• Menyu
  • Menyu

Ümmətin alimlərindən qızıl faydalar | 27-ci hissə

tovhidinfo

Mərhəmətli və Rəhimli Allahın adı ilə

SƏLƏFİ QADINLARA NÜMUNƏ

?Asim ibn Əlinin iki qızı atalarına belə yazdılar:

“Ey atamız! Bizə gəlib çatıb ki, Mötəsim (xəlifə) Əhməd ibn Hənbəli tutub və Qurana məxluq deməsi üçün onu qamçılayıb.

Allahdan qorx və əgər səndən də bunu istəsə, ona icabət etmə. Vallahi, bizə sənin ölüm xəbərinin gəlməsi bizim üçün Qurana məxluq dediyinin xəbəri gəlməsindən daha sevimlidir.

?”Təhzibul-kəməl”, 13/514.


Elmi yaymaq sədəqə verməkdən daha çox əfzəldi

✍? Şeyx İbn Useymin (Allah ona rəhmət etsin) buyurub:

“Böyük sayda mal sədəqə versə belə, elm maldan əfzəldi. Elm və onu yaymaq maldan əfzəldi. İndi sizə misal çəkəcəm. Əbu Hureyranın (Allah ondan razı olsun) vaxtında xəlifələr,  məliklər dünyaya malik idilər. İmam Əhmədin (Allah ora rəhmət etsin) vaxtında varlılar çoxlu sayda mala sahib idilər, sədəqə verdilər, vəqf etdilər. Onlardan sonra gələn İbn Teymiyyə və İbn Qayyim kimilərin vaxtında (Allah hər ikisinə rəhmət etsin) varlılar sədəqə verdilər, vəqf etdilər.

Hara getdi malları? Sədəqə verdikləri hara getdi? Vəqf etdikləri hara getdi? Yoxdu, indi heç bir əsəri də qalmayıb. Lakin Əbu Hureyranın hədisləri gecə və gündüz oxunur, savabı da yazılır. İmamlar da həmçinin, elmləri fiqhləri ümmət arasında yayılır, savabları da yazılır. Həmçinin, İbn Teymiyyə və İbn Qayyimin xatirələri hələ də yaşayır, qəbirdə olduqları halda insanları öyrədirlər, qəbirdə olduqları halda savabları yazılır. Bu da dəlildir ki, elm maldan əfzəldir və insana daha çox faydalıdır.”

? “Şərh riyadis salihin, 5/436”


✍? İmam Əvzai  (Allah ona rəhmət etsin) belə deyib:

“İnsanlardan eləsi var ki, özünə tərifi xoşlayır, amma Allahın yanında heç ağcaqanadın qanadı qədər dəyəri yoxdur.”

? “Əl-hilyə, 8/255”


İXLASLI OLMAQ

Şeyxul-İslam ibn Teymiyyə (Allah ona rəhmət etsin) demişdir:

«Hər dəfə qul «Lə iləhə illəllah» sözündə ixlaslı olarsa, onun qəlbindən (nəfsinin) havasının istədiyi şeyləri ilahlaşdırması çıxar və ondan günahlar, asiliklər uzaqlaşdırılar. Necə ki, Allahu Təala buyurmuşdur:

«Beləcə biz pisliyi və çirkin əməli ondan uzaqlaşdırdıq. Həqiqətən, o, Bizim seçilmiş qullarımızdandır.» (Yusuf, 24)

Beləcə, səbəb gətirdi ki, pisliyin və çirkin əməlin ondan uzaqlaşdırılmasının səbəbi onun (Yusufun) ixlaslı qullardan olması idi. Bunlar o kəslərdirlər ki, Allah onlar haqqında demişdir:

«(Allah şeytana dedi:) Şübhəsiz ki, qullarım üzərində sənin heç bir hökmün yoxdur. Yalnız sənə uyan azğınlardan başqa.» (əl-Hicr, 42)

Şeytan isə dedi:

«Sənin qüdrətinə and olsun ki, onların hamısını yoldan çıxaracağam; Təkcə Sənin seçilmiş ixlaslı qullarından başqa!” (Sad, 82-83)»

? (Məcmuul-Fətəva, ibn Teymiyyə, 10/261)


✍? İbnul Qayyim (Allah ona rəhmət etsin) belə deyib:

“İmam Şafinin İmam Əbu Hənifənin (Allah hər ikisinə rəhmət etsin) qəbrinin yanında dua etməsi haqqında yayılan rəvayət açıq aşkar yalandır”

? “İğasətul ləhfən, 1/246”


Asim ibn Ubeydullah (Allah ona rəhmət etsin) belə dedi:

“Abdullah ibn Öməri (Allah hər ikisindən razı olsun) günəş tutulduğu zaman məscidə doğru tez-tez gəzərək gedən gördüm.”

? “İbn Əbi Şeybə, 8315”


Buxari, Muslim və digərlərinin rəvayət etdiyinə görə Peyğəmbərin (sallallahu aleyhi va səlləm) vaxtında günəş tutulduğu zaman O (sallallahu aleyhi va səlləm) belə dedi:

“Günəş və ay Allahın ayələrindən (əlamətlərindən) bir ayədir, bununla qullarını qorxudur. Günəşlə ay da heç bir insanın ölümünə görə tutulmaz. Əgər bu iki şeydən hər hansı birini görsəz, Allah bu halı sizdən götürənə qədər namaz qılın və Allaha dua edin.”

Buxaridə gələn başqa bir hədisdə isə Peyğəmbər (sallallahu aleyhi va səlləm) belə dedi:

“Allahın göndərdiyi bu ayələr (əlamətlər) heç kəsin ölümünə və ya həyata gəlməsinə görə deyil. Lakin Allah bununla qullarını qorxudur. Əgər bunlardan bir şey görsəz, Allahı zikr etməyə, Ona dua etməyə və Ondan bağışlanma diləməyə yönəlin.”

Başqa hədisdə isə, belə deyib:

“Namaza yönəlin.”

Başqa hədisdə isə:

“Allaha dua edin, təkbir gətirin, namaz qılın və sədəqə verin.”-deyə buyurmuşdu.

Əsma bint Əbi Bəkr (Allah hər ikisindən razı olsun) belə deyib:

“Günəş tutulduğu zaman Peyğəmbər (sallallahu aleyhi va səlləm) bizə qul azad etməyi əmr etdi.”

Deməli bu yeddi şeyi Peyğəmbər (sallallahu aleyhi va səlləm) günəş tutulduğu zaman əmr etmişdi:

  1. Namaz
  2. Dua
  3. İstiğfar (bağışlanma diləmək)
  4. Təkbir
  5. Zikr
  6. Sədəqə
  7. Qul azad etmək.

? İbn Useyminin “Fətvalar toplusu, 16/290”.


?Mutarrif ibn Abdullah (Allah ona rəhmət etsin) demişdir:

“Mənə hər böyük görünən bəla üz verəndə günahlarımı xatırladım və o bəla mənə kiçik göründü.”

?İbn Əbid-Dunyə, “Əl-Uqubət”, 88.


✍?İbn Rəcəb (Allah ona rəhmət etsin) demişdir:

“Kim uzaq olduğuna görə Kəbəyə yetişə bilmirsə, qoy Kəbənin Rəbbinə doğru üz tutsun, çünki O, şah damarından daha yaxındır.”

?”Lətaiful-məarif”, 633.


Bu günlərdə günah etməkdən çəkin

✍?Şeyx İbn Bəz (Allah ona rəhmət etsin) demişdir:

“Günahlar say cəhətindən artırılmır, keyfiyyət cəhətindən artırılır. Zilhiccənin ilk on günündə edilən günah Rəcəb və ya Şaban ayında ediləndən daha pis və daha böyükdür.”

? Əl-Fətəva, 3/389.


İbn Useymin (Allah ona rəhmət etsin) belə deyib: “Allah şirki heç vaxt bağışlamır. Çünki Allahın xas haqqı olan tövhidə qarşı cinayətdir.”

? Əl-qövlil mufid, 1/110

Suleyman İbn Abdullah Əliş Şeyx (Allah ona rəhmət etsin) belə deyib: “Necə ki, deyilir: “Hər bir şey onun ziddini tanımaqla bilinir.” Buna görə də kim ki, şirki bilməzsə, tövhidi bilməz. Həmçinin əksi də belədi.”

? Təysir əl-Əziz əl-Həmid, 1/347


Alləmə Abdur-Rahmən ibn Həsən Əli əş-Şeyx (Allah ona rəhmət etsin) belə deyib:

“Xüsusi və avam insanlara dəlilləri ilə tövhidin yayılmasına çalış. Çünki əksər insanlar bu elmdən üz döndərib.”

? Əl-matlab əl-həmid, 273


Yunus ibn Əbdul-A’lə (Allah ona rəhmət etsin) deyir ki, İmam Şafinin (Allah ona rəhmət etsin) belə dediyini eşitdim:

“Əgər bir kişi günün əvvəlində sufi olarsa, zöhr vaxtı gəlməmiş axmaq olar.”

Həmçinin belə deyib:

“Qırx gün sufilikdə mülazim olan kəsin ağlı heç vaxt özünə qayıtmaz.”

? Təlbis İblis, 327

tovhidinfo
Tovhid.info heyəti

Hörmətlə, saytın administrasiyası.

Bütün materiallara bax