Mərhəmətli və Rəhimli Allahın adı ilə
HƏR HÜRƏN İTƏ CAVAB VERİLMƏZ
✍?İbnul-Qeyyim (Allah ona rəhmət etsin) demişdir:
“Təqlidçi cahilə fikir vermə. Onun səni söyməsindən, təkfir etməsindən, zəlalətdə ittiham etməsindən pis olma, çünki o, itin hürməsi kimidir.
“İtə” qədir-qiymət verib sənə hər hürdüyündə ona cavab vermə, burax hürsün.
Sən isə, ondan üstün edildiyin elmə, imana və hidayətə görə sevin. Ondan üz döndərməyini (ona cavab verməməyini) Allahın sənə verdiyi nemətə şükründən et.”
?”Əs-savəiq əl-mursələ”, 3/1158.
✍️İbnul Qayyim (rahimahullah) buyurub:
Müəllimim (İbn Teymiyyə) bir gün xəstələnir
-Həkim ona kitab oxumamağı və dərs verməməyi (sağalana qədər) məsləhət görür
-İbn Teymiyyə isə inkar edərək buyurur: Sənin bu müalicə üslubuna özünün tibb yolu ilə cavab verəcəm: Tibbə görə nəfs nə qədər sevinərsə və rahatlanarsa bədən güclənər və onunla müalicə alar düzdür?
-Bəli
-Məndə kitab oxumaqla və dərs verməklə qəlbim rahatlaşır və sevincək oluram, buna görədə sənin müalicəni edə bilmərəm.
-Buna artıq bizim elmdə cavab yoxdur.
?”Rovdatul-Muhibbin”, 109.
İmam Əhməd (Allah ona rəhmət etsin) demişdir:
“Allaha əlli il ibadət etdim, bu üç şeyi tərk etməyincə ibadətin ləzzətini duymadım:
-İnsanların razılığını tərk etdim və haqqla danışmağa qadir oldum.
-Fasiqlərlə yoldaşlığı tərk etdim və salehlərlə yoldaşlığı tapdım.
-Dünyanın şirinliyini tərk etdim və axirət şirinliyini tapdım.”
? Siyər aləm ən-nubələ,11/34.
Sufyan ibn Uyeynə (Allah ona rəhmət etsin) demişdir:
“Kim Peyğəmbərin ( sallallahu aleyhi va səlləm) səhabələri haqqında bir (pis) söz danışarsa, o hava əhlidir.”
? Şərhu əs-sünnə, 75.
Şeyx Əl-Muəllimi (Allah ona rəhmət etsin) demişdir:
“Bil ki, ola bilsin Allah Təala ixlaslı qullarından kimisə başqalarına imtahan olsun deyə xətaya salsın (görsün ki), haqqa tabe olub həmin kimsənin sözünü tərk edəcəklər, yoxsa onun fəzilətinə və cəlalətinə aldanacaqlar.”
?”Raf’ul-iştibəh an mə’nəl-ibədəti vəl-iləh” 1/294.
✍?İbnul-Qayyim (Allah ona rəhmət etsin) bəzi sələflərdən nəql edərək demişdir:
“Muhəmmədin (sallallahu aleyhi və səlləm) səhabələrinin misalı gözün misalı kimidir, gözün dərmanı ona toxunmağı tərk etməkdir.”
?”Zədul-məəd”, 4/109.
İbn Qayyim (Allah ona rəhmət etsin) demişdir:
“Əhli sünnə sünnəyə görə insanların sözlərini tərk edərlər. Bidət əhli isə, insanların sözlərinə görə sünnəni tərk edərlər.”
? “Əs-savaiq əl-mursələ” kitabından.
Şeyx Muqbil ibn Vadiyə (Allah ona rəhmət etsin) belə bir sual verirlər:
“Sizinlə ixvanul-musliminin ixtilaf etdiyiniz nöqtə harasıdır və bunun müalicəsi mümkündürmü?”
Cavab: “Ən mühüm nöqtə odur ki, bizim istiqamətimiz, yönləndiyimiz yer sünnədir, onlarda isə, kürsü (hakimiyyət). Əgər sünnəyə qayıtsalar, o zaman bunun müalicəsi mümkündür. Amma bizə gəldikdə, biz dünyaya görə Peyğəmbərin (salləllahu aleyhi va səlləm) sünnəsindən keçə bilmərik, eləcə də demirik ki, “məqsəd, qayə ona aparan vəsilələri, vasitələri halallaşdırır”. Əksinə, deyirik ki, biz düz yolda olmağa əmr olunmuşuq, yardım isə Allahdandır.”
? “Əl-Məxrac minəl-fitən”, səh.163.
Abdullah ibn əl-Mubərakə (Allah ona rəhmət etsin) deyirlər ki, əgər sənə desələr ki, ömründən bir gün qalıb nə edərdin? Deyir ki, insanlara elm öyrədərdim.
? Əl-mədxal, səh. 473.
İbnul-Qayyim: “Dörd imamın birinin məzhəbi ilə gedərək ondan qırağa çıxmamaq ümmətin icması ilə vacib deyildir”
İbnul-Qeyyim (Allah ona rəhmət etsin) insanlara dörd məzhəbdən biri ilə getməyi vacib edənlərə rəddində belə demişdir:
“Heç kimə vacib deyil ki, imamlardan birinin məzhəbiylə getsin – onun bütün sözlərini götürüb, ondan başqalarının sözlərini tərk etsin.
Bu, ümmətdə ortaya çıxmış pis bir bidətdir. İslam imamlarından heç kim bunu deməyib. Onlar bunu insanlara vacib etməkdən dərəcələri daha yüksək, qədir-qiymətləri daha böyük, Allah və Rəsulu barədə daha elmli olanlardır. Bundan da uzaq (yalnış) olan, bəzilərinin “alimlərdən birinin məzhəbiylə getmək vacibdir” deməsidir. Bundan lap uzaq olan isə, bəzilərinin “dörd məzhəbdən biriylə getmək vacibdir” deməsidir.
Necə də qəribədir! Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) səhabələrinin məzhəbləri, tabeinlərin, ətbəut-tabeinlərin və digər islam imamlarının məzhəbləri ölüb, digər imamların və fəqihlərin içindən yalnız dörd şəxsin məzhəbindən başqa hamısı batil olub?! İmamlardan biri bunu deyibmi? Vəya buna dəvət edibmi? Və ya sözlərindən bir kəlimə belə buna dəlalət edirmi? Allah Təalanın və Onun rəsulunun səhabe, tabein və ətbaut-tabeinlərdən sonra Qiyamət gününə qədər gələnlərin üzərinə vacib etdiyi şey, səhabələrin, tabeinlərin və ətbaut-tabeinlərin üzərinə vacib etdiyidir. Vacib nə fərqlənir, nə də ki, əvəz olunur…
Ona (elmsiz müsəlmana) icazəlidir ki, dörd imamın tabeçilərindən və başqalarından fətva alsın. Nə ona (“ammi”-yə), nə də müftiyə (ondan qırağa çıxmayaraq) dörd imamın biri(nin məzhəbi) ilə getmək ümmətin icması ilə vacib deyildir… “
?(“İləmul-muvaqqiin”, 6/204)
Əgər səhabələrdən (Allah onlardan razı olsun) kimdənsə bir xəta və ya günah iş baş verərsə, bunu necə qəbul etməliyik?
✅Əhli sünnə və camaat səhabələrin uca mənziləyə və məqama sahib olduqlarını etiqad edir. Lakin, onların günahlardan məsum olduqlarını və ədalətli olduqları halda xətaya düşməyəcəklərini etiqad etmir.
Lakin onların xətası və ya günahı ilə başqalarının xəta və günahları qiyas olunmaz. Səhabələrə olan müamələ (davranış) başqa cür olur. Onların xəta və günahları danışılmaz, müzakirə olunmaz və onlar qınanılmazlar. Çünki, onların hörmətləri, dəyərləri Allah yanında ucadır. Onlar elə bir qövmdür ki, Allah onları tərifləmiş, onlardan razı qalmış və onlara cənnət vəd etmişdir.
Həmçinin, onların xətaları və ya günahları barədə varid olan xəbərlərin çoxu ya uydurma, ya da yalan olaraq nəql olunmuşdur.
Tutaq ki, hər hansı xəta və ya günahları səhih yolla nəql olunub, o zaman bunu necə yozmaq olar? Yəni bunun doğru təvili, yozumu necədir?
- Deyirik ki, onlar bundan tövbə ediblər. Heç kəsə də gizli deyil ki, səhabələr tövbəyə tələsən ən qabaqcıl insanlardır. Və məlumdur ki, günaha tövbə edən onu etməmiş kimidir. Necə ki, Sünən İbn Məcədə (4250 nömrəli hədisdə) İbn Məsuddan səhih yolla hədis rəvayət olunmuşdur. Səhabələr Allah yanında hörmətlərinə və uca məqamlarına görə tövbələrinin qəbul olunmasına ən layiq və qabaqcıl insanlardır.
- Deyirik ki, onların etdikləri əzəmətli həsənətlərinə görə günahları bağışlanıb. Həsənətlər (yaxşı əməllər) günahları silib aparır. Səhabələrin həsənətlərinin şəni əzəmətli və mükafatı da böyükdür.
- Deyirik ki, islamda qabaqcıl olduqlarına görə, eləcə də Peyğəmbərlə (salləllahu aleyhi va səlləm) yanaşı cihad etdiklərinə görə onların bu xətaları Allah tərəfindən bağışlanıb. Necə ki, Peyğəmbər (salləllahu aleyhi va səlləm) Bədr əhli haqqında demişdir: “Hardan bilirsən, ümid var ki, Allah bədr əhlinə belə deyib: “İstədiyinizi edin, artıq sizləri bağışladım”.” ( Səhih Buxari, 3007)
- Peyğəmbərin (salləllahu aleyhi va səlləm) şəfaəti səbəbi ilə onların xətaları bağışlanıb. Əgər Peyğəmbər (salləllahu aleyhi va səlləm) xəbər veribsə ki, onun şəfaətinə Allaha şərik qoşmayan hər bir tövhid əhli nail olacaq, o zaman muvahhidlərin seyyidləri olan səhabələr necə?! Onlar buna daha çox layiqdirlər.
- Bu dünyada düçar olduqları imtahan və bəlalara görə onlara günahları bağışlanıb. Bəlalar və imtahanlar günahlar üçün kəffarədir, necə ki, şəriətimizdə bu məlum bir məsələdir.
Ona görə də, əgər səhabənin hər hansı xəta və günahı səhih yolla nəql olunarsa, izahı yuxarı da qeyd etdiyimiz kimidir.
Əhli sünnə və camaatın əsaslarındandır ki, hər bir müsəlmanın qəlbi və dili səhabələrə qarşı tən, iftira və nifrətdən salamat olsun. Hər bir müsəlmana vacib olan onları sevmək və ancaq xeyirlə yad etməkdir. Çünki onların arasında siddiqlər, şəhidlər və salehlər vardır. Onları sevmək və xeyirlə yad etmək Allaha və rəsuluna itaətdəndir. Allah bizləri Peyğəmbər (salləllahu aleyhi va səlləm) başda olmaqla onlarla bir yerdə həşr etsin və cənnətdə qonşu etsin.
?İstifadə olunan ədəbiyyat, Şeyx Saleh ibn Əbdul-Əziz Sindinin (Allah onu qorusun) “Səhabələrin ümmət üzərində olan haqları” kitabı.