• Menyu
  • Menyu

Ümmətin alimlərindən qızıl faydalar | 18-ci hissə

tovhidinfo

Mərhəmətli və Rəhimli Allahın adı ilə

Bidətlərin ortaya çıxma səbəbləri

1⃣ Dəlilləri anlaya bilməmək.

2⃣ (Şəriətin) məqsədlərindən cahil olmaq.

3⃣ (Dəlil olan yerdə) ağılı (dəlildən) üstün tutmaq

4⃣ İnsanın nəfsinə, havasına uyması

5⃣ Dinin adından elmsiz danışmaq və bu cür danışanın sözünü qəbul etmək.

6⃣ Peyğəmbərin (Allahın Ona salavatı və salamı olsun) sünnəsindən cahil olmaq

7⃣ Mütəşabih (mənası bəlli olmayan) ayələri əsas götürmək.

8⃣ Hökmləri təsdiqləmək üçün şəriətin etibar etmədiyi yolları seçmək.

9⃣ Bəzi şəxsləri şişirdib (müqəddəsləşdirərək) bu əməldə ifrata varmaq.

?(“Əl-bidəul-Hovliyyə” kitabı, Abdullah ibn Abdul-Aziz ibn Əhməd ət-Tuveyciri, səh 37)

© https://t.me/tovhidinfo/150


 

Unutqanlıq neməti

(Qula) verilən ən qəribə nemətlərdən biri də unutqanlıq nemətidir. Çünki, əgər unutqanlıq olmasaydı, heç bir şey yaddan çıxmaz, insanın həsrəti bitməz, müsibətə səbri olmaz, insanın kədəri ölməz, insanın kini soyumaz, insan başına gələn bəlaları xatırlamaqdan dolayı dünya ləzzətlərindən heç birindən zövq almaz, nə bir düşmənin (şərrindən) arxayın olmağına, nə də (ona verilən) heç bir nemətin həsədkardan (qorunmağına) ümidi olmazdı.”

?(İbnul Qeyyim əl-Covziyyə, Miftəhu dərus-Səadəti, səh 388, dəru ibn Həzm; nəşr ili: 2003 (1424 hicri)

© https://t.me/tovhidinfo/151


Ənəs (Allah ondan razı osun) belə deyib: Rasulullah (salləllahu aleyhi və səlləm) Mədinəyə gəldikdə, onların (Mədinə əhlinin) iki günü var idi ki, o günlərdə əylənirdilər. O dedi: “Bu iki gün nədir belə?” Onlar dedilər: “Biz cahil olduğumuz vaxtlarda bu günlərdə bayram edib əylənirdik.” Rasulullah (salləllahu aleyhi və səlləm) dedi: “Allah sizin üçün bu iki günü onlardan daha xeyirli iki günlə əvəz etmişdir. Bunlar Qurban bayramı günü və Ramazan bayramı günüdür.” (Əbu Dəvud, Şeyx Albani səhih olduğunu deyib).

Şeyxulİsləm İbn Teymiyyə belə deyib: “Bu hədisin dəlalət edən tərəfi budur ki, Rasulullah (salləllahu aleyhi və səlləm) o iki cahilliyə bayramını təsdiqləmədi, o insanları tərk etmədi ki, adətləri üzrə bayramlarını qeyd etsinlər. Əksinə, dedi ki, Allah sizin üçün bu iki günü, onlardan daha xeyirli iki gün ilə əvəz etmişdir. Bir şeyi əvəz etmək o deməkdir ki, əvəz olunanı tərk etməlisən. Çünki əvəz edənlə, əvəz olunan bir yerdə cəmlənə bilməz. Əvəz olunma yalnız iki şeyin bir yerdə cəm olmadığı yerdə işlənir.

Misal üçün, Allah Təala buyurur: “Bir zaman Biz mələklərə: “Adəmə səcdə edin!”– demişdik. İblisdən başqa hamısı səcdə etdi. İblis cinlərdən idi. O, Rəbbinin əmrinə boyun əymədi. Onlar sizin düşməniniz olduğu halda, siz Məni qoyub onu və onun nəslini özünüzə dostmu tutursunuz? Zalımlar üçün bu necə də yarıtmaz əvəzetmədir!” (Kəhf, 50).

Başqa ayələrdə buyurub: “Amma onlar üz döndərdilər, Biz də üstlərinə güclü sel göndərdik. Onların iki bağçasını acı meyvəli, yulğunlu və içində bir az sidr ağacı olan iki bağla əvəz etdik.” (Əs-Səba, 16).

“ Zülm edənlər özlərinə deyilən sözü başqası ilə əvəz etdilər Biz də zülm edənlərə etdikləri günaha görə göydən əzab göndərdik.” (Əl-Bəqərə, 59).

“Yetimlərin mallarını özlərinə verin və yaxşını pis ilə əvəz etməyin.” (Ən-Nisə, 2).

? (“Əl-İqtida”, 1/486-487).

© https://t.me/tovhidinfo/154


Bir hədis oxuyaq

Abdur-Rahman ibn Əbi Leyla Allah Elçisinin   (Allahın Ona salavatı və salamı olsun) belə buyurduğunu rəvayət edir: “Bir müsəlmanın başqa bir müsəlmanı qorxutması halal deyildir.”

?(Əbu Davud, 5004)

© https://t.me/tovhidinfo/155


 

Üç şeyi geri çevirmə! Götür!…

İbn Ömərdən rəvayət olunur ki, Allah Elçisi (Allahın Ona salavatı və salamı olsun) buyurdu: “Üç şey geri çevirilməz. Yastıqlar, yağ və süd.” (Tirmizi “əl-Cami”, /2789)

Şeyx Abdur-Razzaq ibn Abdul-Muhsin əl-Bədr (Allah onu qorusun) bu hədisin şərhində demişdir:

“Üç şey geri çevrilməz”: yəni, üç şey vardır ki, onu bir insana hədiyyə etdikdə onu geri çevirməz (götürər).

Bu üç şey:

1⃣ Yastıqlar; ona dirsəklənmək üçün bir mütəkkə yastıq versələr (bu təklifi) geri çevirməz.

2⃣  Yağ; bundan məqsəd ətirdir.Bu da geri çevrilməz (götürülər). Müəllif (imam Tirmizi “əl-Cami” əsərində bu hədisi varid etdikdən sonra dedi: “Yağ dedikdə burada ətir nəzərdə tutulur.”

3⃣ Süd; Südün başqa qidalardan üstünlüyü barədə (bundan öncə) məlumat vermişik.

?Şərhu Şəməilin-Nəbi li Əbi İsə ət-Tirmizi, səh, 240; şeyx Abdur-Razzaq ibn Abdul-Muhsin əl-Bədrin şərhilə.

© https://t.me/tovhidinfo/159

tovhidinfo
Tovhid.info heyəti

Hörmətlə, saytın administrasiyası.

Bütün materiallara bax