Mərhəmətli və Rəhimli Allahın adı ilə
Əgər kimsə gəlib sizi alimlər və ya elm tələbələri arasında baş verən və sizə aid olmayan ixtilaflara və fitnələrə salmaq istəsə, ona nə deməlisiniz?
Şeyx alləmə Saleh Əs-Suheymi cavab verir:
“Sizə vacibdir ki, əgər elm tələbələri arasında ixtilaf görsəniz, bundan üz döndərəsiniz və bunu öz ölkənizə nəql etməyəsiniz. Və sizin yanınıza camaatınızı bölmək istəyən kimsə gəlsə, ona deyin: “CəzəkAllahu xeyran, xoş gördük, əgər bizə “Allah buyurdu, Rəsulu buyurdu” demək istəyirsənsə, başımız və gözümüz üstə! Lakin, filankəsi bidətçi, filankəsi fasiq çıxartmaq və bizi bizə aid olmayan ixtilaflara salmaq üçün gəlmisənsə, cəzəkAllahu xeyran, hardan gəlmisənsə, ora da qayıt!”
(https://www.youtube.com/watch?v=51nVSXXPVvA)
© https://t.me/tovhidinfo/19
Alləmə AbdulMuhsin əl-Abbad (Allah onu qorusun): “Bir kəsin bidətçi olub-olmamasında alimlər ixtilaf ediblərsə…”
?Sual verən soruşur: Hörmətli şeyximiz, Allah sizi qorusun! Bir çox tələbənin sizin şərhinizlə imam Müslimin (kitabının) müqəddiməsi dərsində iştirak etməsi Allahın müvəffəqiyyətindəndir. Lakin bu nemət, yəni imam Müslimin zikr etdiyi qaydalar, bəzilərinə qaranlıq qalıb. Onlardan bəziləri həmin qaydaları əhli sünnədən olan öz qardaşlarına tətbiq ediblər. Əgər bir alim ictihad edərək bir nəfəri təbdi edərsə ( bidətçi adlandırarsa ) və başqası həmin alimə bu məsələdə muxalif olarsa, o zaman onlar da başqalarını məcbur edirlər ki həmin şəxsi təbdi etsinlər, sonra isə onlara bu məsələdə müxalif olanları həcr edərək ondan insanları çəkindirirlər və etiqad edirlər ki onların etdiyi bu iş sələfin mənhəcindəndir. Baxmayaraq ki, iki tərəfin də əqidəsi və mənhəci eynidir. Eləcə də, onların çoxlarının ölkəsi şirk, sehr və sufilik yuvalarına çevrilib. Elə bir nəsihət edə bilərsinizmi haqqı bəyan etsin və camaatı birləşdirsin?
✅Cavab: Deyirəm ki, Allah kimi müvəffəq edibsə, ona vacibdir ki, haqqı bəyan etsin və bəyan etdiyi şəxs üçün Allahdan hidayət diləsin. Lakin bundan sonra onu izləmir, yəni əgər o bunu qəbul etmirsə, onu tərk etmək, onu danışdırmamaq kimi şeyləri etmir. Necə ki, bunu indiki bəzi kiçik tələbələr edir. Onlar dindən heçnə bilmirlər və Avropada, şərqdə və qərbdə mövcuddurlar. Demək istəyirəm ki, dində əsas şeyləri bilmədikləri halda həcr və təbdi ilə mübtəla olunublar. Deyirlər ki, filankəs filankəsi təbdi etdi, kim onu təbdi etməzsə, onun özü bidətçidir və onu həcr etmək lazımdır. BU, SƏLƏFİN MƏNHƏCİ DEYİL. Şeyx İbn Bazın çoxlu rədiyyələri olmasına baxmayaraq, belə şeyi etməzdi, lakin o elmlə məşğul olar və rəddiyyə verdiyi kimsəni də izləməzdi. Yalnız haqqı bəyan edər və elm əhlinin yolu ilə gedərdi. Doğru-düzgün yol budur.
Amma müxtəlif yerlərdə olan, elmdən də payları olmayan bəzi kiçik tələbələrin etdiklərinə gəldikdə isə, onların etdikləri öz qardaşlarına qarşı gəlməkdir, “filankəs bidətçidir, əgər sən onu təbdi etməsən, biz səni də təbdi edəcəyik”. Baxmayaraq ki, o da əhli sünnədəndir. DEDİYİM BU SÖZ ƏHLİ SÜNNƏYƏ AİDDİR, BİDƏT ƏHLİNƏ MÜNASİB DEYİL. Demək istəyirəm ki, (tutaq ki) əhli sünnədən olan birisindən bir şey baş verib və ya ona nəsə nisbət olunub. Ola bilsin ona nisbət olunan şey doğrudur və ya heç doğru deyil. Lakin belə bir əməli etmək icazəli deyil və belə şey bu ümmətin sələfində görülməyib ki, əgər bir nəfər xəta edərsə, o həcr edilib təbdi olunsun və insanlardan da tələb olunsun ki, onu təbdi edib həcr etsinlər. BU, SƏLƏFİN MƏNHƏCİ DEYİL. Buna ən yaxın misal şeyximiz İbn Bazdır, hansı ki Allah onunla ümməti faydalandırmış onun faydası hər tərəfə yayılmış onun əli ilə bol xeyrə nail olunmuşdur. Onun rədiyyələri çox olmasına baxmayaraq, yalnız elmlə məşğul idi və bir nəfəri bidətçi adlandırdığı zaman, işi gücü gedib (hər kəsə) “onu təbdi etmək lazımdır, kim onu təbdi etməzsə, onun özü bidətçidir və tərk olunmalıdır” demək deyildi. Bu əməli nə şeyx, nə də onun yolunda olanlar etməmişdir.
(https://youtu.be/t2iBasnFqP8)
© https://t.me/tovhidinfo/65
Alləmə AbdulMuhsin əl-Abbadın bidətçiyə bidətçi demək barədə fətvasına özünün izahı
?Sual verən soruşur: “Ey şeyximiz, dünən dediniz ki, kim bidətçiyə bidətçi demirsə, özü də bidətçi olmur və bir kəsə bidətçi dedikdə onu izləmək lazım deyil. Bəzi elm əhli isə deyir ki, kim bidətçini təbdi etməzsə, özü də bidətçi olur. Bu məsələdəki ixtilaf ləfzidirmi? (Yəni, ixtilaf məsələnin həqiqətində yox, ləfzlərdədirmi? – tərc.)”
✅Cavab: Elə insanlar var ki, bidətləri açıq-aydındır, sünnədən uzaqdırlar və əhli sünnədən deyildirlər və sünnə ilə müharibə edirlər, sünnə bir dərədə, onlar isə başqa dərədədirlər. Bunlara bidətçi deməyən, şəkk yoxdur ki, özü də bidətçidir.
Amma əhli sünnədən olan insanlar əgər xətaya düşərlərsə və ya nəyisə səhv başa düşərlərsə, bunlar barədə deyilmir ki, o birilər kimidirlər və deyilmir ki, bunları təbdi etməyən özü də bidətçi olur.
(https://youtu.be/urgBcF4-ThQ)
© https://t.me/tovhidinfo/67
Hizbilər kimlərdir?
?Sual: Əssələmu aleykum! Mənim belə bir sualım var:
Tələbələr xüsüsi, insanlar isə ümumi olaraq “HİZBİ” kəliməsini geniş işlətməyə başlamışdır. Misal olaraq: “filankəs hizbidir” deyirlər. Bu kəlimənin dabiti (qaydası) nədir?
✅Cavab: Və aleykum əs-sələm! Hizbi tayfaya (partiyaya) nisbətdir. Hizbilər: Allah Təalanın: “Hər hizb (tayfa) özündə olana sevinir” (Əl-Muminun, 53) sözündəki kimi, bir şey üzərində cəm olunanlara, birləşənlərə deyilir.
Hizb (tayfa, dəstə) Quranda iki növdür:
Birincisi: Allahın hizbi (tayfa və dəstəsi). Allah Təala buyurur: “Şübhəsiz ki, qələbə çalanlar məhz Allahın hizbidir” (Əl-Maidə, 56). Yəni: Allahın köməkçiləri.
İkincisi: şeytanın hizbi. Allah Təala buyurub: “Bilin ki, şeytanın hizbi – məhz onlar ziyana uğrayanlardır!” (Əl-Mucədələ, 19). Yəni: köməkçiləri və davamçıları.
Alimlərin istilahında isə, hizbilik: MƏSUM OLMAYAN BİR KİŞİYƏ VƏ YA MƏSUM OLMAYAN BİR CAMAATA TƏSSÜBKEŞLİK ETMƏK, ÜMÜMƏN ONUN SÖZLƏRİNDƏN VƏ RƏYLƏRİNDƏN KƏNARA ÇIXMAMAQ, HAQQA MÜXALİF OLSA BELƏ, HƏMİN KİŞİ VƏ YA HƏMİN CAMAATA GÖRƏ DOSTLUQ VƏ DÜŞMƏNÇİLİK ETMƏKDİR.
İbn Teymiyyə (Allah ona rəhmət etsin) belə demişdir: “… Bidət əhlinin əməlindəndir ki, onlar özlərinə bir şəxs və ya bir rəy götürüb onunla ümmətin arasını parçalayır, bu rəyə va ya bu nisbətə görə dostluq və düşmənçilik qururlar”.
Məzəmmət olunan hizbiliyin həqiqəti: MƏSUM OLMAYAN ŞƏXSƏ GÖRƏ DOSTLUQ VƏ DÜŞMƏNÇİLİK ETMƏKDİR. İstər bu, əsldə, istərsə də fər’i (törəmə) məsələlərdə olsun.
Hizbiliyin şüarı isə belədir: “əgər mənimlə deyilsənsə, demək mənə qarşısan”.
Hizbiliyin haram olması səbəblərindən biri də odur ki, HİZBİ ŞƏXS, HƏQİQƏTDƏ, TƏƏSSÜBKEŞLİK ETDİYİ ŞƏXSƏ PEYĞƏMBƏRLİK SİFƏTi VERMİŞ VƏ ONA GÖRƏ DOSTLUQ VƏ DÜŞMƏNÇİLİK QURMUŞDUR.
Hizbilik cahiliyyə əməllərindəndir və o, dini parçalamaq və camaatdan çıxmaqdır.
Bizə vacib olan isə, kitab və sünnədən yapışmaqdır. Allah Təala buyurur: “Hamılıqla Allahın ipinə möhkəm sarılın və firqələrə bölünməyin!” (Əli İmran, 103), “Hər kəs Allahı, Onun Peyğəmbərlərini və iman gətirənləri özünə dost tutarsa, şübhəsiz ki, qələbə çalanlar məhz Allahın firqəsidir” (Əl-Maidə, 56).
Allahın hizbinin dostluğu Allaha, Peyğəmbərinə və haqq olan möminlərədir.
Hizbi yalnız o şəxsə deyilir ki, onda hizbilik vəsfi şərtləri ilə tamamlanmışdır. Bir kəsdə bu vəsf tamamlanmayıbsa, ona hizbi demək haramdır və bu, Allahın qadağa etdiyi pis ləqəblə çağırmağa daxildir.
Allah bizi və sizləri hizbilikdən qorusun.
✒️Yazdı: Doktor Əhməd Muhəmməd Ən-Nəccar.
© https://t.me/tovhidinfo/68