• Menyu
  • Menyu

Ümmətin alimlərindən qızıl faydalar | 25-ci hissə

tovhidinfo

Mərhəmətli və Rəhimli Allahın adı ilə

Ağır məsuliyyət

✍?İmam Muhəmməd ibn İdris Əş-Şəfii (Allah ona rəhmət etsin) demişdir:

“Fətva soruşan xəstədir, fətva verən – həkim. Təbabətində mahir olmasa, xəstəni öldürər…”

?”Əl-fəqihu vəl-mutəfəqqih”, 2/394.


Xəvariclərin bariz əlamətlərindən biri

✍️İmam İbrahim Ən-Nəxai (Allah ona rəhmət etsin) demişdir:

“Xəvariclər insanlar üçün Allahdan bağışlanma diləmirlər”.

?”İthəf əl-məhərah”, 18/420.


Hizblərə bölünmək olmaz

✍️İbn Useymin (Allah ona rəhm etsin) demişdir:

“Ümmətin hizblərə bölünməsi və hər hizbin öz mənhəci və əmiri olması Peyğəmbərin (salləllahu aleyhi və səlləm) və Onun raşidi xəlifələrinin yolundan deyil”.

?”Kitəb əl-elm”, s.152.


QƏDR GECƏSİNİN BƏZİ FƏZİLƏTLƏRİ

? Allah Təala bu gecədə insanlığa hidayət və həm dünyada, həm də axirətdə səadət açarı olan Quranı nazil etmişdir.

“Həqiqətən, Biz onu qədr gecəsi nazil etdik”.

? Allah Təala bu gecə barəsində rəsuluna(sallallahu aleyhi və səlləm) belə deyir:

“Sən nə biləsən ki, qədr gecəsi nədir?!”

Bu da qədr gecəsinin əzəmətliliyini bildirir.

? Qədr gecəsi fəzilət, şərəf və savabların çoxluğu baxımından min aydan daha xeyirlidir.

“Qədr gecəsi min aydan daha xeyirlidir”.

? Bu gecədə mələklər dünyaya enər, onlar isə yalnız xeyr, bərəkət və rəhmətlə enərlər.

” O gecə Rəbbinin izni ilə mələklər və Ruh (Cəbrail) hər işə görə yerə enirlər”.

? Bu gecə möminlər üçün salamatçılıq, əmin-amanlıq gecəsidir, çünki bu gecədə bir çoxları Cəhənnəm odundan xilas olur, onun əzabından salamatlıq qazanırlar.

” O gecə sübh açılanadək əmin-amanlıq olur”.

? Allah Təala bu gecənin fəzilətini bəyan edən tam bir surə, “Qədr” surəsini nazil etmişdir, hansı ki, Qiyamətə qədər oxunmaqdadır.

? Allah Təala bu gecənin bol xeyirli və çox fəzilətli olduğuna görə onu “mübarək gecə” adlandırmışdır.

“Biz onu mübarək bir gecədə nazil etdik”.

? Allah Təala bu gecəni belə vəsf etmişdir:

“Hər bir hikmətli iş o gecədə ayırd edilir”, yəni bu gecədə il ərzində  məxluqların ruzisi, əcəli də daxil olmaqla  hər bir şeyi əhatə edən qədər yazılır. Və Allah Təala hər bir işində hikmət sahibidir.

? Bu gecəni Allaha və Onun verəcəyi savaba iman edərək və bu savabı Ondan umaraq qiyamda keçirmək günahların bağışlanmasına səbəbdir. Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurmuşdur:

“Kim qədr gecəsini imanla və savabını Allahdan umaraq qiyam edərsə, keçmiş günahları bağışlanar” (Buxari, Muslim).

?Allahdan istəyirik ki, hər birimizi bu gecəyə yetişən və bu gecədən anadan doğulduğumuz gün kimi günahsız halda çıxmış qullarından etsin.


✍?İbn Qeyyim (Allah ona rəhmət etsin) demişdir:

“Bir dəfə şeyxülislam İbn Teymiyyə mənə belə dedi: “Məhbus – qəlbini Rəbbindən həbs etmiş kimsədir, əsir isə, havası (nəfsi, istəyi- tərc.) onu əsir edən kimsədir”.”

?”Əl-vabil əs-sayyib”, s.67.


✍️ Şeyx Muhəmməd ibn Saleh əl-Useymin (Allah ona rəhmət etsin) belə deyib:

“Bir müsəlmana dəlilə müxalif olsa belə hava və istəklərinə müvafiq olanı götürməsi, eləcə də fətva verməkdə səhlənkarlıq etdiyi bildiyi şəxsdən fətva alması caiz deyil. Əksinə ona vacibdir ki, dinində ehtiyatını götürsün və elm əhlindən daha çox elmi olandan və Allahdan daha çox qorxandan soruşsun.”

? “əl-Xiləf beynə əl-uləmə, 26”


✍? Alləmə Saleh əl-Fovzan (Allah onu qorusun) belə deyib:

“Əgər Kitab və Sünnə ilə silahlansan, heç zaman məğlub olmayacaqsan. Lakin səndə elm olmasa, ilk şübhə ilə gedəcəksən.”

? “Şərh ən-nuniyyə, 1/176”


Qədr gecəsini tapmaq istəyirsən

✍?Şeyx Muhəmməd ibn Saleh Əl-Useymin (Allah ona rəhmət etsin) demişdir:

“Qədr gecəsinin əcrini onu imanla və mükafatını Allahdan umaraq namazda keçirən kəs qazanır, (həmin gecənin) qədr gecəsi olduğunu bilsə də, bilməsə də. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) deyir:

“Kim qədr gecəsini imanla və savabını Allahdan umaraq namazda keçirərsə, keçmiş günahları bağışlanar”.

Demir ki, “qədr gecəsi olduğunu bilərək namazda keçirərsə”.

Qədr gecəsinin savabını qazanmaq üçün əməl edən kəsin qədr gecəsinin məhz hansı gecə olduğunu bilməsi şərt deyil. Kim ramazanın son on gecəsinin hamısını namazda keçirərsə, qətiyyətlə deyirik ki, o, qədr gecəsini namazda keçirmişdir…”

?Fətəva “Nurun aləd-dərb”.


Ramazandan ayrılarkən möminin gözlərindən necə yaş axmasın ki, o, bilmir ömrünə bir daha ramazan qayıdacaq ya yox…”

?(Lətaiful-məarif 1/217)


Elmi faydaları yaz

✅ Əş-Şəbi (Allah ona rəhmət etsin) demişdir:

“Bir şey eşitsən, onu yaz. Hətta divarda olsa belə…”

?Əbu Xeysəmə Zuheyr ibn Hərb, “Əl-Elm”, 146.


Xəvariclərin ən bariz əlamətlərindən…

✍? İmam İbrahim ən-Nəxai (Allah ona rəhmət etsin) xəvariclər haqqında belə deyib:

“Xəvariclər insanlar üçün istiğfar diləməzlər.” [“İthaf əl-mahara bilfəvaid əl-mubtəkəra, 18/420”]

Meymun ibn Mehran (Allah ona rəhmət etsin) isə belə deyib:

“Xəvaric elə bir kəsdir ki, onun rəyinə müxalif olsan, səni kafir adlandırar, qanıvı da halal görər.” [İbn Rəcəb əl-hənbəlinin “Fəthul bəri, 5/99” kitabından.]


Elmi yaymağın fəziləti

Abdullah İbnul-Mübarək (Allah ona rəhmət etsin) demişdir: “Peyğəmbərlikdən sonra elmi yaymaqdan daha üstün bir şey bilmirəm.”

? (Tərix Diməşq, 33/455)

tovhidinfo
Tovhid.info heyəti

Hörmətlə, saytın administrasiyası.

Bütün materiallara bax