• Menyu
  • Menyu

Ümmətin alimlərindən qızıl faydalar | 4-cü hissə

tovhidinfo

Mərhəmətli və Rəhimli Allahın adı ilə

? Bir kişi Mə`muna (xəlifə) vaaz edərək şiddətli danışan zaman, Mə`mun ona belə dedi: “Ey kişi! Yumşaq ol! Allah səndən xeyirli olanı məndən şərli olanın yanına göndərəndə ona yumşaqlığı əmr etdi. Uca Allah buyurdu: “Fironun yanına gedin. Çünki o, həddini aşmışdır. Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud qorxsun!”  (Ta ha, 43-44).”

? Ğazəlinin “İhyəu ulumid-din” kitabı (2/334)
© https://t.me/tovhidinfo/41


? Sufyən Əs-Sovri (Allah ona rəhm etsin) demişdir: “Bidət İblisə günahdan daha sevimlidir, çünki günahdan tövbə edilir, bidətdən isə, tövbə edilmir”.

? Əl-Bəğavi, “Şərhus-sunnə” 1/216.
© https://t.me/tovhidinfo/42


? İbn Bəz (Allah ona rəhm etsin) belə buyurur: “Əgər haqq əhli haqqı bəyan etmədən susarsa, xətakarlar öz xətalarında davam edərlər və başqaları da onları bunda təqlid edərlər. Susanlara isə, elmi gizlətmək günahı yazılar”.

? (Məcmuul-fətəva,  3/72).
© https://t.me/tovhidinfo/44


? Muhəmməd ibn Useymin (Allah ona rəhm etsin) belə buyurur: “Qəlbində olanı səndən götürməsini həkimlərdən nə qədər tələb etsən də, bu işdə Quran kimisini tapa bilməyəcəksən”.

? Şərhul-kəfiyətiş-şəfiyə, 1/198.
© https://t.me/tovhidinfo/45


? Uca Allah buyurur: “Evlərinizdə oxunan Allahın ayələrini və hikməti yada salın”. ( Əhzab, 34).

Qatədə (Allah ona rəhm etsin) deyir: “Qurandan və sünnətdən”.

? Cəmiu bəyənil-ilmi və fadlihi (1/43).
© https://t.me/tovhidinfo/46

tovhidinfo
Tovhid.info heyəti

Hörmətlə, saytın administrasiyası.

Bütün materiallara bax