Mərhəmətli və Rəhimli Allahın adı ilə
Bidət əhlinə qulaq asmaq
?Sufyən Əs-Sovri (Allah ona rəhmət etsin) demişdir:
“Kim bilə-bilə bidət sahibinə qulaq asarsa, Allahın qorumasından çıxar və özbaşına buraxılar”.
?Həmçinin, belə demişdir: “Kim bir bidət eşidərsə, onu yoldaşlarına danışmasın, onu onların qəlbinə salmasın”.
?İmam Əz-Zəhəbi (Allah ona rəhmət etsin) Sufyənin sözünə şərh olaraq demişdir: “Sələf imamlarının çoxu bundan çəkindirirlər, çünki qəlblər zəif, şübhələr isə, sürətlə oğurlayandır.”
?”Siyər ə’ləmin-nubələ”, 7/261.
Allah Təalə Əraf surəsi 194-cü ayədə belə buyurur:
“إِنَّ الَّذِينَ تَدْعُونَ مِنْ دُونِ اللَّهِ عِبَادٌ أَمْثَالُكُمْ ۖ فَادْعُوهُمْ فَلْيَسْتَجِيبُوا لَكُمْ إِنْ كُنْتُمْ صَادِقِينَ.”
“Allahdan savayı çağırdıqlarınız da sizin kimi qullardır. Əgər doğru deyirsinizsə, çağırın onları, sizə cavab versinlər.”
Ayədən də görsənir ki, kim Allahdan başqasını çağırarsa, ona dua edərsə, dua etdiyi onu eşitməz, ona cavab verməz. Necə cavab versin ki, o artıq qəbrində öz bərzax həyatını yaşayır. O da sənin kimi bir quldur. Onun sənə ehtiyacı var. Sənin duana ehtiyacı var. Bəs belə olduğu halda nəyə görə bəzi insanlar Allahdan başqasına dua edir? Məgər qəbrinin başında dua etdikləriniz, çağırdıqlarınız sizi eşidirmi? Eşitsə belə sizə cavab verə bilməz. Necə ki, Allah Təalə Fatir surəsi 14-cü ayədə belə buyurur:
“إِنْ تَدْعُوهُمْ لَا يَسْمَعُوا دُعَاءَكُمْ وَلَوْ سَمِعُوا مَا اسْتَجَابُوا لَكُمْ ۖ وَيَوْمَ الْقِيَامَةِ يَكْفُرُونَ بِشِرْكِكُمْ ۚ وَلَا يُنَبِّئُكَ مِثْلُ خَبِيرٍ.”
“Əgər siz onları çağırsanız, onlar sizin duanızı eşitməzlər, eşitsələr də cavab verə bilməzlər. Özləri də Qiyamət günü sizin onlara ibadət etdiyinizi danacaqlar. Heç kəs hər şeydən Xəbərdar olan Allah kimi sənə xəbər verə bilməz.”
Ona görə ey Allahın qulu Allahla yanaşı heç kəsə dua etmə, hansısa qəbrin başında durub ondan nəsə istəmə! Onun adına nəzir vermə, ona qurban kəsmə.
“قُلْ إِنَّ صَلَاتِي وَنُسُكِي وَمَحْيَايَ وَمَمَاتِي لِلَّهِ رَبِّ الْعَالَمِينَ.”
“De: “Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah üçündür!” [Ənam surəsi, 162-ci ayə]
Həmişə səni Eşidən, dualarına cavab verən Allaha yönəl. Çünki Allah sənə belə əmr edib:
“وَقَالَ رَبُّكُمُ ادْعُونِي أَسْتَجِبْ لَكُمْ ۚ إِنَّ الَّذِينَ يَسْتَكْبِرُونَ عَنْ عِبَادَتِي سَيَدْخُلُونَ جَهَنَّمَ دَاخِرِينَ.”
Rəbbiniz dedi: “Mənə dua edin, Mən də sizə cavab verim. Həqiqətən, Mənə ibadət etməyə təkəbbür göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər”. [ Ğafir surəsi, 60-cı ayə]
Rafizilər…
فَمَنْ أَظْلَمُ مِمَّنْ كَذَبَ عَلَى اللَّهِ وَكَذَّبَ بِالصِّدْقِ إِذْ جَاءَهُ ۚ أَلَيْسَ فِي جَهَنَّمَ مَثْوًى لِلْكَافِرِينَ.
“Allaha qarşı yalan uyduran və (həqiqət ona bəyan edildikdə) onu yalan sayan kimsədən daha zalım kim ola bilər?” [ Zümər surəsi, 32-ci ayə]
İbn Teymiyyə (Allah ona rəhmət etsin) bu ayə haqqında belə demişdir: “Rafizilər bu məzəmməmətli sifətə, vəsfə daxil olan ən böyük bidət əhlidirlər.”
?Minhəcus-sünnə, 7/476.
Bir çox müsəlmanın xətaya düşdüyü bir məsələ
Çoxlarımız bilirik ki, bir kəs nəsə etmək istədikdə, bunu edəcəyinə and içərsə, lakin etmək istədiyi bir işi yerinə yetirə bilməsə, andını pozarsa, kəffarə verməlidir. Əksəriyyət andın kəffarəsinin üç gün oruc tutmaq olduğunu bilir, lakin burda bir xəta var. Nədir o xəta? Allah Təalə belə buyurur:
” لَا يُؤَاخِذُكُمُ اللَّهُ بِاللَّغْوِ فِي أَيْمَانِكُمْ وَلَٰكِنْ يُؤَاخِذُكُمْ بِمَا عَقَّدْتُمُ الْأَيْمَانَ ۖ فَكَفَّارَتُهُ إِطْعَامُ عَشَرَةِ مَسَاكِينَ مِنْ أَوْسَطِ مَا تُطْعِمُونَ أَهْلِيكُمْ أَوْ كِسْوَتُهُمْ أَوْ تَحْرِيرُ رَقَبَةٍ ۖ فَمَنْ لَمْ يَجِدْ فَصِيَامُ ثَلَاثَةِ أَيَّامٍ ۚ ذَٰلِكَ كَفَّارَةُ أَيْمَانِكُمْ إِذَا حَلَفْتُمْ ۚ وَاحْفَظُوا أَيْمَانَكُمْ ۚ كَذَٰلِكَ يُبَيِّنُ اللَّهُ لَكُمْ آيَاتِهِ لَعَلَّكُمْ تَشْكُرُونَ. “
“Allah sizi qəsdiniz olmadan içdiyiniz andlara görə (onları pozmağa görə) cəzalandırmaz, lakin O, sizi qəsdlə içdiyiniz andlara görə cəzalandıracaqdır. Bunun kəffarəsi *ailənizə yedirtdiyinizin orta hesabı dəyərində ya on kasıbı yedirtmək və ya onları geyindirmək və yaxud da bir köləni azad etməkdir.* Kəffarə vermək üçün bir şey tapmayan kimsə *üç gün oruc tutsun.* Bu, and içib sonra pozduğunuz andlarınızın *kəffarəsidir.* Andlarınızı qoruyun! Allah Öz ayələrini sizə bu cür bəyan edir ki, bəlkə şükür edəsiniz.” [Maidə surəsi, 89-cu ayə]
Deməli ayədən də başa düşdük ki, pozduğumuz andın kəffarəsi ilk olaraq ya on kasıbı yedirtmək, ya on kasıbı geyindirmək, ya da bir qul azad etməkdir. Andını pozan bu üç əməldə ixtiyar sahibidir. Çünki ayədə seçim olaraq “ya” bağlayıcısı işlənib. Deməli bu üç əməldə ixtiyar sahibiyik. Kəffarə olaraq hansını etsək, vacib olanı əda etmiş olarıq. Amma bu üç əməldən hər hansı birini etməyə aciz olsaq, bacarmasaq, o zaman kəffarə olaraq üç gün ardıcıl oruc tutmalıyıq. Çünki Abdullah ibn Məsud bu ayəni oxuduq da *”üç gün ardıcıl”* olaraq oxumuşdur. Alimlər də üç gün ardıcıl olaraq oruc tutmağı buyurmuşlar.
Ona görə də andını pozmağa məcbur olan müsəlman bacı və qardaşım, bu məsələyə diqqət elə. Çünki kim belə etməyibsə, yəni ayədə keçən üç əməldən hər hansı birini yerinə bilməyə gücü çatdığı halda oruc tutubsa, kəffarəsini vermiş sayılmaz.
Allah bizləri andına vəfalı olan qullardan etsin. O hər şeyə Qadirdir.
İmam Əhmədin fiqhi və şeyxulislam İbn Teymiyyənin fəhmi
İbnul-Qayyim (Allah ona rəhmət etsin) demişdir:
“İmam Əhməd demişdir ki, bir kişi əgər CƏNAZƏDƏ iştirak edərsə və orada aradan qaldıra bilmədiyi bir münkər görərsə, oradan QAYITMAMALIDIR.
Və demişdir ki, əgər TOYA dəvət olunarsa və orada aradan qaldıra bilmədiyi bir münkər görərsə, oradan QAYITMALIDIR.
Şeyximizdən (İbn Teymiyyəni nəzərdə tutur) bunların arasındakı fərq barədə soruşdum. O, dedi:
“Çünki cənazədəki haqq ölünündür və onun haqqı dirinin etdiyi münkərə görə tərk olunmur.
Toydakı haqq isə, evin sahibinindir və o, toyda münkər edərsə, özünün dəvətinə icabət olunma haqqını düşürmüş olur.”
?”İləmul-muvaqqiin”, 4/209.
? Bəradan (Allah ondan razı olsun) rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi va səlləm) belə deyib:
“Ənsarları mömin sevir, münafiq isə onlara nifrət edər. Kim onları sevərsə, Allah da onları sevər. Kim onlara nifrət edərsə, Allah da onlara nifrət edər.”
? “Sahihul Buxari” (3783), “Sahih Muslim” (75).
Salam verib namazdan çıxarkən nəyi niyyət edirik, kimə salam veririk?
Bir çox namaz qılanlar elə hesab edirlər ki, onlar salam verib namazdan çıxarkən sağ və sol çiyinlərində olan iki mələyə salam verirlər. Amma həqiqət əslində tam olaraq belə deyil. Namazda salam verərkən niyyət, qəsd nə olur, kimə salam veririk?
Cavab odur ki, niyyət, qəsd namazı bitirmək, sağ və sol tərəfində olan namaz qılanlara, onu qoruyan mələklərə salam vermək olur.
İmam Nəvəvi (Allah ona rəhmət etsin) demişdir: “(Camaat namazında) imamın sağ tərəfə salam verməklə niyyəti namazdan çıxmaq yəni namazı bitirmək), sağ tərəfində olan namaz qılanlara və mələklərə salam vermək olur. Sol tərəfə salam verməklə niyyəti də sol tərəfində olan namaz qılanlara və mələklərə salam vermək olur. Məmumun (arxada səfdə duran) birinci salamı ilə niyyəti namazdan çıxmaq, imama, səfində olan namaz qılanlara, arxasında və ya önündə olan namaz qılanlara və mələklərə salam vermək olur. İkinci salamı ilə də niyyəti sol tərəfdən olan namaz qılanlara və mələklərə salam vermək olur. Tək qılan şəxsin niyyəti isə birinci salamla namazdan çıxmaq və mələklərə salam vermək olur. İkinci salamla niyyəti isə, mələklərə salam vermək olur. Bu məsələnin əsli Səmura ibn Cundəbdən (Allah ondan razı olsun) rəvayət olunan hədisə dayanır. O belə dedi: “Peyğəmbər (sallAllahu aleyhi va səlləm) bizə imama və birbirimizə salam verməyi əmr etdi.” [Hədisi Əbu Davud rəvayət etmişdir.]
Lakin salam verməklə niyyəti təkcə namazdan çıxmaq olarsa, bu caizdi. Çünki namazda iştirak edənlərə salam vermək müstəhəbdir.” [Əl-Məcmu, 3/456]
İmam Muslim öz Səhihində Cabir ibn Abdullahdan belə rəvayət etmişdir: Biz Peyğəmbərlə (salləllahu aleyhi va səlləm) namaz qıldıqda belə deyərdik: əssələmu aleykum va rahmətullah, əssələmu aleykum va rahmətullah. Və (Cabir) əli ilə də sağa və sola işarə etdi. Peyğəmbər (salləllahu aleyhi va səlləm) bizə belə dedi:
“Siz əlinizlə nəyə işarə edirsiz, sanki minilməsi çətin olan atın quyruğuna bənzəyir? Əllərinizi budunuzun üzərinə qoymaq, sonra da sağında və solunda olan qardaşınıza salam vermək sizə kifayət edər.”
İmam Nəvəvi (Allah ona rəhmət etsin) belə demişdir:
“Peyğəmbərin (sallAllahu aleyhi va səlləm)-“sonra da sağında və solunda olan qardaşına salam vermək…”- sözünün mənası odur ki, yəni qardaşdan məqsəd cinsdir. Yəni ki, sağında və solunda namazda iştirak edən qardaşlarına salam versin.”
İbn Qudəmə (Allah ona rəhmət etsin) demişdir:
“Salam verməklə namazdan çıxmağı niyyət edir. Əgər imam olarsa, iki mələkə və arxasındakı məmumlara salam verməyi, məmumdursa, mələklərlə, başqa onunla olanlara və imama salam verməyi niyyət edərsə, bir şey olmaz. Necə ki, İmam Əhməd (Allah ona rəhmət etsin) demişdir: “Namazda salam verməklə imamın salamına cavab verməyi niyyət edir.” [Əl-Muğni, 1/326_327]
Şeyx İbn Useymin (Allah ona rəhmət etsin) demişdir: “Əgər deyilsə ki, kimə salam verir?
Cavab odur ki: (Alimlər) Deyirlər ki, əgər onunla camaat olarsa, salam onlaradır. Əgər onunla heç kəs olmasa, salam sağında və solunda olan mələklərə verilir. Deyir: əssələmu aleykum va rahmətullah.” [Əş-şərh əl-mumti, 3/208]
Xülasə, namaz qılan salamla üç şeyi niyyət edir:
- Namazdan çıxmağı.
- Onu qoruyan mələklərə salam verməyi.
- Namaz qılan qardaşlarına salam verməyi.
Əgər namazda tək olarsa, salam verməklə namazdan çıxmağı və onu qoruyan mələklərə salam verməyi niyyət edir.
Doğrusunu Allah bilir.
İbn Teymiyyənin (Allah ona rəhmət etsin) kəlamlarından: “Müsəlmanların imamlarından heç kəs Peyğəmbərin (salləllahu aleyhi va səlləm) qəbrinə yönəlib onun yanında dua etməyi müstəhəb görməyib.”
? İqtida əs-sirati əl-mustəqim, 2/286.
Həmçinin belə deyib: “Kim qəlbinin islahı üçün qəsidələrə qulaq asmağı çoxaldarsa, Qurana qulaq asmaq rəğbəti azalar, hətta ikrah belə edər.”
? İqtida əs-sirat əl-mustəqim, 1/543.
Qeyd: Görün indi nəşidlərə qulaq asanların halı necədir.