• Menyu
  • Menyu

Ümmətin alimlərindən qızıl faydalar | 17-ci hissə

tovhidinfo

Mərhəmətli və Rəhimli Allahın adı ilə

DİNDƏ MÜBAHİSƏ VƏ DÜŞMƏNÇİLİYİN MƏZƏMMƏT OLUNMASI

Əbu Ümamədən rəvayət olunur ki, Allah Elçisi (Allahın Ona salavatı və salamı olsun) buyurdu: “Doğru yolda olduqdan sonra yolunu azmış elə bir qövm yoxdur ki, onlara cədəl (mübahisə) verilmiş olmasın.” Sonra isə bu ayəni oxudu: “Onlar bunu sənə yalnız höcət etmək üçün dedilər. Doğrusu onlar höcətləşən adamlardır.” (Zuxruf: 58)

?(Kitəbuş-Şəriə, İmam Əcurri, bəbu zəmmil-cidəl vəl-xusumət fid-din, hədis no: 1)

© https://t.me/tovhidinfo/156


Müslim ibn Yəsarın belə dediyi rəvayət olunur: “Sizi mübahisə etməkdən çəkindirirəm. Çünki, bu, alimin cahillik vaxtıdır. Bununla şeytan onun xətaya düşməyinə ümid edir.”

?(Kitəbuş-Şəriə, İmam Əcurri, bəbu zəmmil-Cidəl vəl-Xusumət fid-Din, səh 1-2/435. Hədis n: 113; isnadı səhihdir, Təhzib, 3/457; Təqrib, 1/285 )

© https://t.me/tovhidinfo/142


Şəfaəti qəbul olunmayacaq müsəlman

Əbu Dərdadan (Allah ondan razı olsun) rəvayət olunur ki, Allahın Elçisi (Allahın Ona salavatı və salamı olsun) buyurdu: “Çox lənət edənlər qiyamət günü nə şahidlərdən, nə də şəfaət edənlərdən olmazlar.”

? (Əbu Davud, Əhməd, Buxari, Əbu Nueym, Hakim – bunların hər biri bu hədisi rəvayət etmişlər. Şeyx Muqbilin “Şəfaət” kitabı, səh 221)

© https://t.me/tovhidinfo/144


Hikmətli sözün təsiri

Məhəmməd ibn Şixxiyr (Allah ona rəhmət etsin) Muhəlləbi (İbn Əbi Safra) ən yaxşı ipəkdən olan cübbəsini (-paltarını geyinib-) lovğalanaraq yeridiyini görür və ona deyir: “Ey Abdullah! Bu yeriş Allah və Onun Elçisini qəzəbləndirən yerişdir.” Muhəlləb deyir: “Sən mənim kim olduğumu bilmirsənmi?”

Məhəmməd ibn Şixxiyr deyir: “Bəli, (bilirəm). Sənin əvvəlin xoşagəlməz nütfədəndir, axırın iyrənc leşdir. Sən isə bunun (iki halın) arasında (mədəndə) tullantı daşıyırsan!

Beləcə Muhəlləb buna son qoydu və bu (lovğalı) yerişini tərk etdi.”

?(Hilyətul-Övliyə, 2/198)

© https://t.me/tovhidinfo/146


SÖYÜŞ SÖYƏNƏ CAVAB VERƏ BİLƏRİKMİ?

Mədinənin fəqihi şeyx Süleyman ər-Ruheyli (Allah onu qorusun) demişdir:

?? “Beş şərtlə səni söyən şəxsə cavab verə bilərsən”

1⃣ Onun səni söydüyünün mislində söyüb həddi aşmamalısan. Məsələn; sənə desə ki: Ey zalım! – Sən də ona: “Zalım sənsən!” deyə bilərsən. – Amma, “zalımsan da, fasiqsən də…..və s. deyib artırma, həddini aşma. (Bu icazəli deyil)

2⃣ Sənin onu söyməyin yalan (onda olmayan bir sifətlə vəsf etmək) olmamalıdır. Məsələn; əgər o sənə haqsız yerə desə ki, “ey oğru!” sən də onun oğru olmadığını bildiyin halda “ey oğru” deyib cavab verə bilməzsən. Çünki, yalan danışmaq icazəli deyil. (Zərərə qarşı zərərlə cavab verilmir)

3⃣ Sənin onu söyməyin iftira, böhtan olmamalıdır; Əgər o sənə (böhtan atıb) “ey zinakar” və ya “ey luti” və s. desə sən ona eyni cavabı verə bilməzsən. Çünki, bu əməli edənlərçün Allah cəza təyin etmişdir.

4⃣ Söydüyün söz səni söyən şəxsdən başqasına aid edilməməlidir. O səni söyübsə, sən də onun özündən başqasını söyə bilməzsən. Məsələn; desə ki, “sənin atan zalımdır.” Sən deyə bilməzsən ki, “sənin atandır zalım!” Çünki, sənin onun ata və anasını söyməyin zülmdür.

5⃣ Allahın haqqı olduğu üçün (dəlilsiz deməyi) Allahın haram etdiyi söz olmamalıdır; yəni, kiməsə, “ey kafir” və ya “ey bidətçi” və s. demək kimi; dəlili olan və maneələri aradan qalxan buna aid deyil. Lakin, hər bir halda dilini söyüşdən qorumaq sənin üçün daha xeyirlidir! Söyüş söyənə, təhqirə cavab verməmək isə fəzilətdir! Allah Elçisi (Allahın Ona salavatı və salamı olsun) buyurmuşdur:

“Bir-birini söyən iki nəfərin dediyinin (günahı) zülm edilən (söyülən) kimsə (söyüşdə) həddi aşmadıqca (günah) söyüşə başlayanın üzərinə düşür.” (Müslim, 2587 və 6303)

?(Şeyx Süleyman ər-Ruheyli, əl-Qavaid vəl-usul əl-cəmiəh…kitabının şərhi, səh 130-un şərhi. Peyğəmbər məscidi)

© https://t.me/tovhidinfo/147


Novruz günündən çəkindirən səhabə

Abdullah ibn Amr (Allah onların ikisindən də razı olsun) demişdir: “Hər kim əcəmilərin torpaqlarında yaşayıb onların novruz və mehracan bayramlarını qeyd edər, onlara bənzəyərsə və bu halda ölərsə, o kimsə qiyamət günü onlarla birgə həşr olunar.”

?(Beyhəqi, 9/234 “Sünənül- Kubra” əsəri; səhih sənədlə rəvayət olunub.)

© https://t.me/tovhidinfo/148


Özünüzə aid işlə məşğul olun!

Şeyxul-İslam ibn Teymiyyə (Allah ona rəhmət etsin) demişdir: “Fitnə baş verdikdə ağıllılar səfehlərin qarşısını almaqdan aciz qalarlar.  Fitnələr belə olur. Allahın buyurduğu kimi:

“Elə bir bəladan qorxun ki, o, sizlərdən təkcə zalım olanlara üz verməz (hamınızı bürüyər).” (Ənfal: 25)

Fitnə baş verdikdə Allahın qoruduğu kimsədən başqa ona bulaşmaqdan heç kim qurtula bilməz.”

? (Şeyxulislam ibn Teymiyyə; Minhəcus-Sünnə, 4/343)

© https://t.me/tovhidinfo/149

tovhidinfo
Tovhid.info heyəti

Hörmətlə, saytın administrasiyası.

Bütün materiallara bax