Mərhəmətli və Rəhimli Allahın adı ilə
İNSANLARIN ANLAYACAQLARI TƏRZDƏ DANIŞ
Əli (Allah ondan razı olsun) demişdir: “İnsanların anlayacaqları tərzdə danışın! Siz heç Allah və Rəsulunun inkar edilməsini istəyərsinizmi?” (Fəthul-Bari, 1/125).
İbn Məsud (Allah ondan razı olsun) demişdir: “Sən bir toplumun yanında onların ağlının anlamadığı şeyləri danışsan, bu, onlardan bəziləri üçün yalnız fitnə olar.” (Muslim, /14 müqəddimə).
Şeyx Rabi ibn Hədi (Allah onu qorusun) demişdir: “Sadiq mömin dostluğu və düşmənçiliyi yalnız haqqın üzərində, Allahın kitabı, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) sünnəti və sələflərin yolunun üzərində qurur”. Bəhcətul-qari (s.78).
ƏDALƏTLİ OLMAĞIN FƏZİLƏTİ
Abdullah ibn Amr ibn əl As (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın ona salavatı və salamı olsun) demişdir: “Ədalətli bəndələr Allah yanında Rəhman (Allahın) sağ tərəfində nurdan olan minbərlər üzərində olacaqlar. Onlar, hökm verdikdə, öz ailələrinə və tabeçiliyində olanlara qarşı ədalətli olanlardır. – Onun iki əli sağdır.” (Müslim: Kitəbul İməra/1827)
Şeyx Rabi əl-Mədxəli (Allah onu qorusun) demişdir: “Sizə bir-birinizlə mehriban və yumşaq olmağı, qarşılıqlı qardaş olmağı, bir-birinizə rəhmli davranmağınızı tövsiyyə edirəm! İndi – yəni – bu əhli sünnənin öz üzərinə yönəlmiş şiddət ki, var, onlar bu həlak edici şiddətləriylə əhli sünnəyə yönəlib bidət əhlini tərk ediblər! Bu isə özüylə zülm və batil əhkamlara gətirib çıxarır. Sizi qətiyyətlə çəkindirirəm ki, sizi, sələfi dəvəti və onun əhlini həlak edən bu yolu tutmayasınız!”
(Şeyx Rabi əl-Mədxəlinin “Sevgi və birliyə həvəsləndirmək, bölünmə və ixtilafdan çəkinmək” adlı səsli mühazirəsindən alıntı. 1425 hicri tarixli səsyazmadan.)
Mülayimlik barədə
Allah Elçisi (Allahın ona salavatı və salamı olsun) buyurmuşdur: “Yumşaqlığı olan elə bir şey yoxdur ki, bu ona bəzək olmasın. Əgər yumşaqlıq bir şeydən gedərsə, onu (o şeyi) çirkinləşdirər.” (Müslim, 2594)
Elm öyrənməyin mərhələləri
İbn Abdul-Bərr bir neçə sələflərin belə dediyini rəvayət edir:
– (O sələflərdən Fudeyl ibn İyad, ibnul-Mübarək, Məhəmməd ibn ən-Nadr əl-Hərisi, Süfyan əs-Sövri)
– Deyilmişdir ki, elmin əvvəli dinləmək, sonra susmaq, sonra əzbərləmək, sonra əməl etmək, sonra (ən axırda isə o elmi) yaymaqdır.”
?MƏNBƏ: İbn Abdul-Bərr, Cəmiu Bəyənil-İlm, 1/118 və 1/476-478)
Şeyx Rabi ibn Hədi (Allah onu qorusun) demişdir: “Qardaşın bir xəta etsə, ona yumşaqlıqla nəsihət et və ona dəlil və burhan təqdim et ki, bununla Allah ona fayda versin. Yoxsa pusquda oturasan ki, filankəs xəta etsin, sən də durub orada-burada yayasan ki, filankəs belə etdi, elə etdi, bu şeytanların yoludur, sələfilərin yolu deyil!” Bəhcətul-qari, s.107.
Elmdə tələsməmək
İbn Abdul-Bərr Yunus ibn Yəziddən rəvayət edir: Mənə ibn Şihab əz-Zuhri dedi: “Ey Yunus! Sən (tələsməklə) elmin yükünü daşıya bilməzsən. Çünki, elm bir çox vadilərdən ibarətdir. Hansı vadidən elm götürmək istəsən, sən ora çatmamış o elm sənin qarşını kəsər. Lakin, sən o elmi günlərini və gecələrini ona ayırmaqla götür və nə badə elmi birdəfəlik götürməyə çalışasan! Çünki, hər kim ki, elmi birdəfəlik (tez bir zamanda) öyrənmək istəyərsə, (o öyrəndiyi elm) ondan birdəfəlik gedər! Əslində isə elmə yavaş- yavaş, gecələrini və günlərini (uzun bir zaman) ayırmaqla nail olmaq olar!”
?MƏNBƏ: (İbn Abdul-Bərr/ Cəmiu Bəyənil-İlm, 1/104 və 1/431)
Qardaşlıq haqqında
Ənəs ibn Malikdən (Allah ondan razı olsun) rəvayət olunur ki, Peyğəmbər (Allahın Ona salavatı və salamı olsun) belə buyurdu: “Sizlərdən biri özü üçün istədiyini (müsəlman) qardaşı üçün istəməyincə (kamil) iman gətirmiş olmaz.”
?(Buxari, kitəbul imən/13 və Müslim, kitəbul imən/45)
© https://t.me/tovhidinfo/110