Mərhəmətli və Rəhimli Allahın adı ilə
✅ “Onlar gecələrini Rəbbi üçün səcdədə və qiyamda keçirərlər.” (Furqan: 64)
? İbn Abbas (Allah ondan razı olsun ) bu ayənin təfsirində belə buyurur: ” Kim işa namazından sonra iki rükət və ya daha artıq namaz qılarsa, artıq gecəni Allah üçün səcdədə və qiyamda keçirmiş sayılır”
? Təfsir Əl-Qurtubi ( 13/72)
© https://t.me/tovhidinfo/22
? Sual: Ölülərə və ya dirilərə, yəni nəbilərə, şəhidlərə, övliyalara, digər möminlərə və ya qohumlara namazdan sonra və ya hər hansı bir başqa vaxtda fatihə oxumaq olarmı?
? Cavab: Pak şəriətdə buna dair heç bir əsas yoxdur və bu heç bir kəsə əmr olunmayıb. Çünki bu nə Allah Elçisidən (Allahın salavatı və salamı onun üzərinə olsun) nə də səhabələrdən varid olmayıb və bunun heç bir əsli yoxdur. Bəzi elm əhli Allah Elçisinə (Allahın salavatı və salamı onun üzərinə olsun) və ya başqasına quran oxuyaraq savabını əta etməkdə bir maneə görməyiblər, lakin buna heç bir dəlil yoxdur.Ehtiyat isə bunu tərk etməkdir. Çünki ibadətlər tövqifidir (mütləq dəlilə arxalanmalıdır). Allah Elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurur: “Kim bizim əmrimiz olmayan bir əməl edərsə, o əməl rədd olunar”.
Doğru olan isə, Allah Elçisinə (Allahın salavatı və salamı onun üzərinə olsun) salavat göndərməyi, valideyinlərə və qohumlara dua etməyi çoxaltmaqdır. Çünki dua fayda verir. Ancaq Allah Elçisinə (Allahın salavatı və salamı onun üzərinə olsun) və ya başqasına Qurandan fatihə və ya digərini oxumaq, alimlərin daha doğru rəyinə görə şəriətə uyğun deyil. Buna da dəlil yuxarıda keçən hədisdir. Allah Elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurur: “Kim bizim əmrimiz olmayan bir əməl edərsə, o əməl rədd olunar”.
Müvəffəqiyyət Allahdandır.
? Şeyx İbn Bazın fətvalar toplusu (12/279).
© https://t.me/tovhidinfo/23
? Muhəmməd bin Sirin (Allah ona rəhm etsin) demişdir:
“Bir dəstə insan elm tələb etməyi və alimlərlə oturub-durmağı tərk edib o qədər namaz qılıb oruc tutdular ki, hətta birinin dərisi sümüyünün üstündə qurudu.
Sonra sünnəyə müxalif olaraq həlak oldular və müsəlmanların qanlarını axıtdılar.
Ondan başqa ibadətə layiq olmayana and olsun ki, kim elmsiz olaraq bir əməl edərsə, islahdan çox ifsad etmiş olar!”
? İbn Abdil-Bərr, “Əl-İstizkər, 8/616.
© https://t.me/tovhidinfo/25
? İmam Sufyən ibn Uyeynə demişdir:
“Duanı tərk etməyin, özünüz barədə bildiyiniz (günahlarınızın olduğunu bilməyiniz) sizin dua etməyinizə mane olmasın. Allah Təala məxluqatın ən şərlisi olan iblisin duasını qəbul etdi”.
? (“Şuəbul-imən, 2/53).
© https://t.me/tovhidinfo/26
ƏN YAXŞI DOST
Həqiqətən, insanın ən yaxşı dostu, ən xeyirli yoldaşı onun saleh əməlidir. Bu dostdan başqa heç kim onunla qəbrə girməyəcək.
Bəzzar “Müsnəd”də və Beyhəqi “Şuəbul-imən”də Əbu Hureyradan rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurmuşdur:
“Adəm övladının, onun malının və əməlinin misalı üç dostu olan kişiyə bənzəyir. Onlardan biri kişiyə deyər: “Nə qədər ki, sən sağsan, səninləyəm, ölsən isə, nə sən məndənsən, nə də mən səndən”. Bu, onun malıdır.
O birisi deyər: “Mən səninləyəm, lakin qəbrinə ki çatdın, nə sən məndənsən, nə də mən səninəm”. Bu onun övladıdır.
Digəri isə deyər: “Mən səninləyəm, həm sağlığında, həm də ölümündən sonra”. Bu isə onun əməlidir.”
İbnul-Qeyyim “Rovdatul-muhibbin” kitabında nəql edir ki, hikmətli insanlardan birindən soruşurlar: “Ən yaxşı dost kimdir?” Deyir: “Saleh əməl!”
❗️Unutmayın: ən sadiq dostunuz yaxşı əməlinizdir, ona qarşı laqeyd olmayın. Kim bu dostuna qarşı səhlənkar olarsa, çox böyük peşmançılıq çəkər…