• Menyu
  • Menyu

Ümmətin alimlərindən qızıl faydalar | 19-cu hissə

tovhidinfo

Mərhəmətli və Rəhimli Allahın adı ilə

Kitab əhlindən alınası ibrət!

?Allah Sübhənəhu və Təala Qurani-Kərimdə buyurur: “Onlara məhz elm gəldikdən sonra, öz aralarındakı paxıllıq ucbatından, ixtilafa düşdülər. Əgər Rəbbindən, müəyyən bir vaxtadək Söz verilmiş olmasaydı, onların arasında artıq hökm çıxarılmış olardı. Onlardan sonra Kitaba varis olanlar da onun barəsində anlaşılmaz bir şübhə içindədirlər.” (əş-Şura: 14)

Bu ayənin təfsirində Abdur-Rahman əs-Sədi deyir: “O zaman ki, Uca Allah müsəlmanlara dinləri üzərində bir olmağı əmr etdi və firqələrə bölünməyi qadağan etdi, (bu zaman) xəbər verdi ki,  Allahın onlara Qurandan nazil etdiyinə arxalanmasınlar. Çünki, Kitab əhli də onlara bir olmağı gərəkdirən, Allahdan nazil olan kitab gəldikdən sonra firqələrə bölündülər. Onlar da onlara (nazil olmuş) kitabın əksinə əməl etdilər. Onlar bütün bunları həddi aşmalarına və düşmənçiliklərinə görə etdilər. Çünki, onlar bir-birinə nifrət etdilər, bir-birinə həsəd etdilər. Beləcə onların arasında ədavət və düşmənçilik baş verdi və ixtilafa düşdülər.”

?(Teysirul-Kərimur-Rahmən fi Təfsiri Kələmil-Mənnən, Şura surəsi 14-cü ayənin təfsirindən)

© https://t.me/tovhidinfo/163


 

Sələfin bir-birinə hörməti və həsədi tərk etmələrinə misal:

Ömər (Allah ondan razı olsun) Abdullah ibn Abbası (Allah ondan razı olsun) özünə yaxınlardan edir, ondan çətin gələn məsələləri soruşurdu. Hətta, (bir gün) Abbas öz oğlu Abdullaha dedi:

“Ey oğlum! Görürəm ki, Ömər səni özünə yaxınlardan edir. Məndən bu üç (nəsihəti) əzbərlə: “onun sirrini açma, gülüşünü çoxaltma, onun yanında heç vaxt heç kimin qeybətini etmə!”

?(Məalim fi tariqi talibil-İlm, səh 97)

© https://t.me/tovhidinfo/164


Quranda və Sünnədə haqsız yerə bir cana qıymağın bədəli

Uca Allah Qurani-Kərimdə buyurmuşdur: “Hər kəs qəsdən bir mömini öldürərsə, onun cəzası içərisində əbədi qalacağı Cəhənnəmdir. Allah ona qəzəblənər, onu lənətləyər və onun üçün böyük bir əzab hazırlayar.” (Nisa: 93)

Qurandakı bu təhdid (ümumi olaraq) bir müsəlmanı haqsız yerə öldürənə aiddirsə, onlarla, yüzlərlə müsəlmanın canına haqsız yerə qıyanlar görəsən Allaha nə cavab verəcəklər?

Bu ayənin təfsirində ibn Useymin (Allah ona rəhmət etsin) demişdir: “Bu ayədəki “mömin”-dən məqsəd mömindən daha ümumi mənadır. Çünki, mömin, imanı naqis olanı da, kamil olanı da əhatə edir.

(Təfsirul-Quranil-Kərim, surətun-Nisə, səh 81)

İbn Kəsir ( Allah ona rəhmət etsin) bu ayənin təfsirində bu hədisi qeyd etmişdir: “Qiyamət günü insanlar arasında ilk hökm veriləcək (məsələ) tökülən qanlardır.” (Buxari, Müslim)

Ədalətli din olan İslam dini bir kafiri belə sülh vaxtı öldürməyi haram elan etmişdir. Buxarinin rəvayət etdiyi hədisdə deyilir: “Kim özünə aman verilmiş bir kafiri (döyüş vaxtı olmadan) öldürərsə, Cənnətin qoxusunu duymaz. O Cənnət ki, onun qoxusu 40 illik məsafədən gəlir.”

Əbu Davudun şərhində deyilir: “Muahid kafir (zimmi) o kəsdir ki, səninlə onun arasında saziş (əhd-peyman) vardır. Bu (söz) hədislərdə ən çox zimmə əhlinə nisbət olunur. Özləriylə döyüşü tərk edəcəkləri barədə sülh (sazişi) bağlanılmış kafirlər də bura daxildirlər.”

© https://t.me/tovhidinfo/167

tovhidinfo
Tovhid.info heyəti

Hörmətlə, saytın administrasiyası.

Bütün materiallara bax