• Menyu
  • Menyu

Ümmətin alimlərindən qızıl faydalar | 40-cı hissə

tovhidinfo

Mərhəmətli və Rəhimli Allahın adı ilə

İbn Hibban demişdir: “Kim öz eyibini görmədən başqalarının eyiblərini araşdırarsa qəlbi kor olar, bədəni yorular, öz eyiblərini tərk etmək onun üçün çətinləşər. Çünki insanların ən acizi onları eyiblərinə görə ayıblayandır. Ondan da acizi isə özündə olduğu halda buna görə başqalarını ayıblayandır.”

?Ravdat əl-uqalə, səh. 125


Kərbəla əzadarlarına töhfə

(Şiə məsdərlərindən)

1️⃣ Ölü üçün ağlayıb, ağı demək: Allah rəsulu (salləllahu aleyhi və səlləm) demişdir: “Ölü üçün ağı demək cahiliyyə dönəminin adətlərindəndir.” (Şeyx Saduq “Mən lə yəhduruhul-fəqih” 4/271-272, Hurr əl-Amili “Vəsəil əş-Şiə” 2/915, Məclisi “Biharul-Ənvər” 82/103)

Allah rəsulu (salləllahu aleyhi və səlləm) demişdir: “Allahın qəzəb etdiyi lənətlənmiş iki səs var: müsibət anında olan ağı səsi ilə nemət anındakı səs (yəni, çalğı səsi)” (Məclisi “Biharul-Ənvər” 82/101, Nuri Təbərsi “Müstədrək əl-Vəsail” 1/144)

İmam Cəfər əs-Sadiq demişdir: “Ölmüş bir kəs üçün ağı deyib, paltarı cırmaq icazəli deyil.” (Kuleyni “əl-Kəfi” 3/225,)

2️⃣ Üzə və dizə döymək: Allah rəsulu (salləllahu aleyhi və səlləm) demişdir: “Üzünə döyən, yaxasını cıran bizdən deyil.” (Nuri Təbərsi “Müstədrək əl-Vəsail” 1/144)

İmam Cəfər əs-Sadiq  demişdir: “Müsibət anında əlini dizinə döyənin əməlləri puç olar.” (Hurr əl-Amili “Vəsəil əş-Şiə” 2/914)

3️⃣ Qara paltar geyinmək: Əli  demişdir: “Qara paltar geyinməyin. Çünki, bu Fironun libasıdır.” (Şeyx Saduq “Mən lə yəhduruhul-fəqih” 1/163, Hurr əl-Amili “Vəsəil əş-Şiə” 3/278)

4️⃣ Qadınlara müraciət: Allah rəsulu (salləllahu aleyhi və səlləm) qızı Fatiməyə nəsihət edərək demişdir: “Mən öldükdə, mənə görə üzünü cırma, mənə ağı demə, qışqırıb-bağırma.” (Təfsir “Nur əs-Səqəleyn” 5/308, Məclisi “Biharul-Ənvər” 82/77)

Allah rəsulu (salləllahu aleyhi və səlləm) ağı deyən və onu dinləyən qadınları lənətləmişdir. (Məclisi “Biharul-Ənvər” 82/93)

İmam Hüseyn bacısı Zeynəbə belə demişdir: “Ey bacı! Allahdan qorx və bilki, yerdə və göydə olan hər kəs ölümü dadacaq. Allahın Üzündən başqa hər şey həlak olacaq. Ey bacım! Səni Allaha and verirəm, əgər mən öldürülsəm, mənə görə yaxanı və üzünü cırma, mənə ağı demə!” (Qeyd: ixtisarla tərcümə edildi). (Şeyx Abbas Qummi “Muntəhəl-Aməl” 1/481, İbn Tavus “əl-Məlhuf” sh.50, Məclisi “Biharul-Ənvər” 45/3)

5️⃣ Aşura günü oruc tutmaq: Əli demişdir: “Məhərrəmin doqquz və onuncu gününü oruc tutun. Çünki, bu bir ilin günahlarına kəffarədir.” (Tusi “əl-İstibsar” 2/134, Kaşani “əl-Vafi” 7/13, Hurr əl-Amili “Vəsəil əş-Şiə” 7/337)

İmam Muhəmməd əl-Bəqir demişdir: “Aşura orucu bir ilin günahlarını silər.” (Tusi “əl-İstibsar” 2/134)


Əbu əd-Dərda (Allah ondan razı olsun) demişdir: “Rəbbimin məndən ilk soruşduğu şeyin: “Bildin amma niyə əməl etmədin?” – sualının olmasından qorxuram.”

? İqtida əl-elm əl-əməl, səh.41


İbn Əbi Səbit (Allah ona rəhmət etsin) demişdir: “Təbəssüm edərək dostu ilə danışmaq kişinin gözəl əxlaqından sayılır.”

? Ravdatu əl-uqalə, səh. 77


Məymun ibn Mihran (Allah ona rəhmət etsin) demişdir: “Həqiqətən, əməlləriniz azdır. Elə isə, bu azı ixlaslı edin.”

?”Əl-Hilyə”, 4/92.


Həqiqi qardaşın kimdir?

Şeyx İbn Bəz (Allah ona rəhmət etsin) demişdir: “Qardaşın o kəsdir ki, sənə nəsihət edir, xatırladır; o kəs yox ki, səndən xəbəri yoxdur, səndən üz çevirir, gözəl şəkildə səni yola verir. Həqiqətdə qardaşın o kəsdir ki, sənə nəsihət, moizə edir, xatırladır; səni Allaha dəvət edir; sənə xilas yolunu başa salır ki, sən onu tutasan və səni həlak yolundan çəkindirir, sənə onun pis aqibətini başa salır ki, ondan uzaq olasan”.

?”Fətvalar və məqalələr toplusu”, 14/21.


İbn Bəzz (Allah ona rəhmət etsin) demişdir:

Beləcə, əgər bir qadın saleh bir kişiyə rəğbət bəsləsə və desə ki, “ey filankəs səni Allah üçün sevdim və atamdan məni istəməyində heç bir maneə görmürəm” – bu işdə bir problem yoxdur.

? Səhih əl-Buxari kitabının “Nikah fəslinin” şərhindən.


Делай добро и не меняйся!

?Делай добро, “Воистину, Аллах любит делающих добро”.

(إِنَّ اللَّهَ يُحِبُّ الْمُحْسِنِينَ)

[Сура Аль-Бакара, 195]

?Делай добро, когда тебе дарованы блага и когда подвергся несчастью.

?Делай добро, если даже люди не делают тебе его.

?Бери в пример Пророка Юсуфа (мир ему:

▪️Когда он был в заточении, ему сказали:

(إِنَّا نَرَاكَ مِنَ الْمُحْسِنِينَ)

“Воистину, мы считаем тебя из делающих добро”. [Сура Йусуф, 36]

▪️И когда он стал управляющим хранилищ всей страны, ему сказали:

(إِنَّا نَرَاكَ مِنَ الْمُحْسِنِينَ)

“Воистину, мы считаем тебя из делающих добро”. [Сура Йусуф, 78]


“Sən nə pis elçisən!”

“Umar ibn Əbdil-Əziz (Allah ona rəhmət etsin) əlində kiçik daşlar oynadan bir kişinin yanından keçir, o kişi belə deyirdi: “Ya Allah, məni hurilərlə evləndir”.

Umar ona tərəf meyl edərək dedi: “Sən nə pis elçisən! Bəlkə daşları atıb duanda Allaha ixlaslı olasan?!”

?”Hilyətul-əuliyə”, 5/278.

?Şeyx Əbdur-Razzəq Əl-Bədr (Allah onu qorusun) yuxarıdakı əsərə dair belə deyir:

“Lakin zamanımızda bu şey təzələnib: insanların əlində çox vaxt başqa rəngli daş olur, içindəki böyük oyun-əyləncə yığması ilə əllərdən çox qəlbləri məşğul edir.

Ona görə də onlar gözəl şəkildə, xuşu ilə dua edə bilmirlər. Onlara belə deyilməlidir:

“Bəlkə telefonu atıb duanda Allaha ixlaslı olasan?!”

?Şeyxin rəsmi saytından.


Bidətin əsli nədir?

✍?Əbul-Abbas Əl-Məqrizi (Allah ona rəhmət etsin) demişdir: “Dində hər bir bidətin əsli sələfin sözlərindən uzaq düşmək və onların etiqadından azmaqdır”.

?”Əl-məvaiz vəl-e/itibar”, 4/198.


Cümə xütbəsi verənin əlində əsa tutması

▪️Şeyx Albanidən (Allah ona rəhmət etsin) belə soruşuldu: “Xütbə verənin əlində əsa tutması sünnətdəndirmi? Bu barədə (hədislərdə) nəsə gəlibmi?”

Şeyx belə cavab verdi: “Xeyr, bu, sünnətdən deyil. Yalnız kimin əsaya ehtiyacı varsa, hər dəfə əsayla gəzirsə, onunla (minbərə) qalxıb xütbə verməsi problem deyil. Amma əgər o, qəsdən əsa tutursa, bu, heç bir halda sünnətdən deyil”.

?”Silsilətul-hudə vən-nur”, 325-ci kaset.


Dost seçəndə bu şərtləri nəzərə alırsan?

✍️İbn Cuzeyy (Allah ona rəhmət etsin) demişdir:

“Dostun yeddin şərti var:
1) Etiqadında sünni olsun (yəni, bidətçi olmasın – tərc.);
2) Dinində təqvalı olsun.
Əgər bidətçi və ya fasiq olarsa, dostunu da öz yoluna çəkə bilər və ya insanlar onun barədə belə zənn edə bilərlər. Çünki kişi dostunun dinindədir.
3) Ağıllı olsun, çünki axmaqla dostluq etmək bəladır.
4) Gözəl əxlaq sahibi olsun. Əgər ədəbsiz, əxlaqsız olsa, onun düşmənçiliyindən əmin ola bilməzsən. Onu qəzəbləndirməklə imtahan et, əgər qəzəblənsə, onunla dostluğu tərk et.
5) Yanında olanda da, olmayanda da qəlbi təmiz olsun. Kinli, həsədçi, pislik istəyən, ikiüzlü olmasın.
6) Əhdində sabit olsun, tez bezən və xameleon (rəngdən rəngə keçən, dəyişən – tərc.) olmasın.
7) Sən onun haqlarını gözlədiyin kimi, o da sənin haqlarını gözləyən olsun. Ona tanıdığın haqq qədər sənin haqqını tanımayan kəslə dostluq etməkdə xeyir olmaz.”

?”Əl-qavanin əl-fiqhiyyə”, s. 291.

tovhidinfo
Tovhid.info heyəti

Hörmətlə, saytın administrasiyası.

Bütün materiallara bax