyrədən (Alah ondan razı olsun) rəvayət olunur ki, Allahın Elçisi (Allahın Ona salavatı və salamı olsun) buyurdu:

“Bilirsinizmi müflis kimdir?

Onlar (Səhabələr) dedilər: “Bizim aramızda dirhəmi (pulu) və malı olmayan müflis sayılır. –

Sonra dedi: “Ümmətimdən olan müflis o kəsdir ki, Qiyamət günü namaz, oruc və zəkatla gələcək, lakin, birini söyüb,  birinə iftira atıb, birinin malını yeyib, birinin qanını töküb, birini döyüb; Sonra onun (zülm edənin) yaxşılıqlarından götürülüb (zülm etdiyi) kimsəyə verilər, bir başqasına da (başqa zülm etdiyi kimsəyə) onun yaxşılıqlarından verilər. Əgər onun hökmü oxunmamışdan əvvəl onun yaxşılıqları qurtararsa, onların (zülm etdiyi) şəxslərin pis əməllərindən götürülüb ona verilər. Sonra da o kimsə oda atılar”

? (Muslim 2581; Riyadus-Salihin, 16/218)
© https://t.me/tovhidinfo/131


Ənəs ibn Malikdən (Allah ondan razı olsun) rəvayət olunur ki, Allah Elçisi (Allahın Ona salavatı və salamı olsun) belə buyurdu: “Sizlərdən birinə mən onun övladından, valideynindən və bütün insanlardan daha sevimli olmayınca o şəxs (kamil) iman gətirmiş olmaz.”

?  (Muslim, 44; Buxari 15)
© https://t.me/tovhidinfo/133

tovhidinfo
Tovhid.info heyəti

Hörmətlə, saytın administrasiyası.

Bütün materiallara bax