• Menyu
  • Menyu

Ümmətin alimlərindən qızıl faydalar | 20-ci hissə

tovhidinfo

Mərhəmətli və Rəhimli Allahın adı ilə

1 Aprel yalan günü

Yalan danışmağı, aldatmağı:

1⃣ Allah haram etmişdir,

2⃣ Bu günü qeyd etməkdə özünü kafirlərə oxşatmaq vardır,

3⃣ Yalan danışmaqda insanları aldatmaq vardır,

4⃣ Yalan danışmaqda insanları qorxutmaq vardır,

5⃣ Yalan danışmaq ən pis əxlaqlardan sayılır.

Uca Allah buyurmuşdur: “Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydurarlar. Məhz onlardır yalançılar.” (Nəhl: 105)

Elə isə özünüzü Allahın ayələrinə inanmayanlara oxşatmayın!

Peyğəmbər (Allahın Ona salavatı və salamı olsun) buyurmuşdur: “Zarafatla da olsa yalanı tərk edən kimsəyə Cənnətin ortasında bir ev vardır.” (Əbu Davud, şeyx Albani “həsən” deyib)

Başqa bir hədisdə Allah Elçisi (Allahın Ona salavatı və salamı olsun) buyurmuşdur: “Vay olsun o kəsin halına ki, insanları güldürməkçün yalan danışır! Vay onun halına, bir də vay onun halına!” (Əbu Davud, Əhməd, Nəsəi rəvayət edib, şeyx Albani “həsən” deyib)

Ey insanlar! Allahdan qorxun! Heç bir gündə yalan danışmaq icazəli deyil!

© https://t.me/tovhidinfo/171


Dində həddi aşmağın səbəbləri

1-Cİ HİSSƏ

Cahilliklə bağlı səbəblər:

1⃣ Qurandan cahil olmaq

2⃣ Sünnədən cahil olmaq

3⃣ Sələfin mənhəcindən cahil olmaq

4⃣ Şəriətin məqsədlərindən cahil olmaq

5⃣ Rəbbani sünnələrdən cahil olmaq

6⃣ İmanın həqiqətindən cahil olmaq

7⃣ Hökmlərin dərəcə-dərəcə olmasından cahil olmaq

8⃣ İnsanların müxtəlif təbəqələrinin olmasından cahil olmaq

9⃣ Ərəb dilini yaxşı bilməmək və ya heç bilməmək

? Tarixdən (oradakı ibrətlərdən) cahil olmaq

?Mənbə: (Muşkilətul-Ğuluvi fid-Din fil-Asril-Hadir, d.Abdur-Rahman ibn Muallə əl-Luveyhiq əl-Muteyri, 1-ci cild, səh 68)

© https://t.me/tovhidinfo/172


 

Dində həddi aşmağın səbəbləri

2-Cİ HİSSƏ

Elmi mənhəclə bağlı səbəblər:

1⃣ Alimlərdən üz döndərmək

2⃣ Dəlilləri özündən yozmaq və ya təhrif etmək

3⃣ Mütəşabih (mənası bəlli olmayan) dəlillərə tabe olmaq

4⃣ Bir məsələdə bütün dəlilləri yığmadan bir məsələyə yanaşmaq

5⃣ Dəlili götürüb (zahirinə görə) dərhal müamilə etmək, dəlili hərfi olaraq anlamaq

6⃣ Əhli olmayan insanların ictihad etmələri

7⃣ Fitnə (və Qiyamətin əlamətləri) hədislərinə diqqət göstərməkdə həddi aşmaq

8⃣ (Hökmdə və ya dəlil gətirməkdə) yuxulara əsaslanmaq.

?Mənbə: (Muşkilətul-Ğuluvvi fid-Din fil-Asril-Hadir, d. Abdur-Rahman ibn Muallə əl-Luveyhiq əl-Muteyri, 1-ci cild, səh, 185)

© https://t.me/tovhidinfo/173


Hər bir elmə başlamaq istədikdə bilinməsi gərəkən 10 məsələ

İbn Rüşd demişdir: “Hər bir elmi öyrənməyə başladıqda 10 mühüm məsələ vardır ki, o elmi yaxşı qavramaq üçün bu məsələləri bilmək lazımdır.” (Şeyx Saleh əl-Fovzan da bunu “Miras elmi haqqında araşdırmaları” kitabında ərəbcə şeir halında nəql etmişdir.) Biz də bu faydanı oxuculara öz dilimizdə təqdim etmək istədik:

Hər elmin var əvvəldə on qaydası,

Tərifi, həm mövzusu, həm faydası.

Hansı fəndən olması, fəziləti,

Banisi kimdir, nə addır nisbəti?

Dəlil sübutu nədən qaynaqlanır?

Nəyə əsaslanır, nəyə bağlanır?

Az adama gərəkdir onu bilmək?

Yoxsa, gərək hər birimiz öyrənək?

Yəni, hökmü nədir o elmin görən?

Günahkarmıdır onu öyrənməyən?

Yoxsa, bilən bəs edir bəzimizdən?

Hər fəsili təfsilatıyla öyrən!

Kim bilərsə, bunları nail olar,

O elmə çox rahatca hasil olar!

Məsələn, bu 10 mühüm məsələni MİRAS ELMİNƏ tətbiq etmək olar. Bununla da onun tərifini, haqqında danışdığı mövzunu, faydasını (səmərəsini), hansı fənnə (elmlərə) nisbət olunmasını, fəzilətini, bu elmi təsis edənin kim olmasını, bu elmin adı, əsaslandığı dayağı, hökmü və əhatə etdiyi məsələlərin bablara görə təfsilatıyla öyrənilməsi haqda kifayət qədər məlumat toplayıb bu elm haqqında aydın təsəvvürə nail olarıq ki, bu da bizə bu elmi yaxşı öyrənmək üçün bir metoddur. Daha düzünü Allah bilir!

© https://t.me/tovhidinfo/174

tovhidinfo
Tovhid.info heyəti

Hörmətlə, saytın administrasiyası.

Bütün materiallara bax