• Menyu
  • Menyu

Ümmətin alimlərindən qızıl faydalar | 14-cü hissə

tovhidinfo

Mərhəmətli və Rəhimli Allahın adı ilə

Qiyamət günü Allah qatında ən şərli dərəcəsi olan insanlar

Aişədən (Allah ondan razı olsun) rəvayət olunur ki, bir nəfər Peyğəmbərin yanına daxil olmaq üçün icazə verilməsini istədi. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurdu:

Ona icazə verin gəlsin. O qövmünün necə də  pis övladıdır və ya insanıdır.

O, Peyğəmbərin hüzuruna daxil olduqda Peyğəmbər onunla yumşaq tərzdə danışdı. – Aişə deyir – Ona dedim:

Ey Allahın Elçisi! Ona bu cür sözlər dedin. Sonra onunla bu cür yumşaq tərzdə danışdın?

Buyurdu: “Ey Aişə! Qiyamət günü Allah qatında ən şərli dərəcəsi olan insanlar çirkin əməli səbəbiylə insanların özündən uzaqlaşdığı və ya tərk etdiyi kimsələrdir.” (Müslim, 6596)

Buxaridəki ləfzdə isə: “Allah qatında ən şərli dərəcəsi olan insanlar şərrindən qorunmaq üçün insanların tərk etdiyi kimsələrdir.” (6032)

İbn Həcər demişdir: (şərrindən qorunmaq üçün) yəni: dilinin çirkin sözlərindən.

Şeyx Abbad (Allah onu qorusun) Müslimdəki hədisin şərhində demişdir: “İnsanlar bu cür insanın dilindən (dilinin şərrindən) qorunmaq, salamat qalmaq üçün onu tərk edirlər.”

Əbu Davudda səhih isnadla gələn hədisdə isə: “İnsanların ən şərlisi dilinin şərrindən qorunmaq üçün insanların hörmət etdiyi kimsələrdir.” (Əbu Davud, 4792)

Bu üç oxşar ləfzli, lakin eyni mənalı hədislərdə məna aydındır.

İmam Nəvəvi (Allah ona rəhmət etsin) demişdir: Bu hədisdə şərli bir insanın şərrindən qorunmaq məqsədilə o cür insanlarla yumşaq rəftar etməyin icazəli oımasına dəlil vardır. Bu hədisdə Peyğəmbər o şəxsi tərifləmədi (sadəcə onunla yumşaq tərzdə danışdı). Nə onun yanında, nə də o gedəndən sonra onu tərifləmədi. (Şərhu Səhihi Muslim, 16/144)

Qadi İyad (Allah ona rəhmət etsin) bu hədisdəki şəxsin Uyeynə ibn Hısn olduğunu qeyd etmişdir. Hansı ki, islamı dövründə imanı zəif olmuş, Peyğəmbərin (Allahın Ona salavatı və salamı olsun) vəfatından sonra isə dindən çıxıb mürtədlərə qoşulmuşdu. Peyğəmbər o insan barədə hələ o islamı qəbul etməmişdən bu sözləri demişdi. Peyğəmbər (Allahın Ona salavatı və salamı olsun) onu tanımayan insanlara bu insanın halından xəbər verib ona aldanmamaları üçün bu sözləri demişdi. – Bunu imam Nəvəvi Müslimin şərhində Qadi İyaddan nəql etmişdir.

Bu hədisdə Peyğəmbərin (Allahın Ona salavatı və salamı olsun) o şəxsi tanıması və onun barəsində sözlərinin gerçəkləşməsi Onun Peyğəmbərlik əlamətlərindəndir.

© https://t.me/tovhidinfo/116


1️⃣ Bir hədis oxuyaq

Lənət etmək barədə

“Abdullah ibn Məsud dedi: Allah Elçisi (Allahın ona salavatı və salamı olsun) buyurdu: “Mömin kimsə tənə edən, lənət edən, əxlaqsız söz danışan və həyasız biri deyildir.” (Ət-Tirmizi, 1977)

© https://t.me/tovhidinfo/117


2️⃣ Bir hədis oxuyaq

Əbu Zərr (Allah ondan razı olsun) dedi: Peyğəmbər (Allahın Ona salavatı və salamı olsun) buyurdu:  “Heç bir yaxşılığı kiçik görmə. Hətta, öz qardaşına bir təbəssüm etmək olsa belə.” (Müslim, 6690)

© https://t.me/tovhidinfo/118


3️⃣ Bir hədis oxuyaq

Abdullah ibn Ömərdən (Allah ondan razı olsun) rəvayət olunur ki, Allah Elçisi (Allahın Ona salavatı və salamı olsun) buyurdu: “Həqiqətən də dirinin (ölünün yaxının) ağlamasına görə ölüyə əzab olunur.” (Müslim, 2152)

© https://t.me/tovhidinfo/120


 4️⃣ Bir hədis oxuyaq

Rib’i ibn Hiraş rəvayət edir ki, o, Əlinin (Allah ondan razı olsun) xütbə verərkən belə dediyini eşitdi: “Allahın Elçisi (Ona Allahın salavatı və salamı olsun) buyurdu: “Mənim adımdan yalan danışmayın! Çünki, kim mənim adımdan yalan danışarsa, cəhənnəmə girər.” (Müslim; müqəddimə, bəbu təğlizul kəzibi alə rasulilləh, 1)

© https://t.me/tovhidinfo/121

tovhidinfo
Tovhid.info heyəti

Hörmətlə, saytın administrasiyası.

Bütün materiallara bax