• Menyu
  • Menyu

Ümmətin alimlərindən qızıl faydalar | 29-cu hissə

tovhidinfo

Mərhəmətli və Rəhimli Allahın adı ilə

Ey dəvətçi, diqqətli ol

✍?Şeyx Saleh Əl-Fovzan (Allah onu qorusun) demişdir: “Bəzi insanlar, onları tərifləməsələr, ürəkləndirməsələr, dəvəti tərk edirlər. Bu, dəlildir ki, onlar Allaha deyil, özlərinə dəvət edir”.

?”İanətul-mustəfid”, 136.


İblis Allahın sifətlərini inkar edənlərdən daha elmlidir

Allah Təala iblisin dediyini bizə çatdıraraq buyurur:

“Sənin izzətinə and olsun ki, onların hamısını yoldan çıxaracağam. Yalnız sənin ixlaslı qullarından başqa.” (Sad, 82-83).

Ayədə isbat olunur ki, şeytan Allahın sifətlərini (izzət sifətini) iqrar edir! Bəs necə olur ki, Adəm övladlarından bəziləri Allahın bütün və ya bəzi sifətlərini inkar edirlər?! Şeytan Allah barədə onlardan daha elmli və daha ağıllı olmurmu?!

?Bax: “Şərhul-əqidətil-vasitiyyə”, İbn Useymin, s.224-225.


Namaz qılmamaq

✍️İmam Əl-Lələkəi (Allah ona rəhmət etsin) demişdir:

“Namaz qılmayana ar olaraq yetər ki, onun müsəlman, ya kafir olmasında elm əhli ixtilaf etmişdir.”

?”Əhli sünnə etiqadının əsaslarının şərhi”, 204.


Özünü günahlarla alçaltma

✍?İbn Racəb (Allah ona rəhmət etsin) demişdir: “Ey Adəm oğlu! Əgər öz qədrini bilsən, özünü günahlarla alçaltmazsan. Sən məxluqların seçilmişisən və Cənnət sənin üçün hazırlanıb”.

?”Lətaiful-məarif”, 183.


✍?İbnul-Qeyyim (Allah ona rəhmət etsin) demişdir:

“Küfrün dörd rüknü var:

▪️Kibr

▪️Həsəd

▪️Qəzəb

▪️Şəhvət

Dağların öz yerlərindən getməsi bu dörd şeyin bunlarla bəlaya düçar olmuş kəsin qəlbindən getməsindən daha asandır”.

?Bax: “Əl-Fəvaid”, 1/157.


Şeyxulislam ibn Teymiyyə ( Allah ona rəhmət etsin) belə deyib:

“Kim (günahlardan) tövbə edərsə, atası Adəmə (əleyhissələm) bənzəmişdir. Kim (günah etməkdə) israrlı olarsa, qədəri də dəlil gətirərsə, İblisə bənzəmişdir.”

?Məcmu əl-fətəva, 8/108.


İstədikdə Allahdan istə! 

İbn Rəcəb əl-Hənbəli (Allah ona rəhmət etsin) belə demişdir:

“Sələflərdən bəziləri namazlarında Allahdan bütün ehtiyaclarını istəyərdilər, hətta xəmirinin duzunu, qoyununun otunu da.”

? Cəmi əl-ulum va əl-hikəm, 2/39.


✍?Həsən Əl-Bəsri demişdir:

“Bir kişiyə tikan batsaydı, belə deyərdi:

“Mən bilirəm ki, sən günaha görəsən və Rəbbim Azzə və Cəllə mənə zülm etməyib”.”

?İmam Əhməd, “Əz-Zuhd”, 1647.


?Abdullah ibn Ömər (Allah hər ikisindən razı olsun) soyuq su içdi və ağladı, ağlamağı gücləndi.

Ona dedilər ki, səni ağladan nədir?

Dedi: “Allahın kitabındakı bir ayə yadıma düşdü:

{Onlarla istədikləri şeylər arasında sədd çəkilər}. (Səbə, 54)

Və bildim ki, cəhənnəm əhli yalnız soyuq su istəyəcəklər, Allah Azzə və Cəllə buyurub:

{Cəhənnəm əhli Cənnət əhlini səsləyərək deyəcəklər: “Bizim üstümüzə sudan və ya Allahın sizə verdiyi ruzidən tökün”}. (Əl-Əraf, 50)

?Bax: İmam Əhməd, “Əz-Zuhd”, 1055.


Bəzi sələflər belə deyiblər:

  1. “Şükr-günahları tərk etməkdir.”
  2. “Allaha yaxınlaşdırmayan hər bir nemət bəladır.”
  3. “Neməti zikr etmək Allaha sevgini artırar.”

? İbn Əbiddünyanın “Şükr” kitabından.


Fudeyl ibn İyad (Allah ona rəhmət etsin) belə demişdir:

“Peşman olmamışdan öncə  fikirləşib əməl edin. Dünyaya da aldanmayın. Çünki sağlam olanı xəstələnir, təzə olanı köhnəlir, neməti fani olur, cavanı da qocalır.”

? İmam Beyhəqi, “Əz-zühd əl-kəbir”, s.484.


Şeyx İbn Useymin (Allah ona rəhmət etsin) demişdir:

“Dünyanın axirətə təsir etməsindən özünüzü həzər edin. Yoxsa dünya və axirətdən də məhrum olarsız.”

? Əd-diyə əl-ləmi, 1/64.


Şeyx İbn Useymin demişdir: “Dünya axirət üçün əkin yeridir. Əgər orda axirət üçün əkməsə, dünya və axirəti də itirər.”

? Əd-diyə əl-ləmi, 1/65.


Məsciddən qayıtmağa görə də savab yazılır

Ubeyy bin Kə’b (Allah ondan razı olsun) rəvayət edib deyir:

“Bir kişi vardı, məsciddən ondan uzaqda qalan adam tanımıram, camaat namazlarını buraxmırdı. Ona deyildi (ya da ona dedim): “Bəlkə özünə uzunqulaq alasan? Zülmətdə və şiddətli istidə minərsən.”

Dedi: “Evimin məscidin yanında olması məni sevindirmir, istəyirəm ki, ayaqla məscidə getməyimə VƏ AİLƏMƏ QAYITMAĞIMA GÖRƏ mənə əcr yazılsın”. Peyğəmbər salləllahu aleyhi va səlləm dedi: “Artıq Allah sənin üçün bunların hamısını cəm etdi”.”

?Muslim, 663.


Bəşşar ibn Burd (Allah ona rəhmət eləsin) Hilal ibn Atiyyəyə belə deyir:

“Ey Hilal sənə xüsusi bir nəsihət etsəm mənə tabe olarsanmı?” “Bəli” – deyə cavab verir. O da belə deyir: “Bir zaman sən eşşək oğurlayırdın, sonra tövbə etdin və rafizi oldun. Qayıt eşşək oğurluğuna, vallahi bu iş rafizilikdən daha xeyirlidir.”

? İbn Xallikən “Vafəyət əl-ə’yən” 1/425.


Elm olan yerdə tənhalıq yoxdur

?Bir kişiyə deyildi:

– “Kimlə ünsiyyət qurursan (oturub-durursan)?

Əlini kitablarına vuraraq dedi:

– “Bunlarla!”

– “Bəs insanlardan?

– “Bunların içindəkilərlə!”

? “Təqyidul-elm”, s.125.


✍️ İbnul Qayyim (Allah ona rəhmət etsin) demişdir:

“İxlassız və peyğəmbərə tabeçiliksiz  olan əməl çuvalını daşla dolduran müsafirə bənzəyər. Ona (gəzmək) ağır olar və heç bir fayda verməz.”

?”Əl-fəvaid”, səh.49.


✍? İbn Teymiyyə (Allah ona rəhmət etsin) demişdir:

“Tələb olunan Quranın mənalarını başa düşmək və ona əməl etməkdir. Əgər bu onu əzbərləyənin himməsi olmazsa, elm və din əhlindən sayılmaz.”

? Məcmu əl-fətəva, 23/55.


Muhəmməd ibn Saleh əl-Useymin (Allah ona rəhmət etsin) demişdir:

“Fitnələrdən qorunmağın yollarından biri də-gecə namazıdı.”

? Şərh Sahihil Buxari, 9/501.


?Şəqiq bin İbrahim (Allah ona rəhmət etsin) belə demişdir:

“Mənə qonaqdan daha sevimli birisi yoxdur. Çünki ruzisini Allah verir, savabını mən qazanıram.”

?”Siyar ə’ləm ən-nubələ”, 9/315.


Şeyxulislam ibn Teymiyyə (Allah ona rəhmət etsin) demişdir:

“Əgər insanlar günah iş görməkdə və düşmənçilik etməkdə köməkləşsələr, (sonda) bir-birilərinə nifrət edərlər.”

?”Məcmu əl-fətəva”, 15/128.


İbn Teymiyyə  (Allah ona rəhmət etsin) demişdir:

“Kim zənn etsə ki, sahəbələrə tabe olmadan kitab və sünnədən götürür və onların yollarından başqa bir yola tabe olur, beləsi bidət əhlindəndir.”

? “Muxtəsar əl-fətəva əl-misriyyə”, səh (556).


İbn Teymiyyə (Allah ona rəhmət etsin) demişdir :

“İstiğfar ən böyük həsənətlərdəndir. Kim sözündə, əməlində, ruzisində, qəlbinin (Allaha tərəf) dönməsində nöqsan hiss edərsə, tövhidə və istiğfara mülazim olsun.”

? Məcmu əl-fətəva, 11/698.


Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi va səlləm) belə buyurub:

“Allaha və axirət gününə iman gətirən kişi ənsarlara nifrət etməz.”

? “Sahihul Buxari” (3784), “Sahih Muslim” (74)


Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi va səlləm) belə buyurub:

“Allaha və axirət gününə iman gətirən kişi ənsarlara nifrət etməz.”

? “Sahihul Buxari” (3784), “Sahih Muslim” (74)


Qabisa ibn Uqbə (Allah ona rəhmət etsin) demişdir:

“Peyğəmbərin ( sallallahu aleyhi va səlləm) səhabələrini sevmək  Onun yolundandır.”

?  Bax: İmam Lələkəinin (Allah ona rəhmət etsin) “Əhli sünnənin etiqadının əsasları” (7/124) kitabı.


Şeyxulislam ibn Teymiyyə belə deyib:

“Sadiq qəlblər və saleh dualar bunlar məğlubedilməz əsgərlərdir.”

? Məcmu əl-fətəva, 28/644.

tovhidinfo
Tovhid.info heyəti

Hörmətlə, saytın administrasiyası.

Bütün materiallara bax