• Menyu
  • Menyu

Ümmətin alimlərindən qızıl faydalar | 3-cü hissə

tovhidinfo

Mərhəmətli və Rəhimli Allahın adı ilə

Allahdan həya etmək

Əziz müsəlmanlar! Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) buyurmuşdur: “Həya imandandır”. (Buxari, Muslim)

Ən üstün, ən dəyərli, insanın ən çox diqqət göstərməli, ən çox əldə etməyə çalışmalı olduğu həya isə Allahdan edilən həyadır. Çünki məxluqatı yaradan, harda olmaqlarından aslı olmayaraq onları görən, aşkarda və gizlidə olanlarını bilən, pıçıltılarını eşidən, onları bir anlıq belə nəzarətsiz buraxmayan Odur!

Ən gözəl əxlaqlardan olan Allahdan həya etməyi üç şeylə əldə edə bilərsən:

1) Allahın  sənə olan lütfü, sənə verdiyi çoxsaylı nemətlər barədə  düşün!

2) Bunların müqabilində Allaha ibadətdə buraxdığın boşluqlar, günahların barədə düşün!

3) Hər an, hər yerdə, hər halında Allahın səni gördüyünü və eşitdiyini düşün!

ALLAHDAN HƏYA ET!
© 
https://t.me/tovhidinfo/29


? Zuhri (Allah ona rəhm etsin) səfərdə ikən aşura orucunu tutur. Ona deyirlər: “Sən səfərdə aşura orucunu tutursan, ramazan orucunu isə yox?!”

Deyir: ramazanı sonrakı günlərdə qəza etmək olur, aşura isə ötüb keçir.

?Şuəbul-imən, 5/335.
© https://t.me/tovhidinfo/31


?İbn Qayyim (rahiməhullah) demişdir: “Təqlid yalnız ona məcbur olan üçün icazəlidir. Kim Quranı və Sünnəni, səhabələrin sözlərini və, bunu bacardığı halda, dəlil ilə haqqı bilməyi qoyub təqlidə üz tutarsa, kəsilmiş heyvan ətinə qadir olduğu halda ölü heyvan ətinə üz tutmuş kimidir…”

? İ’ləmul-muvaqqiin, 2/185.
© https://t.me/tovhidinfo/35


✅ Peyğəmbər salləllahu aleyhi va səlləm buyurmuşdur: “Sizə bir şeyi qadağan etsəm, ondan uzaq durun, bir şeyi əmr etsəm, onu bacardığınız qədər yerinə yetirin”. (Buxari, Muslim).

❗️DİQQƏT:

Peyğəmbər salləllahu aleyhi va səlləm qadağaları, haramları tərk etmək barədə “bacardığınız qədər” demədi, əmrləri yerinə yetirmək barədə dedi. Bu o deməkdir ki, günahları tərk etmək insanın bacarığına bağlı deyil, bunu hər kəs bacarır. Lakin əmrləri yerinə yetirməyi isə, hər kəs bacardığı qədər edir, məsələn: sağlam insan ayaq üstə namaz qılmalıdır, bacarmazsa, oturaraq, bacarmazsa, uzanaraq.

Allah daha yaxşı bilir!
© https://t.me/tovhidinfo/36


✅ Şeyxul İsləm İbn Teymiyyə (Allah ona rəhm etsin) belə buyurur: ” Başqa birisinə dini məsələdə fayda  verən hər bir kəs, o məsələdə onun şeyxidir”.

? Məcmuul fətəva (11, 512).
© https://t.me/tovhidinfo/37

tovhidinfo
Tovhid.info heyəti

Hörmətlə, saytın administrasiyası.

Bütün materiallara bax