• Menyu
  • Menyu

Ümmətin alimlərindən qızıl faydalar | 16-cı hissə

tovhidinfo

Mərhəmətli və Rəhimli Allahın adı ilə

Gözəl əxlaqın fəziləti

Əbu Dərda (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın Ona salavatı və salamı olsun) buyurdu: “Qiyamət günü möminin (əməl) tərəzisində gözəl əxlaqdan daha ağır bir şey gəlməyəcək. Həqiqətən də, çirkin sözlər danışan həyasız kimsəyə Allahın qəzəbi tutar.”

? (Nəvəvi;  Riyadus-Salihin, 6/626, bəbu husnul xuluq)
© https://t.me/tovhidinfo/134


“Öldü, canı qurtardı” demək

Aişə (Allah ondan razı olsun) demişdir: Peyğəmbərə (salləllahu aleyhi və səlləm) deyildi: “Ey Allahın elçisi, filankəs (qadın) öldü, rahatlandı”.

Peyğəmbər (salləllahu aleyhi və səlləm) qəzəbləndi və dedi: “Yalnız günahları bağışlanılan kəs rahatlanır”.

“Əs-silsilə əs-sahihə”, 4/286.

QEYD: İnsanlar arasında geniş yayılıb ki, xəstəlikdən, əziyyətdən sonra ölən kimsə haqqında “öldü, canı qurtardı” və s. bu kimi ifadələr işlədirlər. Lakin, əslində, əsl çətinlik öləndən sonra başlayır. Ona görə də, bir kəs barədə belə demə, çünki sən bilmirsən onun günahları bağışlanacaq ya yox.

© https://t.me/tovhidinfo/135


Uşaqlara şəfqətli davranmaq

Şeyx Süleyman ər-Ruheyli (Allah onu qorusun) “Səhihut-Tərğib vət-Tərhib” kitabının şərhində demişdir: “Kiçiklərimizə mərhəmət göstərməyən bizdən deyildir.”

1⃣ Bu hədisdə kiçiklərə rəhmət göstərməyin vacibliyi var. Beləcə, kiçiklərə rəhmət göstərməmək haram olur.

2⃣ Hər kim kiçiklərə rəhmət göstərərsə, Peyğəmbərin (Allahın Ona salavatı və salamı olsun) yoluna uyğun əməl etmiş olur.

3⃣ Uşaqlarla şəfqətli davranmaq qəlbin salamat olmasına dəlildir. Deməli, bu qəlb mərhəmətli bir qəlbdir. Bədəvi ərəbin hədisində də gəldiyi kimi “onun (ərəb kişinin) on uşağı olur, lakin, onlardan birini də (heç vaxt) öpmədiyini deyir. Peyğəmbər (Allahın Ona salavatı və salamı olsun) isə ona: “Allah sənin qəlbindən rəhmət hissini çıxarıbsa, mən nə edə bilərəm? – deyir. Bu da dəlildir ki, uşaqlara rəhmli davranılmadıqda artıq o qəlbdən rəhmət (hissi) çıxmışdır.

4⃣ Uşaqlara rəhmli davranmaq ümumi rəhmətin nazil olmasına səbəbdir. Necə ki, hədisdə gəlib: “Yerdə olanlara rəhm edin ki, göydə Olan (Allah) da sizə rəhm etsin.” “Rəhmli olanlara Rəhman (olan Allah) rəhm edər.”

5⃣ Ümid edilir ki, hər kim kiçiklərə rəhmli davransa, Allah da ona rəhmli olsun. Çünki, Peyğəmbər (Allahın Ona salavatı və salamı olsun) buyurmuşdur: “Rəhm etməyənə rəhm olunmaz.” Bu da dəlildir ki, Rəhm edən (Allah) rəhmli olana rəhm edir.

6⃣ Uşaqlara rəhmli davranmaq onların qəlbini yumşaldır və onları rəhmli kimsələrlə bir arada cəmləşdirir. Allahu təala buyurmuşdur: “Allahın mərhəməti sayəsində sən onlarla mülayim rəftar etdin. Əgər sən kobud və daş qəlbli biri olsaydın, onlar hökmən sənin ətrafından dağılışardılar.” (Ali İmran: 159)

Bu ayə də dəlildir ki, insanları yalnız  mərhəmətli davranmaq bir araya cəm edə bilər, qəlblərin sərtliyi isə insanlarda nifrət yaradır. Deməli, kiçiklərə rəhmli olmaq sənin öz uşağına da rəhmli olmağındır. Bunu etsən, onların sənə qarşı necə mülayim olduğunu və sənə necə bağlı olduğunu, səni sevdiyini və sənə itaət etdiyini görərsən.

Bunların hamısı kiçiklərə mərhəmətli davranmağın böyük fəzilətləridir.”

© https://t.me/tovhidinfo/136


Dinləmək ədəbi

Peyğəmbərimiz (Allahın Ona salavatı və salamı olsun) hər bir gözəl əxlaqda insanlara nümunə olduğu kimi insanları gözəl şəkildə dinləyər, onlara danışmaq imkanı verər, onunla söhbət edən insana qarşı hövsələsi daralıb onun sözünü kəsməzdi.

Abdullah ibn Humeyd “Müsnəd”ində, Beyhəqi “İtiqad”ında, Əbu Yəalə “Müsnəd”ində, Bəğavi “Təfsir”ində, İbn İshaq “Sira”sında Utbə İbn Rabia’nın Allah Elçisi (Allahın Ona salavatı və salamı olsun) ilə hekayəsini rəvayət etmişlər: Bu rəvayətin məzmunu belədir:

“O zaman ki, Utbə ibn Rabia Allah Elçisinin (Allahın Ona salavatı və salamı olsun) yanına gəldi, o söhbətini qurtarana kimi (axıra qədər) Peyğəmbər ona qulaq asdı. Sonra isə ona belə dedi:

“(Söhbətin) bitdimi ey Əbu Vəlid?!”

– Dedi: Bəli!

– Peyğəmbər dedi: Elə isə indi məni dinlə!

– Dedi: Danış!

– Sonra isə Allah Elçisi (Allahın Ona salavatı və salamı olsun) ona “Fussilət” surəsindən “Səcdə” surəsinə çatana qədər (Quran) oxudu.”

© https://t.me/tovhidinfo/139


Dərdin Axirət olsun, qardaşım!

Ənəs ibn Malikdən rəvayət olunur ki, Allah Elçisi buyurdu: “Kimin dərdi axirət olarsa, Allah onun qəlbini zəngin edər, onun qüvvəsini cəm edər, onun istəmədiyi halda dünyanı ona verər. Kimin dərdi dünya olarsa, Allah kasıblığı onun iki gözü önündə edər. Onun qüvvəsini parçalayar və ona dünyadan ancaq qədərinə yazılmış qədər verər.»

(Tirmizi, 2389; Albani “Səhihul-Cami”də səhihləşdirib, 6510)

© https://t.me/tovhidinfo/140

tovhidinfo
Tovhid.info heyəti

Hörmətlə, saytın administrasiyası.

Bütün materiallara bax