• Menyu
  • Menyu

Ümmətin alimlərindən qızıl faydalar | 36-cı hissə

tovhidinfo

Mərhəmətli və Rəhimli Allahın adı ilə

Quran qiraətinin fəzilətindən…

Muhəmməd ibn Saleh əl-Useymin (Allah ona rəhmət etsin) belə deyib:

“Qəlbin doğru və salamat qalmasının ən böyük səbəbləribdən biri də çoxlu Quran oxumaqdır.”

?Nurun aləd-dərb, 12/20


?Keçmiş və müasir xavaricləri birləşdirən xüsusiyyət – cümə və camaat namazlarını tərk etmək?

▪️Əbu Nueym (Allah ona rəhmət etsin) İsməil ibn Sumey’ Əl-Hənəfi barədə belə demişdir:

“Beyhəsidir (xavariclərin bir qolu), qırx ildir məscidə qonşudur, nə cümə, nə də camaat namazında görünməyib”. (“Təhzibul-Kəməl”, 3/109)

▪️Əli Əşməvi belə deyir:

“Cümə namazının vaxtı gəldikdə, Seyyid Qutba dedim: “Qoy duraq namazı qılaq”. Onda ilk dəfə bildim və mənə gözlənilməz oldu ki, o, cümə qılmır. Dedi ki, onun rəyi budur ki, xilafət süqut edəndə cümə də süqut etmiş olur və xilafətsiz cümə namazı yoxdur”. (“Ət-tərix əs-sirri licəməəti əl-ixvan əl-muslimin”, s.112)


Fatihə surəsi şəfadır

✍️İbnul-Qeyyim (Allah ona rəhmət etsin) belə deyir:

“Məkkədə bir müddət qaldım, məni xəstəliklər tuturdu, nə həkim tapırdım, nə də dərman. Özümü Fatihə ilə müalicə edirdim və onun əcaib təsirini görürdüm. Bunu ağrısı olanlara vəsf edirdim və onların çoxu tezliklə sağalırdı.”

?”Əl-Cəvab əl-kəfi”.


Fudeyl ibn İyad (Allah ona rəhmət etsin) demişdir: “Pis əxlaqlı birisi ilə oturub durulmaz. Çünki beləsi, ancaq şərrə dəvət edir.”

? Məsəviu əl-əxlaq (səh.20)


Şeyxulislam ibn Teymiyyə (Allah ona rəhmət etsin) demişdir: “Bir qulun qəlbində möminlərin xeyirlilərinə qarşı nifrətinin olması qəlbin xəbisliyindəndir.”

? Minhəcus sünnə, 1/22.


Haqsız yerə danışmağın pis aqibəti

Allah Təalə Öz kitabında belə deyib:

(وَقَالَتِ الْيَهُودُ يَدُ اللَّهِ مَغْلُولَةٌ ۚ غُلَّتْ أَيْدِيهِمْ وَلُعِنُوا بِمَا قَالُوا ۘ بَلْ يَدَاهُ مَبْسُوطَتَانِ يُنْفِقُ كَيْفَ يَشَاءُ)

Yəhudilər dedilər: “Allahın Əli bağlıdır!” Onların öz əlləri bağlandı və dedikləri sözə görə lənətə gəldilər. Əksinə, Onun hər iki Əli açıqdır və O, Öz lütfündən istədiyi kimi sərf edir.” [Maidə, 64]

Ayədən də görsənir ki, yəhudilər Allahı pis bir sifətlə, öz qullarına qarşı xəsis, səxavət göstərməyən kimi vəsf etdilər, ayıbladılar. Bunun da nəticəsi o oldu ki, Allah onlara lənət etdi, Onun məthəmətindən uzaq düşdülər, özlərini də xəsis, paxıl bir qövm etdi. Həqiqətən, yəhudilərin indiki halına nəzər salsan, onları çox paxıl və xəsis görərsən. Hətta kimlərəsə yardım etsələr belə, bunun arxasında daha çox mənfəətləri olmasa, etməzlər. Ona görə də, bəzi hallarda kimlərəsə yardım etmələri səni çaşdırmasın. Özləri bunun arxasında daha çox mənfəət güddükləri üçün edirlər.

Deməli, kim ki, Allahı pis bir sifətlərlə vəsf etsə, acı bir aqibətə məhkumdur. Baxın, yəhudilər Allahı haqqı ilə dəyərləndirmədilər, pis bir sifətlə vəsf etdilər, bunun da nəticəsi olaraq,

Allahı vəsf etdikləri vəsf özlərinə qayıtdı, [Onların öz əlləri bağlandı] özləri xəsis və paxıl oldular.

Sözlərinə uyğun olaraq, Allahın rəhmətindən uzaq düşdülər, Allahın kəramətliyini, səxavətini, fəzilətini tapmadılar, görmədilər, məhrum oldular.

Və münasib düşüb deyə, onu da qeyd edim ki, kim Allahın mömin, saleh qulları haqqında onlarda olmayan bir şeylə ayıblayarsa, vəsf edərsə, pis aqibətə məhkum olmaqdan qorxsun. Qüdsi hədislərin birində Peyğəmbər  (sallallahu aleyhi va səlləm) demişdir: Allah deyir: “Kim mənin dostlarımdan, övliyalarımdan birinə qarşı düşmənçilik, ədavət bəsləyərsə, ona qarşı hərb elan edərəm.”

Allahın da hərb elan etdiyi kəs, Allahın rəhmətindən uzaq düşən kimsədir, Allah bizləri bu şeylərdən qorusun.


Saleh insanların həyatından ibrətlər

İmam İbn Vahb (Allah ona rəhmət etsin) demişdir:

“Nəzir etdim ki, hər dəfə bir insanın qeybətini etsəm, bir gün oruc tutacam ki, mənə ağır olsun. Qeybət edirdim və oruc tuturdum…

(Sonra) niyyət etdim ki, hər dəfə bir insanın qeybətini etsəm, bir dirhəm sədəqə edəcəm və dirhəmə sevgidən qeybəti tərk etdim”.

İmam Zəhəbi (Allah ona rəhmət etsin) demişdir:

“Allaha and olsun ki, alimlər belə idilər və faydalı elmin səmərəsi budur.”

?”Siyər əl-ələm ən-nubələ”, 9/228.

İbrahim ibn Meysəra demişdir: “Tavus mənə dedi: “Evlən, yoxsa sənə Umar ibnul-Xattabın Əbuz-Zəvaidə dediyini deyəcəm – səni evlənməkdən saxlayan ya acizlikdir, ya da facirlik”.”

?”Əs-Siyər”, 5/48.


Kimə gəldi qulaq asmaq olmaz, hər kəsdən elm alınmaz

? Yəzid ibn Harun (Allah ona rəhmət etsin) demişdir:

“Şübhəsiz ki, alim səninlə Allah arasında olan hüccətindir. Buna görə də Allahın qarşısında durduğun zaman kimi hüccət edəcəyinə bax.”

? əl-Fəqih va əl-Mutəfəqqih, 2/378.


✍?İbn Rəcəb (Allah ona rəhmət etsin) demişdir: “Məscidlərə ayaqla getmək Allah yolunda cihadın bir növüdür və o, günahlara kəffarədir.”

?”Məcmuur-rasəil”, 4/35.


✅ İmam əl-Buxari (Allah ona rəhmət etsin) demişdir: Əbu Asim əd-Dəhhəkın (Allah ona rəhmət etsin) belə dediyini eşitdim:

“Qeybətin haram olduğunu bildiyim zamandan, kiminsə qeybətini etmədim.”

? Siyər aləm ən-nubələ, 9/482.


Həsən ibn Adəm (Allah ona rəhmət etsin) demişdir: “Allahı sev ki, Allah da səni sevsin. Bil ki, Allaha itaət etməyi sevmədikcə, Allahı sevmiş olmazsan.”

? Məcmu rasəil ibn Racəb, 3/302.


Məşhur tabiin Məymun ibn Məhran (Allah ona rəhmət etsin) demişdir: “Həqiqətən əməlləriniz azdır. Bu az olan əməllərdə ixlaslı olun.”

? Hilyatul övliya, 4/92


Peyğəmbər sallallahu aleyhi və səlləm buyurub: “Bir kəs qədərin xeyrinə və şərrinə iman gətirməyincə iman etmiş olmaz”.

?İbn Əbi Asim, “Əs-Sünnə”, h: 134. Albani “isnadı həsəndir” demişdir.


Şeyx İbn Useymin (Allah ona rəhmət etsin) demişdir: “Çürümüş insanın qəbrinə gələrək ona dua etmək, ona ibadət etmək, halbuki onun özünün sənin onun üçün dua etməyinə ehtiyacı var, bu, səfehlikdir.”

?”Əl-qovl əl-mufid”, 1/15.


✍️ İmam Fudeyl ibn İyad (Allah ona rəhmət etsin) demişdir:

“Bir günah sənə görə nə qədər kiçik olarsa, Allah qatında o qədər böyüyər və o, sənə görə nə qədər böyük olarsa, Allah qatında o qədər kiçikləşər”.

?”Əz-zəvacir an iqtirafil-kəbəir”, 1/21.


Şeyxulislam ibn Teymiyyə (Allah ona rəhmət etsin) demişdir: “Dünyada və axirətdə hər bir xeyrin əsli Allah qorxusudur.”

?Cəmiul məsəil, 9/179.


Şeyxulislam ibn Teymiyyə (Allah ona rəhmət etsin) demişdir: “Əgər bir insan günaha düşərsə, bu onun Allaha ibadətindəki naqisliyinə görədir.”

? Cəmiul məsəil, 9 /173.

tovhidinfo
Tovhid.info heyəti

Hörmətlə, saytın administrasiyası.

Bütün materiallara bax