• Menyu
  • Menyu

Ümmətin alimlərindən qızıl faydalar | 22-ci hissə

tovhidinfo

Mərhəmətli və Rəhimli Allahın adı ilə

Axirəti qazanmaq

Ömər ibn əl-Xəttab (Allah ondan razı olsun) demişdir: “Həqiqətən sən, axirət əməlinə nail olmaq üçün dünyada zahid olmaqdan daha yaxşısını tapa bilməzsən!”

? (İmam Əhmədin “Zühd” kitabı; səh, 101)


Quran qəlblərin şəfasıdır

Zün-nureyn (İki nur sahibi) Osman ibn Əffan (Allah ondan razı olsun) demişdir: “Əgər qəlbləriniz təmiz olsaydı, Allahın kəlamını (Quranı) oxumaqdan doymazdınız!”

? (İmam Əhmədin “Zühd” kitabı; səh, 106)


Müşavirə (məsləhətləşmək)

Əli ibn Əbu Talib (Allah ondan razı olsun) demişdir: “Müşavirə etmək (qarşılıqlı məsləhətləşmək) peşmançılığa qarşı bir qaladır, qınanılmaqdan isə salamat qalmaqdır.”

?(əz-Zəria ilə Məkərimiş-Şəria; səh, 210)


Təklikdə günah etməyin zərərlərindən yalnız biri!…

Səhabə Əbu Dərda (Allah ondan razı olsun) buyurmuşdur: “Qoy insan özü də hiss etmədən möminlərin qəlblərinin nifrətini qazanmaqdan çəkinsin!

– Sonra dedi: “Bilirsənmi bu nədir? – Qul Allaha asilik etməkdə təkbaşına qalır (təklikdə günahlara göz yumur), belə olduqda onun özü də hiss etmədən Allah möminlərin qəlblərinə onun haqqında nifrət yerləşdirir!”

? (Hilyətul-Əvliyə, 1/215)


Qardaşlıq !

Böyük və hikmətli səhabələrdən olan Əbu Dərda (Allah ondan razı olsun) demişdir: “Bir qardaşını danlamağın onu itirməyindən daha xeyirlidir. Sənin qardaşını bütünlükdə kim əvəz edəcək ki? Qardaşına (xeyir) ver və onunla mülaim davran! Qardaşın barəsində həsədkarın (sözünə) uyma!”

? (Hilyətul-Əvliyə, 1/215)


Şirk ən böyük günahdır

Abdullah ibn Məsud (Allah ondan razı olsun) dedi: “Allahın Elçisindən (Allahın Ona salavatı və salamı olsun) soruşdum: “Allah qatında ən böyük günah hansıdır?

Dedi: “Allahın səni yaratdığı halda ona şərik qoşmağın.” Ona dedim: “Doğurdan da bu böyük günahdır!” Dedim: Sonra hansı? – Dedi: “Sonra isə səninlə yemək yeyəcək deyə övladını öldürməyin.” – Dedim: Sonra hansı? – Dedi: “Sonra isə qonşunun həyat yoldaşı ilə zina etməkdir!”

? (Muslim, 86)


Eyni əsrdə yaşayan Peyğəmbərlər

İbn Useyminə (Allah ona rəhmət etsin) eyni əsrdə yaşayan peyğəmbərlər barəsində sual verilir.

Cavab: Eyni əsrdə olan Peyğəmbərlərdən (Allahın onlara salavatı və salamı olsun): İbrahim və onun övladları olan İsmayıl, İshaq, Yəqub, Yusif və Lutu (misal çəkmək olar)

(Həmçinin) Onlardan: Yəhya, Zəkəriyya və İsa.

Onlardan: Musa və Harun.

Onlardan: Davud və Süleyman (Bunları misal çəkmək olar)

? (İbn Useymin, Fətəva fil-Aqidə, səh, 474)


Peyğəmbərin (Allahın Ona salavatı və salamı olsun) sünnələrinə tabe olmaq barəsində

Əbu Hüreyra (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (Allahın Ona salavatı və salamı olsun) buyurdu: “Ümmətimin hamısı cənnətə daxil olacaq. Yalnız üz döndərəndən başqa.

Dedilər: “Ey Allahın Elçisi! Üz döndərən kimdir?”

Dedi: “Kim mənə itaət edərsə, Cənnətə daxil olar. Hər kim də mənə asi olarsa, üz döndərmiş olar!”

? (Buxari, 7280; əl-İqtidə bi-Sunəni Rasulilləh (sallallahu aleyhi və səlləm) babında)


Şeytanın düşmənçiliyi

✍?Sələfdən bəzisi demişdir:

İblis və orduları biryerə yığışarsa, bu üç şeydən çox heç nəyə sevinməzlər:

1⃣Müsəlmanı öldürən müsəlman;

2⃣Küfr üzərində ölən insan;

3⃣İçində kasıblıq qorxusu olan qəlb.

?İbn Qeyyim, “Tariqul-hicrateyn” 1/33.


Vaxtının qədrini bil!…

Əbu Dərda (Allah ondan razı olsun) buyurmuşdur:

“Ey Adəm övladı! Sən yalnız günlərdən ibarətsən! Elə isə bir gün keçdikdə, sənin (ömrünün) bəzisi getmiş olur!

Ey Adəm övladı! Sənin anan səni dünyaya gətirdiyi gündən bəri sən ömrünü dağıtmaqda davam edirsən!”

? (Tərix Diməşq, İbn Əsəkir, 47/171)


İbn Ömər (Allah ondan razı olsun) isə belə buyurmuşdur:

“Axşama çıxdıqda sabahı gözləmə! Sabaha çıxdıqda isə axşamı gözləmə! Sağlamlığından xəstəliyin üçün ayır! Həyatından isə ölümün üçün ayır!”

? (Buxari, 6416)


✍?İmam İbn Teymiyyə (Allah ona rəhmət etsin) demişdir:

?”Nəfsinə görə intiqam alan elə bir kəs yoxdur ki, bu, onun qəlbində zəlillik salmasın. Əfv etsə isə, Allah onu izzətləndirər. Bunu bizə Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) xəbər verərək buyurmuşdur:

“Allah, qulun əfv etdiyinə görə yalnız onun izzətini artırar”.

Əfv etməklə hasil olan izzət intiqam almaqla hasil olan izzətdən ona daha sevimli və daha faydalıdır. Çünki intiqamla hasil olan, zahirdə olan izzətdir, batində isə, o, zəlillik yaradır. Əfv etmək isə, batində zəlillik olsa da, o, həm zahirdə, həm də batində izzət yaradır.”

?Cəmiul-məsəil 1/170.


✍?İbn Əs-Sə’di demişdir:

“Din üç əsas üzərində dövr edir:

1⃣Allahın  və Rəsulunun xəbərlərini təsdiq etmək.

2⃣Allahın və Rəsulunun əmrlərini yerinə yetirmək.

3⃣Onların qadağalarından çəkinmək.”

?Əl-qovl əs-sədid, 141.


Muaz ibn Cəbəl (Allah ondan razı olsun) oğluna nəsihət edərkən deyir: “Ey oğlum! Namaz qıldıqda (dünya ilə) vidalaşan kimsənin namazını qıl! Ona (dünyaya) bir daha qayıdacağını heç bir vaxt düşünmə! Ey oğlum! Bil ki, həqiqətən də mömin iki savab arasında vəfat edir: Qazandığı savab və (vaxtında əməl etməyib) gecikdirdiyi savab!”

? (Məvaizus-Səhabə, səh 135)


✍?Şeyxülislam İbn Teymiyyə (Allah ona rəhmət etsin) demişdir:

? “İnsanın Allaha ixlası tamamlandıqca o, şəfaətə daha layiq olar. Qəlbini məxluqlardan birinə bağlayan, ona ümid edən, ondan qorxan kəs isə, şəfaətdən ən uzaq olandır.”

?İqtida əs-sirat əl-mustəqim, s.552.


?Alləmə İbn Əs-Sədi (Allah ona rəhmət etsin) demişdir:

“Dünyavi ruzi möminə də, kafirə də verilir. Lakin qəlblərin ruzisindən olan elm, iman, Allaha məhəbbət, ümid, qorxu və s. isə, bunları Allah yalnız sevdiklərinə verir”.

?Təfsir Əs-Sədi, Bəqərə surəsi, 212-ci ayənin təfsiri.


✍?Şeyxülislam İbn Teymiyyə (Allah ona rəhmət etsin) demişdir:

“Kişilər qadınlara qarışarsa, bu, odla odunun qarışması kimi olar”.

?Əl-İstiqamə, 1/357.

tovhidinfo
Tovhid.info heyəti

Hörmətlə, saytın administrasiyası.

Bütün materiallara bax