• Menyu
  • Menyu

Ümmətin alimlərindən qızıl faydalar | 21-ci hissə

tovhidinfo

Mərhəmətli və Rəhimli Allahın adı ilə

“Musanın sehirli çomağı” ifadəsinin hökmü 

Şeyx Saleh Əl-Fovzan (Allah onu qorusun) demişdir: “Musa (əleyhissələm) sehirbaz deyildi və onun çomağı da sehirli deyildi. O (çomaq), Uca və Nöqsansız Allahın ayələrindən (əlamətlərindən) olan bir möcüzədir. Bu ifadəni işlədən kəs Allaha tövbə etsin, çünki bu, dindən çıxaran küfürdür”.

?Məcmuə rasəil dəaviyyə və mənhəciyyə s.473.


Bir hədis oxuyaq

Salman əl-Farisidən (Allah ondan razı olsun) rəvayət olunur ki, Peyğəmbər (Allahın Ona salavatı və salamı olsun) buyurdu: Cümə günü qüsul alan, bacardığı qədər təmizlənən, (öz) ətirindən və ya evinin ətirindən vuran, sonra iki nəfərin arasını ayırmadan çıxan, sonra ona yazılan namazı qılan, imam danışdıqda susub dinləyən elə bir kəs yoxdur ki, bu və növbətli cümə arası (etdiyi günahları) bağışlanmasın”. (Buxari, 883)


Xəstə ziyarətinin fəziləti

Əbu Hüreyrədən (Allah ondan razı olsun) rəvayət olunur ki, Allah Rəsulu (Allahın Ona salavatı və salamı olsun) buyurdu: “Kim bir xəstəni ziyarət edər və ya bir qardaşını ziyarət edərsə, səmadan bir carçı belə səslənər: “Nə yaxşı etdin! Yerişin nə gözəldir! Özün üçün Cənnətdə bir ev hazırladın!” (İbn Macə, 1443)


Nəsihət təklikdə edilir

İnsan nəfsinin fitrətindəndir ki, kimliyindən asılı olmayaraq camaat içində nəsihət edildikdə bu insana ağır gəlir. Ona görə də sələflərimiz nəsihətin təklikdə edilməsinə rəğbətləndirmişlər. Bərəkəti olan nəsihət də elə budur. İmam Şafi (Allah ona rəhmət etsin) Əhli Sünnənin böyük imamlarından olsa da, özü belə camaat içində nəsihəti qəbul etməyə biləcəyinə, bunun necə ağır olduğuna işarə edərək belə buyurmuşdur:

“Mənə tək olduqda eylə nəsihət!
Camaat içində sən bunu tərk et!
Çünki, xalq içində nəsihət ki, var!

Duymaq istəmərəm, danlaq sayılar,
Əgər əksin etsən, çıxsan sözümdən,
Rədd etsəm, üzülmə mənim üzümdən!

?İmam Şafi’nin (Allah ona rəhmət etsin) “Divan”ı.


Ədəb elmdən öncədir

İmam Abdullah ibn Mübarək (Allah ona rəhmət etsin) demişdir: “Otuz il ədəb öyrəndim. İyirmi il elm öyrəndim. (Sələflər) elm öyrənməzdən əvvəl ədəb öyrənərdilər.”

?(İbn əl-Cəziri, Ğayətun-Nihəyə fi Tabaqatil-Qurra, 1/466)


Sələflərə qayıtmaq

İmam əl-Bərbəhəri (Allah ona rəhmət etsin) demişdir: “Bax! – Allah sənə rəhm etsin – Xüsusilə də öz dövründə yaşayanlardan kiminsə sözünü eşitsən, (onu qəbul etməkdə) tələsmə və “bu məsələdə Peyğəmbər (Allahın Ona salavatı və salamı olsun) əshabından – Allah onlardan razı olsun – və ya alimlərdən kimsə danışıbmı?” deyə soruşmadıqca və baxmadıqca bu məsələdən heç nəyə daxil olma. Əgər onlardan (bu məsələyə aid) bir əsər görsən, bunu götür və bunu heç nə ilə dəyişmə. Bunun üzərinə də başqa bir  şeyi (rəyi) götürmə! Yoxsa, oda düşərsən!

? (Şərhus-Sunnə, Əbu Muhəmməd Həsən əl-Bərbəhəri. Şeyx Fovzanın şərhilə. Səh, 42; dərul-Vatan)


İmtahan dünyası

Böyük səhabələrdən,  Cənnətlə müjdələnmiş on səhabədən biri, altı nəfərlik Şura əhlindən olan Abdur-Rahman ibn Əvf (Allah ondan razı olsun) demişdir: “Sıxıntı ilə sınağa çəkildik, səbr etdik! Rahatlıq ilə sınağa çəkildik, səbr edə bilmədik!”

? (Tirmizi, 2464; Məvaizus-Səhabə, səh 75)


Xeyiri və şəri tanımaq

Böyük və hikmətli səhabələrdən olan Əbu Dərda (Allah ondan razı olsun) demişdir: “Qorunmalı olduğun heç bir şərri kiçik görmə! Etməli olduğun heç bir xeyiri də kiçik görmə!”

? (Məvaizus-Səhabə, səh 141; Tərix Diməşq, 47/161)


Möminin dörd halı

Səhabələrdən Ubey ibn Kəb (Allah ondan razı olsun) demişdir: “Mömin dörd hal arasındadır:

?? Başına bir iş gəldikdə səbr edər.
?? Ona bir şey verildikdə (Allaha) şükür edər.
?? Danışdığı zaman doğru danışar.
?? Hökm verdikdə ədalətlə hökm verər.”

? (Hilyətul-Əvliyə, 1/255)


Ən itaətkar insan

Əbu Bəkr əs-Siddiq (Allah ondan razı olsun) demişdir: “İnsanların Allaha ən itaətkar olanı günaha düşməyinə qarşı daha çox nifrət edənidir.”

? (Cəmhəratu Xutabil-Arab, 1/446)

tovhidinfo
Tovhid.info heyəti

Hörmətlə, saytın administrasiyası.

Bütün materiallara bax