Mərhəmətli və Rəhimli Allahın adı ilə
Zilhiccənin ilk on günün ən əfzəl günlər olmasının səbəbi
✍?İbn Həcər (Allah ona rəhmət etsin) demişdir:
“Görünən odur ki, zilhiccənin ilk on gününün üstün olmasının səbəbi əsas ibadətlərin bu günlərdə cəm olmasıdır: namaz, oruc, sədəqə, həcc. Bu, başqa günlərdə baş vermir.”
?”Fəthul-Bəri”, 2/460.
Qəlb torpaq kimidir
“Qəlb torpaq kimidir, o, yalnız Allahın tövhidindən, Onu sevməkdən, tanımaqdan, Ona zikr və dua etməkdən xali (boş) qalanda quruyur.”
?İbn Qeyyim, “Əsrarus-saləh”, 60.
✅ İmam Əhmədə (Allah ona rəhmət etsin) sual verirlər ki, bu dövrdə çox evliliyə nə deyirsən?
İmam Əhməd belə deyir: “Bu zamanda gərək hər kəs evlənsin. Kaş ki, iki zövcə ilə evlənən xilas olardı. Çünki sizdən biriniz harama baxmaqdan özünü qoruya bilməz və bununla da əməli batil olar!”
Sual verən: “Bəs evlənən necə etsin, onları necə yedirtsin?” – deyir.
İmam Əhməd də belə deyir: “Onların ruzisini sən verirsən?! Onların ruzisini verən Allahdır! “
?Bədəiul fəvaid, 4/1406
Allah İmam Əhmədə rəhmət etsin. Sanki, indiki zamanımızdan danışıb. Bu da alimlərin nə qədər bəsirətli olmasını göstərir. Bu hörmətli imamın sözlərindən aşağıdakı faydaları çıxartmaq olar.
- Qadın fitnəsinin artdığı bir zamanda kişinin bir neçə qadınla evlənməsinə təşviq esilməsi.
- Evlənməsi, bu fitnələrdən nicat tapmasına, qadın fitnəsindən xilas olmasına bir köməkdir və başlıca səbəblərdən biridir.
- Günahların saleh əməlləri batil etməsi. Çünki insan zəifdi, harama baxması onu başqa günaha sövq edər, xüsusilə xəlvətdə olduğu zaman. Bu da saleh əməli puç edər. Necə ki, məşhur bir hədisdə qeyd olunub.
- Ruzi darlığından qorxub evlənməyənlərə İmam Əhmədin etirazı. Həqiqətən ruzi verən Allahdır. Birinci zövcənin və ondan olan övladların ruzisini verən Allah, o birilərinin də ruzisini verməyə qadirdir.
Bu məsələdə mühüm olanlardan biri də birinci zövcənin öz ərinə qarşı şəfqətli və rəhimli olması. Çünki belə bir fitnəli vaxtda, qadınların açıq saçıq geyinib kişilər arasına çıxması olduqca böyük bir fitnədir. Qadının da belə bir dəhşətli bir vəziyyətdə ərinə qarşı rəhimli olub, onun evlənməsinə mane olmaması, bu qadının ərinə qarşı nə qədər xeyirxah və şəfqətli olmasına sübutdur. Öz nəfsi istəklərini, qısqanclığını boğub ərinə bu işdə az da olsa yardım etməsi, bu qadının həqiqətən də ərinə qarşı xeyir istəməsinin əyani bir sübutudur.
Əgər bir qadın ixlaslı bir şəkildə Allahdan evlənmək istəyən əri üçün salehə, möminə qadın istəsə, Allah da o qadının bu əməlinə görə həm əri üçün xeyirli zövcə, həm də bu qadın üçün xeyirli bir bacı, dost, rəfiqə və sirdaş bəxş edər.
Allah bizlərə xeyirli olanları nəsib etsin.
Alləmə İbnu Bədis (Allah ona rəhmət etsin) demişdir: “Ev kişilərin yetişdirilməsi üçün ilk məktəb, əsas müəssisədir. Ananın dindar olması dinin və əxlaqın qorunmasıdır.”
? əl-Əsər, 4/201
Alləmə Saleh Əl-Fəvzan (Allah onu qorusun) deyib: “Sənin sərmayən, sənin dinindir. Bu dünyadan (aparacağın odur) onunla çıxacaqsan, odur sənin sərmayən. Amma vəzifələr, ad-san bunlar hamısı gedəcək yalnız dinin qalacaq. Ondan yapış və sənə üz verən şeylərə səbr et.”
? Fitnələr və hadisələr kitabının şərhi, səh. 193.
Hikmətli Loğman demişdir:
“Ey oğlum!
➖Kim dilinə sahib çıxmazsa, peşman olar;
➖kim çox mübahisə edərsə, söyülər;
➖kim pis adamla dostluq edərsə, salamat qalmaz;
➖saleh adamla dostluq edən isə, qənimət əldə etmiş olar.”
?”Əl-Muntəqa min məkərimil-əxlaq”, 202.
Şeyx Muhəmməd ibn Saleh əl-Useymindən soruşurlar ki, qadının ərinin qarşısında (əri üçün) rəqs etməsinin hökmü nədir?
Cavab: Onların yanında heç kim yoxdursa, ərinin qarşısında rəqs etməsində problem yoxdur. Ola bilər ki, bu kişinin zövcəsinə daha çox rəğbət bəsləməsinə vəsilə olar. Buna görə də özlüyündə haram olmadıqca kişinin zövcəsinə rəğbət bəsləməsinə aparan vəsilələr tələb olunan şeydir. Buna görə də qadının öz əri üçün bəzənməsi müstəhəb bəyənilən əməllərdəndir. Eləcə də qadın öz əri üçün bəzəndiyi kimi kişinin də öz zövcəsi üçün bəzənməsi müstəhəbdir.
? əl-Liqa əş-şəhri, 12/sual nömrə 9.
Fudeyl bin İyad (Allah ona rəhmət etsin) deyib:
“Təmiz unu çıxarıb, kəpəyi saxlayan ələk kimi olmayın. Ağzınızdan hikmətli sözləri çıxarırsınız, amma qəlbinizdə kin, nifrət, həsəd qalır.”
? Sıfatu əs-safvati (səh. 457).
İmam ibnul Cavzi (Allah ona rəhmət etsin) demişdir:
“Meyyit ruhu bədənindən çıxan insan deyildir, əsl meyyit Rəbbinin üzərindəki haqlarını anlamayan insandır”.
? ət-Təzkira (səh. 18)
Uca Allah belə deyir:
وَاذْكُرُوا اللَّهَ كَثِيرًا لَعَلَّكُمْ تُفْلِحُونَ
- və Allahı çox zikr edin ki, bəlkə nicat tapasınız.
[Cümə, 10]
Şeyx Abdur-Rahmən əs-Sadi (Allah ona rəhmət etsin) bu ayənin təfsirində demişdir:
“Yəni, Allahı ayaq üstə, oturan və uzanan halda olduğunuz zaman (zikr edin). Çünki Allahı çox zikr etmək nicat tapmağın ən böyük səbəblərindəndir.”
? Təfsir əs-Sadi, 1/863
Abdullah ibn əl-Mubərak (Allah ona rəhmət etsin) demişdir: “Kişi üçün ən böyük müsibətlərdən biri də odur ki, öz qüsurlarını bilir, lakin buna məhəl qoymur, buna görə hüzn çəkmir.”
? Şuab əl-imən, 2/271
Bu böyük alimin sözünə diqqət et və öz nəfsinin islahına çalış.