Mərhəmətli və Rəhimli Allahın adı ilə
Düşündürücü fayda
✅ İmam Məlik (Allah ona rəhm etsin) demişdir: “Zəmanəmizdə ən az olan şey insafdır”.
İmam Qurtubi (Allah ona rəhm etsin) bu sözə belə şərh verir: “Bu, Məlikin zəmanəsidir, gör indi fəsadın yayıldığı və tuğyanın çoxaldığı zəmanəmiz necə?! Zamanımızda elm bilmək üçün yox, riyasət (vəzifə) əldə etmək üçün, dünyada tanınmaq üçün, öz taylarıyla mübahisədə qalib gəlmək üçün tələb olunur. (Hərçənd ki,) mübahisə qəlbi sərtləşdirir və nifrət doğurur. Bu da, təqvanın olmamasına və Allah qorxusunun tərk edilməsinə aparan şeylərdəndir”.
? Əl-cəmi’ liəhkəmil-Quran, 1/427.
Qeyd: İmam Məlik hicrinin 179-cu ilində, Qurtubi 671-ci ildə vəfat etmişdir. Biz isə, 1437-ci ildə yaşayırıq…
© https://t.me/tovhidinfo/48
✅ Mə’qil bin Yəsər (radıyallahu anhu) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Fitnələr vaxtı ibadətlə məşğul olmaq mənim yanıma hicrət etmək kimidir.”
? Səhih Muslim, 2948.
© https://t.me/tovhidinfo/49
? Şeyx Rabi Əl-Mədxali (Allah onu qorusun) buyurmuşdur: “Səadətin əlamətlərindəndir ki, haqqa həris olasan, onu axtarasan və səhvin sənə bildiriləndə sevinəsən”.
? “Mərhəbən yə talibəl-ilm”, s.262.
© https://t.me/tovhidinfo/50
? Şeyx Saleh əl-Fovzan demişdir: “İnsan öz elminə aldanmasın, çünki cahil qaldığı şeylər bildiklərindən daha çoxdur”.
? Şərhud-durrati əl-mudıyyə, 277.
© https://t.me/tovhidinfo/51
? İbn Abdil-Bərr (Allah ona rəhm etsin) demişdir: “Bilməyən sussaydı, ixtilaf aradan qalxardı”.
? Cəmiu bəyənil-ilmi və fədlih, 999.
© https://t.me/tovhidinfo/52
? Şeyx Useymin (Allah ona rəhm etsin) demişdir: “İndi görürsən ki, bəzi qardaşlar, təəssüf ki, küfrləri açıq-aydın olan mulhidlərdən çox öz qardaşlarına rədd edir, onlara qarşı daha çox düşmənçilik edir, onlar barədə əsli, həqiqəti olmayan, həsəd və zülm olan sözlər yayır.”
? Kitəbul-ilm, 106.
© https://t.me/tovhidinfo/53
? Şeyx Saleh əl-Fovzan (Allah onu qorusun) demişdir: “Müsibətdəndir ki, günümüzdə dəvət qapısı geniş bir qapıya çevrilib, hər kəs ordan girir və özünü dəvətçi adlandırır”.
? Əl-əcvibə əl-mufidə, 114.
© https://t.me/tovhidinfo/54